Bobotik damcı istifadə qaydası necədir?

Bobotik damcı - Köp zamanı, digər həzm pozğunluqları zamanı istifadə olunan preparatdır.

Nov 27, 2024 - 17:14
Nov 27, 2024 - 17:13
 0
Bobotik damcı istifadə qaydası necədir?
Bobotik damcı

Bobotik damcı haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Bobotik damcı qiyməti 

Bobotik qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Bobotik damcı qiyməti 6 azn - 8 azn arasında dəyişir.

Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Bobotik qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

BOBOTİK  66,66 mq/ml daxilə qəbul üçün damcı

BOBOTIC

 

Beynəlxalq patentləşdirilməmiş adı: Simeticon

 

Tərkibi

Təsiredici maddə:  1 ml preparatın tərkibində 66,66 mq simetikon (silisium dioksidlə aktivləşdirilmiş dimetikon) vardır.

Köməkçi maddələr: natriumsaxarinat, metilparahidroksibenzoat, propilparahidroksibenzoat, natrium karmelloza, limon turşusu monohidrat, moruq aromatizatoru, təmizlənmiş su.

Təsviri

Ağ rəngdən krem çalarlı ağ rəngə qədər, meyvə qoxulu, qatı, qeyri-şəffaf mayedir.

Maye və çöküntü təbəqələrinə ayrılması yolveriləndir. Çalxaladıqdan sonra bircinsli emulsiya alınır.

 

Farmakoterapevtik qrupu

Bağırsağın funksional pozğunluqlarında istifadə olunan preparatlar. Siloksanlar.

ATC kodu: А03AХ13.

 

Farmakoloji xüsusiyyətləri

Qazqovucu dərman maddəsidir. Simetikon (aktivləşdirilmiş dimetikon) – silisium dioksid və trimetilsiloksil qrupları ilə stabilləşdirilmiş, metilləşmiş xətti siloksan polimerlərinin kombinasiyasından ibarətdir.

Fazalararası sərhəddə səthi gərilməni azaltmaqla qaz qabarcıqlarının əmələ gəlməsini çətinləşdirir və qaz qabarcıqlarının qida suspenziyasında və mədə-bağırsaq traktının (MBT) seliyində olan qaz qabarcıqlarının dağılmasına səbəb olur. Bu zaman ayrılan qazlar bağırsaq divarı tərəfindən udula və ya peristaltika nətcəsində xaric edilə bilər. Bu, ağrılı köp törədən böyük qaz-selik konqlomeratlarının yaranmasının qarşısını alır.

Sono- və rentgenoqrafiya zamanı təsvirlərdə qüsurların yaranmasının qarşısını alır, kontrast pərdənin cırılmasının qarşısını almaqla, yoğun bağırsağın selikli qişasına kontrast preparatların yaxşı hopmasına səbəb olur.

Peroral qəbuldan sonra simetikon MBT-dən sorulmur və dəyişilməmiş şəkildə nəcislə xaric olur. Kimyəvi təsirsiz olduğu üçün MBT-də olan mikroorqanizmlərə və fermentlərə təsir göstərmir. Qidanın sorulmasını azaltmır, mədə şirəsinin reaksiyasını və həcmini dəyişdirmir.

 

İstifadəsinə göstərişlər

Qaz əmələ gəlməsinin güclənməsi və MBT-də qazların toplanması (ağrılı sancılar, qarın boşluğunda dolma hissi, aerofaqiya, dispepsiya, meteorizm, o cümlədən cərrahi əməliyyatdan sonrakı dövrdə, Remheld sindromu), həmçinin yenidoğulmuşların sancılarında (üçaylıq sancılar).

Qarın boşluğu və kiçik çanaq orqanlarının diaqnostik müayinəyə hazırlanması (rentgenoqrafiya, sonoqrafiya, qastroskopiya və duodenoskopiya – köpük əmələ gəlməsinin profilaktikası).

İkiqat kontrast təsvirin alınması üçün kontrast dərman vasitələrinin suspensiyasına əlavə kimi.

Yuyucu vasitələrlə kəskin zəhərlənmələr zamanı köpüksöndürücü kimi.

 

Əks göstərişlər

Simetikona və/və ya preparatın digər komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.

Bağırsaq keçməzliyi.

MBT-nin obstruktiv xəstəlikləri.

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Bobotikdən istifadə zamanı aşağıdakı xəbərdarlıqları nəzərə almaq lazımdır.

Bobotikin tərkibində şəkər yoxdur, şəkərli diabeti olan və həzm prosesi pozulmuş xəstələr tərəfindən istifadə oluna bilər.

Bobotikdən istifadə zamanı qazlı içkilərdən istifadə etmək tövsiyə olunmur.

Preparatın qəbulu bəzi diaqnostik testlərin, məsələn, qvayak qətranından istifadə etməklə aparılan testlərin nəticələrini təhrif edə bilər, lakin ureaza testinin nəticələrini (Helicobacter pylori ilə yoluxmanın diaqnostikası) təhrif etmir.

Dərman preparatının tərkibində metilparahidroksibenzoat və propilparahidroksibenzoat vardır və onlar allergik reaksiya törədə bilər (o cümlədən ləng tipli).

 

Digər dərman maddələri ilə qarşılıqlı təsiri

Reseptsiz buraxılan dərman preparatları da daxil olmaqla, son zamanlar istifadə edilən bütün dərman preparatları barədə həkimə məlumat vermək lazımdır.

Bəzi məlumatlara görə simetikon peroral antikoaqulyantların sorulmasını poza bilər.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparatı istifadə etməyə başlamazdan əvvəl həkimlə məsləhətləşmək lazımdır.

