Tobradeks göz damcısı
Tobradeks göz damcısı ilə göz sağlamlığınızı qoruyun. Göz infeksiyaları, qızarıqlıq və iltihab kimi problemlərdə istifadə olunan ən uğurlu dərmanlardan biridir.

Tobradeks göz damcısı haqqında məlumat
Tobradeks göz damcısı - Gözlərimiz, həyatımızın əvəzolunmaz bir hissəsidir və onların sağlamlığı böyük əhəmiyyət kəsb edir. Göz infeksiyaları, qızarıqlıq və iltihab kimi problemlər gündəlik həyatımızı çətinləşdirə bilər. Bu problemlərin müalicəsində istifadə edilən dərmanlardan biri də Tobradeks göz damcısıdır. Bu məqalədə, Tobradeks haqqında, nə olduğunu, necə işlədiyini və istifadə qaydalarını ətraflı şəkildə araşdıracağıq.
Tobradeks damcı qiyməti
Tobradeks qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Tobradeks qiyməti 6 azn - 8 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Tobradeks damcı qiyməti-ni öyrənərək əldə edəsiniz.
Kimyəvi adı:
Tobramisin: 0-3-amino - 3 deoksi-a-D-qlükopiranozil-(1-6)-[2,6-diamino - 2,3,6 - rtrideoksi-α-D- riboheksopiranozil-(1—4)]-2 - deoksi D-streptarnin.
Deksametazon: 9-flüor-11β, 17, 21 - trihidroksi-16α-metilpreqna-1,4-dien-3,20-dion.
Tərkibi və təsviri:
Tobradex suspenziyasının hər bir ml-nin tərkibi:
Aktiv maddələr: tobramisin 0,3% (3 mq) və deksametazon 0,1 % (1mq);
Konservantlar: benzalkonium xlorid (0,01%);
Qeyri-aktiv maddələr: tilaksopol, editat dinatrium, natrium xlorid, hidroksietilselluloza, natrium sulfat, sulfat turşusu və ya natrium hidroksid və təmizlənmiş su.
Tobradex məlhəminin hər bir qramının tərkibi:
Aktiv maddələr: tobramisin 0,3% (3 mq) və deksametazon 0,1 % (1 mq);
Konservantlar: xlorbutanol0,5%;
Qeyri-aktiv maddə: mineral yağ və ağ vazelin.
İstifadəsinə göstərişlər
- 1. Blefarit
- 2. Konyunktivit
- 3. Keratitlər (epitelin zədələnməməsi zamanı)
- 4. Əməliyyatdan sonrakı infeksiyaların profilaktikası
Kliniki farmakologiyası
Tobradeks damcı nə üçündür?
Tobramisin - Str.Tenebrarius tərəfindən hasil edilən aminoqlikozidlər qrupuna daxil olan antibiotikdir, geniş spektrli antibakterial təsirə malikdir, Qram-müsbət və Qram-mənfi mikroorqanizmlərə qarşı aktivdir: stafilokoklar, o cümlədən Staphylococcus aureus və Staphylococcus epidermidis, həmçinin penisillinə qarşı davamlı olan ştamlar; streptokoklar, o cümlədən A qrupunun bəzi α-β- hemolitik növləri, bəzi qeyri-hemolitik növlər, Streptococcus pneumoniae, Pseudomonas aeruginosa, Escherchia coli, Klebsiella pneumoniae, Enterobacter aerogenes, Proteus mirabilis, Morganella morganii, Proteus vulgaris, Haemophilius influenzae və Haemophilius aegyptius, Moraxella lacunata, Acinetobacter calcoaceticus (Herekkea vaginacola) və Neisseria cinsinin bəzi növləri.
Deksametazon qlükokortikosteroidlərə aid olub, güclü iltihabəleyhinə, antiallergik və desensibilizəedici təsir göstərməklə yanaşı, antieksudativ və antifibroblastogen xüsusiyyətlərə də malikdir. Deksametazon iltihabi prosesi aktiv şəkildə dəf edir - praktiki olaraq natriumun və suyun orqanizmdə ləngiməsinə səbəb olmur. Antibakterial komponent olan Tobramisinlə kombinasiya infeksion proses riskini aşağı salmağa imkan verir.
Tobradeks damcı əks göstərişləri
Herpes simplex tərəfindən törədilən keratit (dendrid keratiti), su çiçəyi və buynuz qişanın və konyunktivanın digər virus xəstəlikləri. Gözlərin mikobakterial infeksiyası.
Preparatın istənilən komponentinə qarşı hiperhəssaslıq. Preparat buynuz qişadan yad cismin çıxarılması ağırlaşdığı hallarda tövsiyə olunmur.
Xəbərdarlıq
Gözə inyeksiya üçün istifadə etmək olmaz!
Bəzi xəstələrdə Deksametazona qarşı hiperhəssaslıq reaksiyası meydana çıxa bilər. Reaksiyalar baş verdikdə preparatla müalicəni dayandırmaq lazımdır.
Əlavə reaksiyalar:
Həm steroidin, həm antibakterial komponentin, həm də onların birgə təsiri nəticəsində əlavə reaksiyaların əmələ gəlməsi qeyd olunmuşdur.
Ən geniş yayılmış əlavə reaksiyalar - göz qapaqlarının qaşınması və şişkinliyi ilə həmçinin konyunktivanın qızarması ilə müşayiət olunan hiperhəssaslıq və allergik reaksiyadır. Bu vəziyyətlər xəstələrin 4%-dən azında qeyd olunur. Digər əlavə reaksiyalar haqqında məlumat verilmir. Lakin Tobramisinin yerli təyin edilməsi sistem aminoqlikozid antibiotiklərlə birlikdə həyata keçirildikdə onların zərdabda konsentrasiyasını izləmək lazımdır. Steroid konponentə qarşı aşağıdakı reaksiyalar qeyd olunmuşdur:
Gözdaxili təzyiqin artması və sonradan qlaukomanın inkişaf edə bilməsi: arxa subkapsulyar kataraktanın inkişaf etməsi, həmçinin yaraların sağalması prosesinin ləngiməsi.
İkincili infeksiya:
İkincili infeksiyanın inkişafı tərkibində qlükosteroidlər və antibiotiklar olan kombinəolunmuş preparatların qəbulundan sonra müşahidə edilir. Steroidlərdən uzun müddət istifadə nəticəsində buynuz qişada göbələk infeksiyası xüsusilə tez-tez hallarda inkişaf etmə meylinə malikdir. Steroid preparatlarla uzun müddət müalicədən sonra buynuz qişada sağalmayan yaranın əmələ gəlməsi göbələk invaziyasının inkişafından xəbər verir. İkincili bakterial infeksiya xəstə orqanizmin müdafiə reaksiyasının dəf olunması nəticəsində inkişaf edə bilər.
Karsinogenez, mutagenez fertilliyin pozulması:
Karsinogen, mutagen təsirlərin qiymətləndirilməsi üzrə xüsusi tədqiqatlar aparılmamışdır.
Hamiləlik
Preparat yalnız döl üçün risk yaratmadığı hallarda təyin olunmalıdır.
Süd verən analar: Döşlə əmizdirən müddətdə TOBRADEKSİN oftalmoloji məlhəmi və ya suspenziyası ilə müalicəni dayandırmaq lazımdır.
Tobradeks damcı istifadə qaydası və dozası
Suspenziya: Hər 4-6 saatdan bir konyunktiva kisəsinə bir və ya iki damcı tökülür.
Məlhəm: Gündə 3-4 dəfə konyunktiva kisəsinə və ya kisələrə 1,5 sm uzunluğunda təbəqə çəkilir. Məlhəm və suspenziyadan birlikdə də istifadə oluna bilər: məlhəm – axşamlar yatmazdan qabaq, suspenziya isə gün ərzində təyin olunur.
Buraxılış forması
Suspenziya - "DROPTAİNER" damcılayıcı - dozatorla 5 ml flakonlarda. Məlhəm - tublarda 3,5q.
Saxlanılma şəraiti
8-27°C temperaturda saxlanılmalıdır. Suspenziya şaquli vəziyyətdə saxlanılmalı və istifadədən qabaq çalxalanmalıdır.
Aptekdən buraxılış
Həkim resepti ilə buraxılır.
İstehsalçı
ALCON-COUVREURB-2870 Puurs, Belçika.
Aid olduğu kateqoriyalar
- Gözün allergik xəstəliklərində istifadə olunan dərmanlar
- Gözün iltihabi xəstəliklərində istifadə olunan dərmanlar
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






