Feminika çayı qiyməti və istifadə qaydası necədir?
Feminika çayı - Mastopatiya zamanı, klimaks və menopauzada, menstruasiya pozğunluqları zamanı, qadın çanaq orqanlarının iltihabı xəstəliklərində istifadə olunan preparatdır.

Feminika çayı haqqında məlumat
Feminika çayı qiyməti
Feminika çay qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Feminika çayı qiyməti 4 azn - 6 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Feminika qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
FEMİNİKA
Hormonal balansı tənzimləmək üçün çay
Tərkibi:
Aslanpəncəsi otu, boymadərən otu, qara zirə toxumu, gülümbahar çiçəyi, mayasarmaşığı qozası, istiotlu nanə yarpağı.
Farmakoloji təsiri:
Yumurtalıqların, uşaqlıq və uşaqlıq borularının iltihabını azaldır, ginekoloji disfunksiya səbəbindən baş verən ağrıları aradan qaldırır. Endokrin vəzlərin funksiyasını tənzimləyir, hormon sintezini, əsasən də progesteron ifrazını stimullaşdırır. Bununla menstrual sikli tənzimləyir, mastopatiya zamanı şişin ölçülərini kiçildir və böyüməsinin qarşısını alır. Estradiol ifrazını artıraraq qadınlarda erkən menopauzanın qarşısını alır, istilikbasma, həyəcan, əsəbilik, ürəkdöyünmə kimi klimakterik əlamətləri azaldır. Qaraciyərin antitoksik funksiyasını aktivləşdirir, toksinləri neytrallaşdırır. Enterosorbent olduğu üçün intoksikasiya əlamətlərini aradan qaldırır. İmmun sistemi aktivləşdirir, orqanizmin bakteriya və göbələklərə qarşı müqavimətini artırır.
İstifadəsinə göstəriş:
Dismenoreyalar (alqomenoreya, polimenoreya, hipermenoreya)
Sarı cisim çatışmazlığı (hipoprogesteronemiya)
Erkən menopauza
Menopauza əlamətləri (istilikbasma, həyəcan, əsəbilik, ürəkdöyünmə)
Mastopatiyalar
Əks-göstəriş:
Çayın komponentlərinə qarşı fərdi həssaslıq, hipomenoreya, oliqomenoreya. Kontraseptivlər və hormonal preparatlarla birlikdə qəbulu həkim məsləhəti ilə olmalıdır.
İstifadə qaydası:
2 filtr-bağlama 100 ml (1/2 stəkan) qaynar suda 15 dəqiqə dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəqiqə əvvəl daxilə qəbul olunur.
Qəbul müddəti minimum 3 aydır. Uzun müddət qəbul oluna bilər.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Buraxılış forması:
25 filtr-bağlama, karton qutuda.
Saxlanma şəraiti:
Quru və sərin, uşaqlar üçün əlçatmaz yerdə saxlamalı.
İstehsalçı:
“Herba Flora”MMC
Feminika çayı nə üçündür?
- Klimaks və menopauzada istifadə olunan dərmanlar
- Menstruasiya pozğunluqları zamanı istifadə olunan dərmanlar
- Mastopatiya zamanı istifadə olunan dərmanlar
- Qadın çanaq orqanlarının iltihabı xəstəliklərində istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