Bu vaxta qədər simetikonun teratogen və ya embriotoksik təsiri barədə məlumat olmamışdır. Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi həkimin təyinatına əsasən mümkündür.

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparat nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.

 

İstifadə qaydası və dozası

Daxilə qəbul edilir.

İstifadə etməzdən əvvəl bircinsli emulsiya alınana qədər çalxalamaq lazımdır.

Damızdırma zamanı preparatın dozasını dəqiq ölçmək üçün flakonu şaquli vəziyyətdə tutmaq lazımdır.

1 ml emulsiya təqribən 27 damcı təşkil edir.

Güclü qaz əmələ gəlməsi və qazların MBT nahiyəsində toplanması, məsələn, meteorizm zamanı, yenidoğulmuşlarda sancılar zamanı (üçaylıq sancılar)

Preparat adətən gündə 3-5 dəfə yemək zamanı və ya yeməkdən sonra (o cümlədən yuxudan əvvəl) qəbul edilir.

1 yaşa qədər körpələrə 16 damcı emulsiyanı hər qidalanma zamanı içərisində uşaq qidası olan butulkaya əlavə etmək və ya döşlə qidalandırmadan əvvəl və ya sonra kiçik qaşıqla vermək lazımdır;

1 yaşdan 6 yaşa qədər uşaqlara – gündə 3-5 dəfə 16 damcı;

6-14 yaşlı uşaqlara – gündə 3-5 dəfə 16-32 damcı;

14 yaşlı uşaqlara və böyüklərə – gündə 3-5 dəfə 32 damcı.

Preparatın, xüsusilə kiçik uşaqlarda rahat istifadə olunması üçün, onu az miqdarda əvvəlcədən qaynadılıb soyudulmuş su ilə, uşaq qidası ilə və ya qazsız maye ilə qarışdırmaq olar.

Müalicə müddət simptomların xarakterindən asılıdır və həkim tərəfindən fərdi olaraq müəyyən edilir. Lazım gələrsə, Bobotik uzun müddət ərzində istifadə edilə bilər.

Qarın boşluğu orqanlarının müayinəsinə hazırlıq üçün: rentgenoloji müayinə, ultrasəs diaqnostikası

Müayinəyə 1 gün qalmış böyüklərə gündə 3 dəfə 32 damcı qəbul etmək, sonra isə müayinənin aparıldığı gün səhər birdəfəlik 32 damcı qəbul etmək lazımdır:

Kontrast maddənin suspenziyasına əlavə kimi: ikiqat kontrastlı təsvir almaq üçün böyüklərə 64-128 damcı İkiqat kontrastlı təzvirlər almaq üçün Bobotiki (2,4-4,8 ml) 1 litr kontrast qarışığa əlavə etmək lazımdır.

Endoskopiyadan əvvəl

Endoskopiyanın həyata keçirilməsindən əvvəl 64-128 damcı (2,4-4,8 ml) Bobotik qəbul edilir.

Lazım gələrsə, endoskopiyanın həyata keçirilməsi zamanı müayinəni çətinləşdirən qaz qabarcıqlarının ara-dan qaldırılması üçün endoskopun kanalından bir neçə millilitr emulsiya yeritmək olar.

Səthiaktiv maddələrlə zəhərlənmə zamanı antidot kimi

Yuyucu vasitələrlə zəhərlənmə zamanı uşaqlara 1,5-dən 6 ml-ə qədər (40-160 damcı və ya flakonun möhtəviyyatının 1/5-nə qədər) , böyüklərə isə 6-dan 12 ml-ə qədər (flakonun möhtəviyyatının 1/5-dən 2/5-nə qədər) preparat qəbul etmək lazımdır.

Bobotik həmçinin əməliyyatdan sonrakı dövrdə istifadə edilə bilər.

Mədə-bağırsaq traktında təkrar pozğunluqların baş verməsi zamanı və/və ya onların uzunmüddətli xarakter daşıdığı zaman klinik müayinə keçirmək lazımdır.

Uşaqlar

Preparat pediatrik praktikada istifadə oluna bilər.

 

Əlavə təsirləri

Əlavə təsirləri barədə məlumat yoxdur.

Meydana çıxan bütün əlavə (qeyri-adi) təsirlər, o cümlədən bu içlik vərəqədə qeyd edilməyən əlavə təsirlər barədə müalicə həkiminə məlumat vermək lazımdır.

 

Doza həddinin aşılması

Preparat kimyəvi cəhətdən təsirsizdir və MBT-dən sorulmur, ona görə də doza həddinin aşılması həyat və ya sağlamlıq üçün təhlükə daşımır. Doza həddi aşılmasının simptomları qazların nəzarət oluna bilməyən xaric olması ola bilər. Doza həddi aşılmasının simptomları qəbul edilən qidanın növündən və həcmindən asılıdır.

 

Buraxılış forması

30 ml məhlul, burulan polietilen qapaqlı, poletilen tıxac-damcıladıcıya malik tünd şüşə flakonda.Etiketlə təchiz edilmiş 1 flakon, içlik vərəqə ilə birlikdə fərdi karton qutuya qablaşdırılır.

 

Yararlılıq müddəti

3 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

 

Saxlanma şəraiti

25°C-dən yüksək olmayan temperaturda, orijinal qablaşdırmasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

 

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

 

İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi

Medana Pharma S.A., Poland.

10, WI. Lokietka street, 98-200 Sieradz, Poland.

 

Dərman formasının istehsalçısı, qablaşdırıcı, keyfiyyətə nəzarət

Medana Farma SC.

Polskiej Organizacji Wojskowej 57

98-200 Sieradz, Poland.

Bobotik damcı nə üçündür? 

  1. Köp əleyhinə dərmanlar
  2. Digər həzm pozğunluqları zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow