XONDROKSİD məlhəm
XONDROKSİD məlhəm Toxumaların reparasiyasının stimulyatoru.

XONDROKSİD məlhəm Eyniləşdirmə və təsnifat
Dərman forması
Xaricə istifadə üçün məlhəm
- XONDROKSİD məlhəm Eyniləşdirmə və təsnifat
- Dərman forması
- Buraxılış forması
- XONDROKSİD məlhəm Tərkibi
- Təsviri
- Farmakoterapevtik qrupu
- Farmakoloji xüsusiyyətləri. Farmakodinamikası
- Farmakoloji xüsusiyyətləri. Farmakokinetikası
- İstifadəsinə göstərişlər
- XONDROKSİD məlhəm Əks göstərişlər
- Xüsusi göstərişlər və ehtiyat tədbirləri
- Hamiləlik və laktasiya dövründə istifadəsi
- XONDROKSİD məlhəm İstifadə qaydası və dozası
- Əlavə təsirləri
- Saxlanma şəraiti
- Yararlılıq müddəti
- Aptekdən buraxılma şərti
- Qeydiyyat vəsiqəsinin sahibi
- İstehsalçı
Buraxılış forması
Xaricə istifadə üçün məlhəm 5%.
30 q və ya 50 q məlhəm alüminium və ya laminatlı polietilen tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
XONDROKSİD məlhəm Tərkibi
Təsiredici maddə: 1 q məlhəmin tərkibində 50 mq xondroitin natrium sulfat vardır.
Köməkçi maddələr: dimetilsulfoksid, lanolin, vazelin, distilləedilmiş monoqliseridlər, təmizlənmiş su.
Təsviri
Aşıq sarı rəngli, xarakterik qoxulu məlhəmdir.
Farmakoterapevtik qrupu
Toxumaların reparasiyasının stimulyatoru.
Farmakoloji xüsusiyyətləri. Farmakodinamikası
Xondroksid® məlhəmi kombinəolunmuş təsirə malikdir:
- osteoartrozun və osteoxondrozun güclənməsini ləngidir;
- ağrıkəsici təsir göstərir;
- iltihab əleyhinə təsirə malikdir;
- qığırdaq toxumanın bərpasını stimullaşdırır;
- oynaqların hərəkətliyini yaxşılaşdırır;
- oynaqların şişkinliyini azaldır.
Məlhəmin komponentlərinin optimal birləşməsinə əsasən onların qarşılıqlı ağrıkəsici və iltihab əleyhinə effektinin güclənməsi qeyd edilir. Xondroksid® preparatının istifadəsi qəbul edilən qeyri-steroid iltihab əleyhinə preparatların dozasının azaldılmasına imkan verir.
Xondroksid® preparatının tərkibində təbii komponent olan xondroitin sulfat vardır (yüksək molekullu mukopolisaxarid) ki, bu da qığırdaq toxumanın quruluşunda iştirak edir.
Xondroitin sulfat:
- qığırdaq toxumasında fosfor-kalsium mübadiləsini yaxşılaşdırır;
- qığırdaq toxumasını parçalayan fermentlərin aktivliyini azaldır;
- qığırdaq toxumasında degenerasiya (parçalanma) prosesini tormozlayır;
- qlükozaminoqlikanların sintezini stimullaşdırır;
- birləşdirici toxumanın kollapsının qarşısını alır.
- Bu ağrının azalmasına və zədələnmiş oynaqların hərəkətliyinin artmasına səbəb olur.
Farmakoloji xüsusiyyətləri. Farmakokinetikası
Xondroksid® məlhəmi yaxşı sorulur. Radionişanlanmış 3H-xondroitin sulfatın istifadəsilə siçanlar üzərində aparılan eksperimental tədqiqatlardan alınan məlumatlara müvafiq xondroitin sulfatın sorulma göstəricisi 14% təşkil edir. Dimetilsulfoksid xondroitin sulfatın hüceyrə membranından toxumaların dərinliyinə yaxşı nüfuz etməsinə səbəb olur. Xondroitin sulfat Xondroksid® məlhəminin dəriyə istifadəsindən sonra tez və seçici şəkildə 30 dəqiqədən sonra maksimal konsentraiyaya çataraq və preparatın sonrakı qığırdaq toxumasından ikifazalı xaric olması ilə oynaqlara daxil olur. Xaric olmasının sürətli fazasının bitməsi istifadəsindən 1 saat sonra baş verir. Preparatın oynaqda saxlanma müddəti 5 saat təşkil edir.
İstifadəsinə göstərişlər
Periferik oynaqların və onurğanın degenerativ-distrofik xəstəlikləri: osteoartrozun müalicəsi və profilaktikası, onurğanın osteoxondrozu.
XONDROKSİD məlhəm Əks göstərişlər
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq. Preparatın istifadə edildiyi nahiyədə dəri örtüyünün zədələnməsi.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Ehtiyatla
Hamiləlik, laktasiya dövrü, uşaqlar (effektivliyi və təhlükəsizliyi müəyyən edilməyib).
Xondroksid® preparatının selikli qişalara düşməsindən çəkinmək lazımdır. Hamiləlik, laktasiya dövründə və uşaqlarda preparatı həkim məsləhəti olmadan istifadə etmək olmaz.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə ehtiyatla istifadə edilməlidir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Xondroksid® məlhəmi sedativ effektə, psixomotor pozuntulara səbəb olmur və pasiyentlərdə yüksək diqqət və sürətli psixi və hərəki reaksiya tələb edən təhlükəli fəaliyyət növü ilə məşğul olmaq qabiliyyətinə təsir etmir.
XONDROKSİD məlhəm İstifadə qaydası və dozası
Xaricə istifadə edilir. Xondroksid® məlhəmi gündə 2-3 dəfə dəriyə zədələnmiş ocağın üzərinə çəkilir və 2-3 dəqiqə müddətində tam hopdurulur. Müalicə kursu 2-3 həftədən 2-3 aya qədərdir. Ehtiyac olduqda müalicə kursu təkrar edilir.
Əlavə təsirləri
Allergik reaksiyalar.
Saxlanma şəraiti
25ºС temperaturdan yüksək olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
Qeydiyyat vəsiqəsinin sahibi
“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: [email protected]
İstehsalçı
“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: [email protected]
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






