Febrofid gel nə üçündür? istifadə qaydası necədir?
Febrofid gel - Artrit zamanı, oynaq və əzələ ağrılarında, travmatik ağrılarda istifadə olunan preparatdır.

Febrofid gel haqqında məlumat
- Əlavə təsirləri
- Doza həddinin aşılması
- Buraxılış forması
- Saxlanma şəraiti
- Yararlılıq müddəti
- Aptekdən buraxılma şərti
- İstehsalçının adı və ünvanı
Febrofid gel qiyməti
Febrofid qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Febrofid gel qiyməti 5 azn - 7 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Febrofid maz qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Beynəlxalq patentləşdirilməmiş adı: Ketoprofen
Tərkibi
Təsiredici maddə: 100 q gelin tərkibində 2,5 q ketoprofenin lizin duzu vardır.
Köməkçi maddələr: polietilenqlikol 200, metilparahidroksibenzoat, propilparahidroksiben-zoat, karbomer, trietanolamin, təmizlənmiş su.
Təsviri
Rəngsizdən açıq-sarı rəngə qədər, şəffaf və ya yüngül opalessensiyaedici geldir.
Farmakoterapevtik qrupu
Xaricə istifadə üçün qeyri-steroid iltihabəleyhinə preparatlar.
ATC kodu: M02AA10.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Febrofid® xaricə istifadə üçün nəzərdə tutulmuş preparatdır. Preparatın tərkibində olan təsire-dici maddə - ketoprofen fenilpropion turşusunun törəməsidir, iltihabəleyhinə və analgeziyae-dici (ağrıkəsici) təsirə malik qeyri-steroid iltihabəleyhinə dərman preparatları qrupuna aiddir. İltihabəleyhinə təsir mexanizmi tam öyrənilməmişdir. Ketoprofen prostaqlandinlərin və leykotrienlərin sintezini tormozlayır.
Farmakokinetikası
Ketoprofen zədələnməmiş dəridən yaxşı sorulur və yerli iltihabəleyhinə və analgeziyaedici təsir göstərir. Sorulması və paylanması dərinin, dərialtı təbəqənin qalınlığından və onun qan təchizatından, həmçinin zədələnmiş nahiyənin səthindən asılıdır. Xaricə istifadə edildikdən sonra istifadə yerində ketoprofenin konsentrasiyası onun daxilə qəbulundan sonrakı səviyyəsinə oxşar olmuş, plazma konsentrasiyası isə 60 dəfə aşağı olmuşdur. Ketoprofen orqanizmdə kumulyasiyaya meyillilik nümayiş etdirmir. Ketoprofen qaraciyərdə biotransformasiya olunur və qeyri-aktiv metabolitlər şəklində sidiklə xaric olur.
İstifadəsinə göstərişlər
Febrofid aşağıdakı hallarda yerli simptomatik müalicə üçün istifadə edilir:
- beldə ağrılar, nevralgiyalar, mialgiyalar;
- dayaq-hərəkət sisteminin degenerativ-iltihabi xəstəlikləri (artrit, bursit, sinovit, tendinit, lümbaqo);
- idman travmaları daxil olmaqla fəsadlaşmamış travmalar, çıxıqlar, bağların və ya vətərlərin qırılması, qansızma, posttravmatik sindrom zamanı ağrılar;
- venaların (flebit, periflebit), limfatik damarların, limfatik düyünlərin (limfangiq, səthi limfadenit) iltihabi xəstəliklərinin köməkçi müalicəsi kimi.
Əks göstərişlər
- Təsiredici maddəyə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq.
- Anamnezdə fotosensibilizasiya.
- Məlum yüksək həssaslıq reaksiyaları, məsələn, bronxial astma simptomları, ketoprofenin, fenofibratın, tiaprofen turşusunun, asetilsalisil turşusunun və ya digər QSİƏP-in istifadəsindən sonra allergik rinit.
- Ekzema və ya çivzə və dərinin iltihabi xəstəlikləri kimi dəri dəyişiklikləri və açıq yaralar.
- Аnamnezdə Ketoprofenin, tiaprofen turşusunun, fenofibratın və ya UB filtrlərin və ya parfümeriyanın istifadəsindən sonra allergik dəri dəyişiklikləri.
- Müalicə dövründə və preparatın istifadəsi dayandırıldıqdan sonra 2 həftə müddətində hətta hava buludlu olduqda belə, günəş işığının təsirinə, həmçinin solyaridə UB şüaların təsirinə məruz qalmaq.
- Hamiləliyin üçüncü trimestri.
- 15 yaşa qədər uşaqlarda istifadəsi.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Febrofid preparatından istifadə edərkən aşağıdakı xəbərdarlıqları nəzərə almaq lazımdır:
Qan dövranının çatışmazlığı, böyrək və ya qaraciyər funksiyasının pozğunluğu olan pasiyentlərdə Ketoprofen ehtiyatla istifadə edilməlidir, belə ki, tək-tək hallarda böyrək funksiyasının pozulması ilə təzahür edən arzuolunmaz sistem əlavə təsirlər təsvir edilmişdir.
Preparat okklüzion sarğı altında istifadə edilməməlidir.
Gözləri və selikli qişaları dərman preparatı ilə təmasdan qorumaq lazımdır.
Dəri reaksiyası inkişaf edərsə, həmçinin tərkibində oktokrilen olan vasitələrin birdəfəlik istifadəsindən sonra dəri reaksiyası meydana çıxarsa, müalicəni dərhal dayandırmaq lazımdır.
Preparatdan istifadə zamanı, həmçinin applikasiyanın dayandırılmasından sonra 2 həftə ərzində günəş işığına qarşı fotosensibilizasiyanın meydana çıxmasından qaçmaq üçün dərinin müalicə olunan sahələrini qorumaq və bağlı paltar geyinmək tövsiyə olunur. Müalicə zamanı və onun dayandırılmasından sonra 2 həftə müddətində UB şüaların (o cümlədən solyarilərin) təsirindən qorunmaq lazımdır.
Məhz əllərin müalicəsi lazım olan hallar istisna olmaqla, hər dəfə gelin istifadəsindən sonra əlləri diqqətlə yumaq lazımdır. Dəriyə uzunmüddətli sürtmə zamanı qoruyucu əlcək geymək tövsiyə olunur.
Uzunmüddətli istifadə zamanı kontakt dermatitin və yüksək həssaslıq reaksiyalarının inkişaf riskinin yüksəlməsi ilə bağlı olaraq tövsiyə olunan müalicə müddəti aşılmamalıdır.
Xroniki rinitlə, sinusitlə və/və ya polipoz rinitlə xroniki bronxial astması olan pasiyentlərdə preparatdan istifadə zamanı ehtiyatla olmaq lazımdır. Digər poppulyasiyalara nisbətən bu qrup pasiyentlərdə asetilsalisil turşusuna və/və ya digər QSİƏP-lərə qarşı allergik reaksiya-ların inkişaf riski daha yüksəkdir.
Preparat dərinin geniş sahələrinə istifadə edilməməlidir.
Uşaqlarda preparatın istifadəsinin təhlükəsizliyi müəyyən edilməmişdir.
Preparatın tərkibində olan propilparahidroksibenzoat və metilparahidroksibenzoat yüksək həssaslıq reaksiyaları (ola bilər ki, ləng tipli) törədə bilər.
Yuxarıda göstərilən xəbərdarlıqlar hətta keçmişdə yaranmış vəziyyətlərə aid olmuş olsa belə, həkimlə məsləhətləşmək lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Reseptsiz buraxılan dərman preparatları da daxil olmaqla, son zamanlar istifadə edilən bütün dərman preparatları barədə həkimə məlumat vermək lazımdır.
Xaricə istifadə edilən Ketoprofen əhəmiyyətsiz dərəcədə sorulur, ona görə də digər dərman vasitələri ilə dərman qarşılıqlı təsiri az ehtimal olunur.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparatı istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır.
Hamiləlik
Ketoprofenin xarici istifadəsinə dair klinik məlumat yoxdur. Aşağıda ketoprofenin sistem təsirinə dair məlumatlar verilmişdir.
Hamiləliyin birinci və ikinci trimestri
Hamiləlik zamanı ketoprofenin istifadəsinin təhlükəsizliyi öyrənilməmişdir, hamiləliyin birinci və ikinci trimestrində ketoprofenin istifadəsindən qaçmaq lazımdır.
Hamiləliyin üçüncü trimestri
Hamiləliyin üçüncü trimestrində ketoprofen daxil olmaqla, prostaqlandin sintezinin bütün inhibitorları döldə miokardın, ağciyərlərin və böyrəklərin toksik zədələnməsinə səbəb ola bilər. Hamiləliyin sonunda anada və uşaqda qanaxma vaxtının uzanması baş verə bilər. Bununla bağlı olaraq, hamiləliyin üçüncü trimestrində ketoprofenin istifadəsi əks göstərişdir.
Laktasiya dövrü
Ketoprofenin ana südünə nüfuz etməsinə dair məlumat yoxdur. Laktasiya dövründə Febrofid® preparatının istifadəsi tövsiyə olunmur.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Təsir göstərmir.
İstifadə qaydası və dozası
Febrofid® preparatını нəkimin tövsiyələrinə uyğun olaraq istifadə etmək lazımdır.
Nəyəsə şübhə olarsa, həkimlə məsləhətləşmək lazımdır.
Xaricə, dəriyə istifadə üçün gel.
Вöyüklər: az miqdarda gel gündə 2-3 dəfə dərinin zədələnmiş, ağrılı sahəsinə yaxılır və bir neçə dəqiqə ərzində sürtülür. Əgər müalicə olunan nahiyə əllər deyilsə, gelin istifadəsindən sonra əlləri diqqətlə yumaq lazımdır.
Müalicə 1 həftədən artıq davam etməməlidir.
Uşaqlar: uşaqlarda ketoprofenin istifadəsinin təhlükəsizliyi və effektivliyi müəyyən edilmə-mişdir.
Gel şəklində Febrofid® preparatı 15 yaşdan aşağı uşaqlarda istifadə edilməməlidir.
Febrofid® preparatının istifadəsi buraxılarsa
Əgər preparat dəqiq təyin edilmiş vaxtda istifadə edilməzsə, onu mümkün qədər tez istifadə etmək (əgər preparatın növbəti istifadə vaxtına kifayət qədər çox vaxt qalmışdırsa) və ya preparatın müntəzəm istifadəsini davam etdirmək lazımdır. Buraxılmış dozanı əvəz etmək üçün ikiqat doza istifadə etmək olmaz.
Əlavə təsirləri
Bütün digər preparatlar kimi, Febrofid® də hamıda olmasa da, əlavə təsirlər törədə bilər.
Əlavə təsirlər başvermə tezliyinə görə (ən çox baş verən əlavə təsirdən başlayaraq) qruplaşdırılmışdır. Əlavə təsirlərin başvermə tezliyi aşağıdakı kimi təsnif edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥1/100-dən <1/10-ə qədər); bəzən (≥1/1000-dən <1/100-ə qədər); nadir (≥ 1/10 000-dən <1/1000-ə qədər); çox nadir (<1/10 000), tezliyi məlum deyil (mövcud məlumatlara əsasən başvermə tezliyini müəyyən etmək mümkün olmur).
İmmun sistemdə baş verən pozğunluqlar
- tezliyi məlum deyil: аnafilaktik reaksiya, аngionevrotik ödem, yüksək həssaslıq reaksiyaları.
Dəridə və dərialtı toxumada baş verən pozğunluqlar
- bəzən: dərinin allergik reaksiyaları: eritema, ekzema, qaşınma və yandırıcı hiss.
- nadir: (dermatoloji pozğunluqlar) fotosensibilizasiya və övrə. Yayıla bilən və ya gene-ralizəolunmuş formaya keçə bilən qabarcıqlı ekzema və ya sulanan ekzema kimi ağır reaksiyalar.
Böyrəklərdə və sidikçıxarıcı yollarda baş verən pozğunluqlar
- çox nadir: böyrək funksiyasının artıq mövcud olan çatışmazlığının daha aydın təzahür etməsi.
Digər təsirlər (mədə-bağırsaq traktına təsiri) təsiredici maddənin dəridən nüfuz etməsi nəticəsində baş verir, ona görə də istifadə olunmuş gelin miqdarından, dərinin müalicə olunan səthinin sahəsindən, dəridən sorulma dərəcəsindən, müalicə müddətindən və sarğının istifadə edilməsindən və ya olmamasından asılıdır.
Asetilsalisil turşusuna və digər QSİƏP-lərə yüksək həssaslığı olan pasiyentlərdə bronxial astma tutmaları baş verə bilər.
Bəzi pasiyentlərdə Febrofid® preparatı ilə müalicə zamanı digər əlavə təsirlər meydana çıxa bilər. Yuxarıda sadalanan əlavə təsirlərdən hər hansı biri meydana çıxarsa və ya bu içlik vərəqədə qeyd edilməyən digər əlavə təsir meydana çıxarsa, bu barədə həkimə məlumat vermək lazımdır.
Doza həddinin aşılması
Preparat təyin edildiyindən yüksək dozalarda istifadə edilərsə, dərhal həkimə və ya əczaçıya müraciət etmək lazımdır.
Xaricə istifadə üçün ketoprofen geli ilə doza həddinin aşılması az ehtimal olunur.
Gelin təsadüfən daxilə istifadəsi zamanı qəbul edilmiş maddənin miqdarından asılı olaraq sistem əlavə təsirlər meydana çıxa bilər (yuxululuq, ürəkbulanma və qusma).
Yüksək dozaların qəbulu tənəffüsün tormozlanmasına, komaya, qıcolmalara, mədə-bağırsaq traktından qanaxmaya, arterial təzyiqin yüksəlməsinə və ya enməsinə kəskin böyrək çatışmazlığına səbəb ola bilər. Həyati funksiyaları saxlamaq üçün tədbirlər görmək və adətən QSİƏP-lərlə zəhərlənmə zamanı istifadə edilən simptomatik müalicəyə başlamaq lazımdır. Əgər preparatın doza həddinin aşılmasından bir saatdan çox vaxt keçməyibsə, mədəni yumaq və simptomatik müalicə aparmaq lazımdır.
Buraxılış forması
30 və ya 50 q gel, alüminium tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°С-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçının adı və ünvanı
Medana Farma SC.
V.Loketka küç., 10, 98-200 Seradz, Polşa.
Febrofid gel nə üçündür?
- Travmatik ağrılarda istifadə olunan dərmanlar
- Oynaq və əzələ ağrılarında istifadə olunan dərmanlar
- Artrit zamanı istifadə olunan dərmanlar
- Sınıqlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






