Etasizin tablet nə üçündür?

Etasizin tablet - Aritmiya zamanı istifadə olunan preparatdır.

Dec 18, 2024 - 11:34
Dec 18, 2024 - 11:41
 0
Etasizin tablet nə üçündür?
Etasizin tablet

Etasizin tablet haqqinda məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Etasizin qiyməti

Etasizin qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Etasizin tablet qiyməti 12 azn - 14 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Etasizin dərman qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

ETASİZİN®   50 mq  örtüklü  tabletlər

ETHACIZINE®

 

Tərkibi

Təsiredici maddə:   1 tabletin  tərkibində  50 mq  etasizin  vardır.

Köməkçi maddələr: kartof  nişastası, şəkər, metilsellüloza, kalsium  stearat.

Örtük: şəkər, polivinilpirrolidon (povidon), kalsium  karbonat, maqnezium  karbonat əsası, silisium  dioksid, karnaub mumu, xinolin  sarısı rəngləyicisi (E104), günəş  qürubu  sarısı (E110), titan  2-oksid (E171).     

 

Təsviri

Dairəvi, hər  iki  tərəfi  qabarıq, sarı  rəngli  örtüklü  tabletlərdir. Eninə  kəsiyində  demək  olar  ki, ağ  rəngli  örtük  və  nüvə  görünür.

 

Farmakoterapevtik qrupu

1C  sinfinə  məxsus  antiaritmik  vasitə.

ATC kodu: C01BC09.

 

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası

Etasizin  1C  sinifinə  aid  olan  antiaritmik  preparatdır. Əsasən  tez  daxil  olan  natrium  cərəyanını  tormozlayır, hüceyrə  membranının  daxili  səthində  də, xarici  səthində  olduğu  kimi  natrium  kanallarına  təsir  edir. Az  miqdarda  ləng  daxil  olan  kalsium  cərəyanını  zəiflədir. Etasizin   ləng  kalsium  cərəyanının  blokadası  ilə  əlaqədar  olan  mənfi  inotrop  təsirə  malikdir.

Etasizin  potensial  təsirin (Vmax) çoxalma sürətini  zəiflədir. Miokardın  ötürücülük  sistemi  ilə oyanıqlıq  keçiriciliyini  ləngidir. EKQ-da  Etasizinin  təsiri  altında  QRS  kompleksinin  genişlənməsini, eləcə  də  P-Q  və  P-R  intervallarının  uzanmasını  müşahidə  etmək  olar.

Etasizin  xolinolitik  təsirə  malikdir, bu  səbəbə  görə  preparat  vaqusun (azan sinirin)  aktivləşməsi  ilə  əlaqədar  aritmiyanın  müalicəsində  effektivdir.

Preparat  həmçinin  orta  antiişemik  və  yerli  anesteziyaedici  təsirə  malikdir.      

Farmakokinetikası

Sorulması/Paylanması

Daxilə  qəbulu  zamanı  mədə-bağırsaq  traktından  tez  sorulur. Qida  qəbulu  sorulma  sürətinə  təsir  etmir. Biomənimsənilməsi  40%  təşkil  edir. Təsiredici  maddə  qan  plazmasında maksi-

mal  konsentrasiyaya  2,5 saatdan  sonra  çatır.90%-ə  qədər  etasizin  plazma  zülalları  ilə  birləşir. Etasizin  böyük  paylanma  həcminə  malikdir (təxminən  400 l). Preparatın  təsiri  6-8 saat  təşkil  edir.

Plasentar  baryerdən  keçərək ana  südünə  nüfuz  edir.

Biotransformasiyası/Xaricolması

Etasizin  qaraciyərdən “ilk  keçid” zamanı  metabolizmə  uğrayır. Yaranan  metabolitlərdən  bəziləri  antiaritmik  aktivliyə  malikdir. Yarımxaricolma  dövrü  2,5 saat  təşkil  edir. Orqanizmdən  metabolitlər  şəklində  sidiklə  xaric  olur. Uzunmüddətli  istifadədən  sonra  kumulyasiya  müşahidə  edilmir.   

 

İstifadəsinə göstərişlər

Mədəciküstü  və  mədəcik  ekstrasistoliyası, mədəciküstü  və  mədəcik  taxikardiyası, qulqcığın  səyriməsi və titrəməsi.

 

Əks göstərişlər

  • Preparatın  istənilən  komponentinə  qarşı  yüksək  həssaslıq;
  • ürəyin  ağır  üzvi  zədələnmələri:
  • kəskin  koronar  sindrom;
  • miokard  infarktından  3 ay  sonra  kəskin  miokard  infarktı;
  • sol  mədəciyin  miokardının ifadə olunmuş  hipertrofiyası;
  • ürək  boşluğunun  ifadə olunmuş genişlənməsi.
  • Ürək  funksiyasının  ağır  pozğunluqları:
  • ağır  ürək  çatışmazlığı (NYHA  təsnifatına  görə  III və IV  funksional  sinif);
  • sol  mədəciyin atım   fraksiyasının  azalması (exokardioqrafiyanın  məlumatları).
  • Ürək  ritminin  ifadə olunmuş  pozulması:
  • II  dərəcəli  sinoatrial  blokada (SA) və  ya  digər  sinus  arrest  halları;
  • II  və  III  dərəcəli  atrioventrikulyar (AV) blokada;
  • mədəcikdaxili  keçiriciliyin  pozulması (His  dəstəsinin  ayaqlarının  tam  blokadası).
  • Qaraciyər  və/və ya  böyrək  funksiyasının  ağır  pozulması;
  • laktasiya  dövrü;
  • 18 yaşa  qədər  uşaqlar;
  • IC  sinifinə  aid  olan  digər  antiaritmik  vasitələrlə  eyni  vaxtda  qəbul  edilməsi (morasizin, propafenon);
  • A  sinifinə  aid  olan  antiaritmik  vasitələrlə  eyni  vaxtda  qəbul  edilməsi (xinidin, prokainamid, dizopiramid, aymalin);
  • monoaminooksidazanın (MAO) inhibitorları  ilə  eyni  vaxtda  istifadə  edilməsi.

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Etasizin  dar  terapevtik  genişliyə  malikdir, bu  səbəbə  görə  asanlıqla  ağır  intoksikasiya  yarada  bilər (xüsusilə  digər  antiaritmik  vasitələrlə  eyni  vaxtda  istifadə  zamanı).

Miokard  infarktı  ilə  əlaqədar  olan  aritmiyanın  müalicəsinə  ehtiyatla  və  miokard  infarktının  inkişafından  3 ay  sonra  başlamaq  lazımdır.

Aşağıdakı  hallarda  preparatı  xüsusilə  ehtiyatla  təyin  etmək  lazımdır: sinus  düyününün   zəifliyi  sindromu, I  dərəcəli  AV  blokada, His  dəstəsinin  ayaqcıqlarının  natamam  blokadası, qan  dövranının  ağır  pozğunluqları, bağlıbucaqlı  qlaukoma, prostat  vəzinin  xoşxassəli hiperftrofiyası.

Digər  antiaritmik  vasitələrdə  olduğu  kimi  Etasizin  də  aritmogen  təsir  edə  bilər, bu  səbəbə  görə  preparatı  təyin  edərkən  aşağıdakıları  bilmək  lazımdır:

  • preparatın  əks  göstərişlərini  ciddi  olaraq  nəzərə  almaq;
  • hipokaliemiyanı  əvvəlcədən  aşkar  etmək  və  aradan  qaldırmaq;
  • imkan  daxilində  müalicəyə  stasionarda  başlamaq. İlk  dozanın və  müalicənin  3-5-ci günlərində  təkrar  dozanın  qəbulundan  sonra dinamikanın  hesabatı  üçün  EKQ-yə  nəzarət etmək  və  ya  ürək  fəaliyyətinin  monitorinqini  keçirmək  lazımdır;
  • aşağıdakı  hallarda  müalicəni  dərhal  saxlamaq  lazımdır: ektopik  mədəcik  komplekslərinin  sürətlənməsi, blokada  və  ya  bradikardiyanın  yaranması, mədəcik  komplekslərinin (QRS) 25%-dən  artıq  genişlənməsi, onların  amplitudunun  azalması,EKQ-də  P dişciyinin davamlılığının  0,12 saniyədən  artıq və  ya  QT intervalının  >500 ms  olması.

QT  intervalı  >400 ms  olduqda  preparatı  ehtiyatla  istifadə  etmək  lazımdır.

Preparatın  aritmogen  təsiri  bilavasitə  dozadan  asılı  deyil. Aritmogen  təsir  riskinin  azalması üçün  Etasizin  preparatı  ilə  az  dozalarda  beta-adrenoblokatorları  eyni  vaxtda  istifadə  etmək  lazımdır.

Qaraciyər  xəstəlikləri  zamanı  Etasizini  ehtiyatla  təyin  etmək  lazımdır, belə  ki, preparat hepatotoksik təsir göstərə bilər.

Müalicə  dövründə  mütəmadi  olaraq  pasiyentin  vəziyyətini  və  ürək-damar  sisteminin  funksiyasını  nəzarətdə  saxlamaq  vacibdir (EKQ, arterial  təzyiq, exokardioqrafiya).

Preparatın  tərkibində  saxaroza (şəkər) vardır. Preparatı  fruktozaya qarşı dözümsüzlük,  qlükoza/qalaktoza  malabsorbsiyası  və  ya  saxaraza/izomaltaza  çatışmazlığı  kimi  nadir  irsi xəstəliyi  olan  pasiyentlərə  təyin  etmək  olmaz.

Tabletin  örtüyünün  tərkibində  günəş  qürubu  sarısı  rəngləyicisi (E110) vardır  ki, bu  da  allergik  reaksiyalara  səbəb  ola  bilər. 

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Pasiyent  hazırda  və  ya  son  vaxtlar  qəbul  etdiyi, reseptsiz  buraxılan  dərman  vasitələri  daxil  olmaqla  həkimə  məlumat  verməlidir.

Preparatı  IC  və  IA  sinifinə  aid  olan  antiaritmik  vasitələrlə, eləcə  də  MAO  inhibitorları  ilə  eyni  vaxtda  qəbul  etmək  olmaz.

Etasizinin  beta-adrenoblokatorlar  ilə  kombinasiyada  istifadəsi  fiziki  gərginlik  və  ya  stresslə  əlaqədar  olan  antiaritmik  təsiri  gücləndirir (xüsusilə  aritmiyalara  münasibətdə). Belə  kombi-nasiya  etasizinin  kiçik  dozalarda  istifadə  edilməsinə  imkan  verir  ki, bu  da  əlavə  təsirlərin  yaranma  riskini  azaldır. Bu  kombinasiya  paroksizmal  taxikardiyanın  müalicə  və  profilakti-kasında  göstərişdir.

Etasizin  preparatı  ilə  diqoksinin  eyni  vaxtda  istifadə  edilməsi  zamanı  preparatların  antiarit-mik  təsirləri  güclənir  və  miokardın  yığılma  qabiliyyəti  yaxşılaşır. Bu  preparatların  eyni  vaxtda  istifadəsi  zamanı  ürəkbulanma, iştahanın  azalması  mümkündür  ki, bu  da  diqoksinin  qanda  konsentrasiyasının  artması  ilə  əlaqədardır. Belə  halda  diqoksinin  dozasını azaltmaq  tələb  edilir.

Müalicə  dövründə  alkoqoldan  istifadə  etmək  olmaz.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik  dövründə  preparatın  istifadəsi  barədə  klinik  məlumatlar  mövcud  deyil. Heyvanlar  üzərində  aparılan  tədqiqatlar  zamanı  birbaşa  və  ya  dolayı  yolla  hamiləliyə,embrionun  inki-

şafına  və  dölə  mənfi  təsiri  aşkar  edilməmişdir. Preparatı  hamilə  qadınlara  təyin  edildikdə, ananın  ürək  xəstəliyinin  müalicə  olunmayacağı  və  dölə  olan  potensial  riskin qiymətləndiril-

məsi  vacibdir.

Etasizin  ana  südünə  nüfuz  edir, bu  səbəbə  görə  laktasiya  dövründə  preparatın  istifadəsi  əks  göstərişdir. 

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatın  istifadəsi  zamanı  başgicəllənmə, görmənin  pozulması  kimi  əlamətlər  yarana  bilər. Bu  səbəbə  görə  nəqliyyat  və  digər  potensial  təhlükəli  mexanizmləri  idarə  etməkdən  çəkinmək  lazımdır.

 

İstifadə qaydası və dozası

Preparat  çeynənmədən, su  ilə, qida  qəbulundan  asılı  olmayaraq  daxilə  qəbul  edilir. Dozanı  və  müalicə  müddətini  həkim  müəyyən  edir.

Böyüklər

Adətən  doza  gündə  2-3 dəfə  50 mq  təşkil  edir. Kifayət  qədər  klinik  effekt  olmadıqda, doza gündə  4 dəfə  50 mq-a  qədər  artırılır (mütləq  EKQ-yə  nəzarət  altında). Dayanıqlı  antiaritmik effekt  alındıqdan  sonra  fərdi  seçilmiş  minimal  effektiv  dozalarda  dəstəkləyici  terapiya  apa-rılır.

Bəzi  pasiyentlərdə  stabil  antiaritmik  effekt  almaq  üçün  Etasizin  preparatı  ilə  beta-adrenoblokatorların  kombinasiyası  məsləhət  görülür.

Yaşlı  pasiyentlər

Yaşlı  pasiyentlərdə  preparatı  təyin  edərkən  ehtiyatlı  olmaq  lazımdır, belə  ki, başlnğıc  dozanı  azaltmaq  və  dozanı  ehtiyatla  artırmaq  lazımdır. 

