Sunex günəş kremi fitooil zeytun yağı tərkibli
Sunex günəş kremi - Zeytun yağı tərkibli üzə qulluq, bədənə qulluq və günəşdən qorunmaq üçün istifadə olunan kremdir.

Sunex günəş kremi haqqında məlumat
Sunex günəş kremi qiyməti
Fitooil günəş kremi qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Sunex günəş kremi qiyməti 9 azn - 11 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Sunex kremi qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi:
Aqua, Octocrylene, Cetearyl alcohol, Titanium dioxide, Avobenzone, Cyclopentasiloxane, Ceteareth-20, Glyceryl stearate, Glycerin, Shea butter (Şi yağı), Olive oil (Zeytun yağı), Dimethicone, Fragrance, D-Panthenol, Tocopheryl acetate (Vit. E), Allantoin, Phenoxyethanol, Caprylyl glycol, Citric acid.
Təsiri:
Sunex günəşdən qoruyucu üz və bədən kremi – günəş şüaların dərinin alt qatlarına daxil olmasının qarşısını alır, kollagen və elastinin parçalanmasını ləngidir, dərinin elastikliyini itirməsinin qarşısını alır. Dərini nəmləndirir, susuzlaşmasının, günəş şüalarının təsirindən qocalmasının və qırışmasının qarşısını alır.
Tərkibində olan Zeytun yağı və E vitamini hesabına dəridə toplanan sərbəst radikalları parçalayır, hüceyrə zədələnməsinin qarşısını alır. Həmçinin onkoloji xəstəliklərin yaranma riskini azaldır. Üz və bədənin açıq qalan hissələrini günəşin UBA spektrindən qoruyur, piqmentasiya və çillərin yaranmasının və tündləşməsinin qarşısını alır. İnvaziv dəri prosedurlarından (pilinq, mikrodermobraziya, lazer terapiyası, epilyasiya, mezoterapiya və s.) sonra dərinin təhlükəsiz şəkildə bərpasını təmin edir.
İstifadə qaydası
Günəşə çıxmazdan əvvəl üzə və bədənin açıq qalan hissələrinə çəkilir. 2 saat müddətində dərini günəş şüalarından qoruyur.
Saxlanması:
+5_+25°C temperaturda, uşaqların əli çatmayan yerdə saxlayın.
Yararlılıq müddəti:
2 il.
Sunex günəş kremi nə üçündür?
- Günəşdən qoruyucu vasitələr
- Bədənə qulluq vasitələri
- Üzə qulluq vasitələri
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






