Nomisin (Nomicin) gel istifadə qaydası necədir?
Nomisin (Nomicin) gel - Travmatik ağrılarda, oynaq və əzələ ağrılarında istifadə olunan preparatdır.

Nomisin gel haqqında məlumat
- Nomisin gel qiyməti
- Əks göstərişlər
- Xüsusi göstərişlər və ehtiyat tədbirləri
- Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
- Hamiləlik və laktasiya dövründə istifadəsi
- İstifadə qaydası və dozası
- Əlavə təsirləri
- Doza həddinin aşılması
- Buraxılış forması
- Saxlanma şəraiti
- Yararlılıq müddəti
- Aptekdən buraxılma şərti
- Məhsulun və əmtəə nişanının sahibi:
- İstehsalçı
- Nomisin gel nə üçündür?
Nomisin gel qiyməti
Nomisin gel qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Nomicin gel qiyməti 6 azn - 8 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Nomisin qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi
Təsiredici maddə: 1 q gelin tərkibində 10 mq nimesulid vardır.
Köməkçi maddələr: makroqol 400, propilenqlikol, karbomer 940, spirt (96%-li), təmizlənmiş su.
Təsviri
Şəffaf, sarı rəngli geldir.
Farmakoterapevtik qrupu
Qeyri-steroid iltihabəleyhinə preparat (QSİƏP).
İstifadəsinə göstərişlər
Nomisin gel aşağıdakı hallarda istifadə olunur:
- Vətərlərin gərilməsi, travma, zədə və idman travmaları zamanı baş verən ağrı, iltihab və ödemin aradan qaldırılması
- Yumşaq toxumaların iltihabı zamanı
- Revmatik xəstəliklər zamanı ağrı və iltihabı aradan qaldırmaq məqsədilə
Əks göstərişlər
- Nimesulidə və ya Nomisin gelin tərkibinə daxil olan hər hansı bir maddəyə qarşı allergiya (yüksək həssaslıq).
- Asetilsalisil turşusuna və ya digər QSİƏP-ə qarşı allergiya (bronxospazm, rinit, angioödem, nazal polip, övrə).
- Dəri örtüyünün zədələnməsi və ya yerli infeksiya
- Digər gel və ya kremlərlə birgə istifadə
12 yaşdan kiçik uşaqlarda nimesulid istifadə olunmamalıdır.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
- Nomisin geli açıq yaralarda və zədələnmiş dəridə istifadə olunmamalıdır
- Nimesulid göz və selikli qişalarla təmasda olmamalıdır. Belə təmas baş verdikdə gözü və selikli qişaları su ilə yumaq lazımdır.
- Daxilə qəbul etmək olmaz.
- Bint və okklüziv sarğı tətbiq etmək olmaz
- Minimal effektiv dozada və qısa müddət ərzində istifadə etməklə əlavə təsirləri azaltmaq olar
- Əgər Sizdə böyrək və ya qaraciyər funksiyasının pozulması, qastrointestinal qanaxma, aktiv və ya yaranması ehtimal edilən mədə xorası, qanın koaqul-yasiyasının ağır dərəcəli pozulması və ya ağır və ya nəzarət olunmayan ürək çatışmazlığı varsa, nimesuliddən ehtiyatla istifadə etməyiniz tövsiyə olunur.
- Əgər Sizdə yüksək həssaslıq halları müşahidə olunursa, Nimesulid geldən ehtiyatla istifadə edin.
- Digər QSİƏP-lərlə və kremlərlə birlikdə istifadə etdikdə günəş şüalarına qarşı həssaslıq artır (fotodermatit). Dərmanı istifadə etdikdə birbaşa günəş şüalarından uzaq olmaq lazımdır.
- Simptomlar davam etdiyi və ya ağırlaşdığı halda həkiminizə müraciət edin.
Ehtiyatla
Nimesulid gelin tərkibində olan propilenqlikol dəridə qaşınma törədə bilər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Nimesulid gel ilə digər dərman vasitələri arasında qarşılıqlı təsir müşahidə edilməmişdir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hər hansı dərmanı qəbul etməzdən əvvəl həkiminizlə məsləhətləşin.
Nimesulidin hamiləlik və laktasiya dövründə təsiri haqqında məlumat olmadığından, bu dövrdə həkimin məsləhəti olmadan onun istifadəsi tövsiyə olunmur.
Əlavə təsirlərin yaranma ehtimalına görə istifadəsi məsləhət görülmür.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Nimesulid nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliy-yətinə təsir göstərmir
İstifadə qaydası və dozası
Nomisin geli yalnız həkimin tövsiyə etdiyi qaydada istifadə edin.
Böyüklər
Gel gündə 2-3 dəfə zədələnmiş nahiyəyə sürtülür. Miqdar zədələnmiş yerin sahəsindən asılıdır. Geli tam hopana qədər sürtmək lazımdır.
12 yaşadan kiçik uşaqlar
12 yaşdan kiçik uşaqlarda nimesulid istifadə olunmamalıdır.
Əgər geli istifadə etmək yadınızdan çıxıbsa, onu mümkün qədər tez istifadə edin. Dozanı artırmaqla yaddan çıxmış dozanı əvəz etməyə çalışmayın.
Gelin istifadəsindən sonra əllərinizi yuyun.
Əlavə təsirləri
Hər bir dərmanda olduğu kimi, Nomisinin də əlavə təsirləri ola bilər, lakin bu təsirlər hər pasiyentdə meydana çıxmır.
Adətən rast gələn əlavə təsirlərə qaşınma və qızartı (eritema) aiddir.
Əlavə təsirlər ağırlaşarsa və ya bu təlimatda qeyd olunmayan hər hansı əlavə təsir meydana çıxarsa, o halda həkimə müraciət edin.
Doza həddinin aşılması
Doza həddinin aşılması halı qeyd edilməyib. Təsadüfən daxilə qəbul edilərsə ağız boşluğu su ilə yuyulmalı və həkimə müraciət olunmalıdır.
Buraxılış forması
30q gel, tubda. 1 tub, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºC-dən aşağı temperaturda və uşaqların əl çatmayan yerdə saxlamaq lazımdır.
Dərmanlar çirkab sularına axıdılmamalı və məişət tullantıları ilə atılmamalıdır. Ətraf mühitin qorunması məqsədilə müvafiq tədbirlərin görülməsi üçün əczaçıya müraciət edin.
Yararlılıq müddəti
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
Məhsulun və əmtəə nişanının sahibi:
“ORNADO MEDICINE” Office 11, 43 Bedford Street, London, WC2E 9HA, Böyük Britaniya.
İstehsalçı
VEM İlaç San. Tic. A.Ş.
Çerkezköy Organize Sanayi Bölgesi
Karaağaç Mah. Fatih Blv. No:38
Kapaklı/TEKİRDAĞ/TURKEY.
Nomisin gel nə üçündür?
- Travmatik ağrılarda istifadə olunan dərmanlar
- Oynaq və əzələ ağrılarında istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