Uşaqlar  və  18 yaşa  qədər  yeniyetmələr

Bu  yaş  kateqoriyasında  Etasizinin  istifadəsinin  təhlükəsizliyi  və  effektivliyi  barədə  kifayət  qədər  məlumat  olmadığı  üçün  preparatın  istifadəsi  əks  göstərişdir.

Qaraciyər  funksiyası  pozulmuş  pasiyentlər

Bu  qrup  pasiyentlərdə  uzunmüddətli  müalicə  zamanı  ehtiyatlı  olmaq  lazımdır, belə ki, hepatotoksik  təsir  mümkündür (qaraciyər  funksiyasının  ağır  pozulması  zamanı  istifadəsi  əks  göstərişdir).

Antiaritmik  effekt  adətən  1-2 gün  davam  edir. Müalicə  kursunun  müddəti  aritmiyanın  növündən, preparatın  effektivliyindən  və  keçiriciliyindən  asılıdır.

Etasizinin  qəbulu  unudulduqda, dərhal  ötürülən  dozanı  qəbul  etmək  lazımdır. Bu zaman  növbəti qəbulun  vaxtı  çatarsa, ötürülən  dozanı  qəbul  etmək  olmaz, preparatın  qəbulunu  adi qaydada  davam  etdirmək  lazımdır. Ötürülən  dozanı  əvəz  etmək  üçün  heç  vaxt  ikiqat  doza  qəbul  etmək  olmaz.

 

Əlavə təsirləri

Bütün  digər  dərman  vasitələri  kimi  Etasizinin  qəbulu  zamanı  əlavə  təsirlər  yarana  bilər. Əlavə təsirlərin tezliyi MedDRA təsnifatı üzrə təqdim edilir (Reqlamentar  fəaliyyət  terminologiyasının  tibbi  lüğəti): çox  tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 - < 1/10); bəzən (≥ 1/1000 - < 1/100);  nadir hallarda (≥  1/10000 - < 1/1000); çox  nadir  hallarda (< 1/10000); məlum  deyil (əldə  olan  məlumatlara  görə  tezliyi  qiymətləndirmək  mümkün  deyil).

Sinir  sistemində  baş  verən  pozğunluqlar: tez-tez – başgicəllənmə, akkomodasiyanın  pozulması (müalicənin  əvvəlində), tarazlığın  pozulması; nadir  hallarda – başağrısı.

Ürəkdə  baş  verən  pozğunluqlar: nadir  hallarda – AV-blokada, mədəcikdaxili  keçiriciliyin  pozulması, miokardın  yığılmasının  azalması.

Ayrı-atrı  hallarda – qəfləti  ölüm  riski  ilə  proaritmik  effekt. EKQ-də  dəyişiklik (PQ  inter-valının  uzanması, P  dişciyinin və  kompleksinin (QRS) genişlənməsi.

Mədə-bağırsaq  traktında  baş  verən  pozğunluqlar: nadir  hallarda – ürəkbulanma, epiqastral  nahiyədə  ağrı.

İçlik  vərəqədə  qeyd  edilən  və  ya  qeyd  edilməyən  əlavə  təsirlər  baş  verdikdə  həkimə  müraciət  etmək  lazımdır.

 

Doza həddinin aşılması

Doza  həddinin  aşılmasına  şübhə  olduqda  tibbi  yardım  üçün  müraciət  etmək  lazımdır.

Simptomları

Ürəyin  keçirici  sisteminə  zəiflədici  təsirin  artması, aritmogen  təsir  riskinin  yüksəlməsi.

Müalicəsi

Mədənin  yuyulması  və  simptomatik  müalicə. Pasiyentin  vəziyyətinə, qan  təzyiqi  və  EKQ göstəricisinə  ciddi  nəzarət  edilməlidir (müşahidə  6 saatdan  az  olmayaraq, EKQ-də dəyişiklik-

lər  itənə  qədər  aparılmalıdır).

 

Buraxılış forması

10 tablet,  polivinilxlorid  örtüklü  və  alüminium  folqalı  konturlu -yuvalı  qablaşdırmada.

1 və  ya  5 konturlu -yuvalı  qablaşdırma (10 və  ya  50 tablet) içlik  vərəqə  ilə  birlikdə  karton  qutuya  qablaşdırılır.

 

Saxlanma şəraiti

25ºС-dən   yüksək  olmayan temperaturda , işıqdan  və  rütubətdən  qorunan  və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

 

Yararlılıq müddəti

3 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

 

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

 

İstehsalçı

“Olaynfarm” SC.

 

Ünvan

Rupnisu k. 5, Olayne, LV-2114, Latviya.

Etasizin nə üçündür?

Aritmiya zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow