Neurexan nə üçündür?

Neurexan yuxu pozğunluğu zamanı, sinir oyanıqlığında istifadə olunan preparatdır.

Aug 1, 2024 - 12:55
Aug 1, 2024 - 13:31
 0
Neurexan nə üçündür?
Neurexan nə üçündür?

Neurexan haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Neurexan qiyməti

Neurexan tablet qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Neurexan qiyməti 10 azn - 12 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Neurexan qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi

Təsiredici maddə : 1 tabletin tərkibində :

  • Passiflora incarnata D2 0.6 mg
  • Avena sativa D2 0.6 mg
  • Coffea arabica D12 0.6 mg
  • Zincum isovalerianicum D4 0.6 mg.

Köməkçi maddələr :

  • laktoza monohidrat
  • maqnezium stearat

İstifadəsinə göstərişləri

Yuxu problemləri və əsəbi narahatlıq.

Əks göstərişləri

Preparatın tərkibində olan komponentlərdən hər hansı birinə qarşı allergiya.

İstifadə qaydası və dozası

Gündə ən çoxu 12 dəfə olmaqla , hər yarım saatdan və ya 1 saatdan bir 1 tableti ağızda həll edərək qəbul etmək lazımdır : uzunmüddətli müalicə üçün gündə 1 – 3 dəfə 1 tablet istifadə edilir.

Əlavə təsirləri

Çox nadir hallarda allergik dəri reaksiyaları baş verə bilər.Neurexan tabletlərinin homeopatik təbiətinə görə simptomların müvəqətti lakin zərərsiz pisləşməsi baş verə bilər.

Neurexan nə üçündür?

  1. Yuxu pozğunluğu zamanı istifadə olunan dərmanlar
  2. Sinir oyanıqlığında istifadə olunan dərmanlar
  3. Homeopatik dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow