Ağrımaz kremi qiyməti və istifadə qaydası necədir?

Ağrımaz Kremi - Travmatik ağrılarda, oynaq və əzələ ağrılarında, artroz zamanı, nevralgiyalarda, osteoporoz zamanı istifadə olunan preparatdır.

Sep 18, 2024 - 10:34
 0
Ağrımaz kremi qiyməti və istifadə qaydası necədir?
Ağrımaz kremi

Ağrımaz kremi haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Ağrımaz kremi qiyməti

Ağrımaz kremi qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Ağrımaz kremi qiyməti 5 azn - 7 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Ağrı kremi qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi:

Qara zirə yağı, Naftalan yağı, acı qırmızı bibərin qatı ekstraktı, meymun almasının qatı ekstraktı, küncüt yağı, propolis, evkalipt efir yağı, kamfora, metilsalisilat, krem əsası.

Farmakoloji qrupu:

Ağrıkəsici, iltihab əleyhinə.

Farmakoloji təsiri:

  • Kremin tərkibində olan təbii ağrıkəsici maddələr dəridən sorularaq ağrı reseptorlarını blokada edir, dərini qızışdırır, yerli olaraq qan dövranı və oksigen mübadiləsini yaxşılaşdırır, iltihabi əlamətləri zəiflədir.
  • Ağrı sindromu ilə müşayiət olunan oynaq, əzələ və sinir xəstəlikləri, müxtəlif qapalı travmalar zamanı güclü ağrıkəsici effekt verir.
  • Anestetik və ağrıkəsici təsiri dəriyə çəkildikdən 15-20 dəqiqə sonra başlayır.

İstifadəsinə göstəriş:

  • Oynaq ağrıları
  • Artrozlar
  • Osteoxondroz
  • Revmаtoid poliartrit
  • Revmatizmin oynaq forması
  • Radikulit
  • Nevralgiyalar
  • Miqren
  • Əzələ ağrıları
  • Bursitlər
  • Çıxıq və burxulmalar.

Əks göstəriş:

  • Hamiləlik və laktasiya
  • Preparatın tərkib hissələrinə qarşı fərdi həssaslıq.

İstifadə qaydası

Gün ərzində 2-3 dəfə zədələnmiş və ya ağrıyan nahiyəyə çəkilir. Selikli qişalara və açıq yaralara istifadəsi məsləhət deyil. Çəkildikdən sonra əllər sabunla təmiz yuyulmalıdır. Gözə və selikli qişalara təmas zamanı axar su ilə yuyulmalıdır. Həssaslığın yoxlanılması üçün kremdən az miqdarda kiçik bir nahiyəyə çəkilir, 20-30 dəqiqə sonra kremə qarşı allergik reaksiya (qızartı, qaşınma, şişkinlik) baş vermədikdə istifadə oluna bilər.

Saxlanılma şəraiti:

250C-dən aşağı temperaturda, uşaqların əli çatmayan yerdə saxlanmalıdır. Reseptsiz buraxılır. Dərman vasitəsi deyil.

Buraxılış forması:

30 qramlıq tübdə, içlik vərəqəsi ilə birlikdə karton qablaşdırmada.

Ağrımaz kremi nə üçündür?

  1. Travmatik ağrılarda istifadə olunan dərmanlar
  2. Oynaq və əzələ ağrılarında istifadə olunan dərmanlar
  3. Artroz zamanı istifadə olunan dərmanlar
  4. Nevralgiyalarda istifadə olunan dərmanlar
  5. Osteoporoz zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow