XONDROKSİD tabletlər

Xondroksid tablet qığırdaq və sümük toxumasının əsas maddəsinin quruluşunda iştirak edir

Jun 12, 2024 - 22:42
Jun 13, 2024 - 16:04
 0
XONDROKSİD tabletlər
XONDROKSİD tabletlər

XONDROKSİD tabletlər Eyniləşdirmə və təsnifat

ATC kodu - М01АХ25
Beynəlxalq patentləşdirilməmiş adı - Chondroitin sulfate

Dərman forması

Tabletlər

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Buraxılış forması

250 mq-lıq tabletlər.

10 tablet, çap edilmiş laklı alüminium folqalı və polivinilxlorid/polivinilidenxlorid örtüklü və ya polivinilxloridlə və poliamid örtüklə laminatlaşmış alüminium folqalı, konturlu-yuvalı qablaşdırmada. 3, 5, 6, 9 və ya 10 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

XONDROKSİD tabletlər Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 250 mq xondroitin sulfat natrium vardır.

Köməkçi maddələr: kalsium stearat, krospovidon, povidon K30, mikrokristallik sellüloza, maqnezium hidroksikarbonat (ağır maqnezium karbonat).

Təsviri

Dairəvi, yastı silindrik formalı, ağ rəngdən sarımtıl və ya krem çalarlı rəngə qədər, bir tərəfində xətti olan, hər iki tərəfi iti kənarlı tabletlərdir, çillərin olması yol veriləndir.

Farmakoterapevtik qrupu

Digər iltihabəleyhinə və revmatizməleyhinə vasitələr, qeyri-steroid vasitələr.

Farmakoloji xüsusiyyətləri. Farmakodinamikası

Xondrostimullaşdırıcı, regenerasiyaedici, iltihabəleyhinə təsir göstərir.

Xondroksid® qığırdaq və sümük toxumasının əsas maddəsinin quruluşunda iştirak edir; hialin və lifli qığırdaqlarda mübadilə proseslərinə təsir edir, qığırdaq toxumasının zədələnməsinə səbəb olan fermentləri inhibə edir. Preparat qığırdaq toxumasının dağılma proseslərini ləngidir və oynaq qığırdağında bərpa proseslərini stimullaşdırır.

Xondroksid® proteoqlikanların biosintezini stimullaşdırır, oynaq kisəsinin və oynaqların qığırdaqlı səthlərinin regenerasiyasına kömək edir, iltihabəleyhinə təsir göstərir. Sümük toxumasının rezorbsiyasını ləngidir və kalsium itkilərini azaldır, sümük toxumasının bərpa proseslərini sürətləndirir.

Xondroksid® osteoartrozun və osteoxondrozun güclənməsini ləngidir. Xondroksid® preparatından istifadə zamanı zədələnmiş oynaqların ağrısı azalır və hərəkətliliyi yaxşılaşır, bu zaman terapiya kursu başa çatdıqdan sonra terapevtik təsir uzun müddət davam edir.

Heparinlə struktur oxşarlığa malik olmaqla sinovial və subxondral mikrosirkulyator yataqda fibrin tromblarının yaranmasına potensial olaraq mane ola bilir.

Farmakoloji xüsusiyyətləri. Farmakokinetikası

Sorulması

Orta terapevtik dozanın daxilə bir dəfəlik qəbulu zamanı plazmada maksimal konsentrasiyaya 3-4 saatdan sonra, sinovial mayedə isə 4-5 saatdan sonra çatır. Preparatın biomənimsənilməsi 13% təşkil edir.

Paylanması

Əsasən qığırdaq toxumasında toplanır (oynaq qığırdağında maksimal konsentrasiyaya 48 saatdan sonra çatır); sinovial qişa onun oynaq boşluğuna daxil olması üçün maneə deyil.

Xaric olması

24 saat ərzində böyrəklər vasitəsilə xaric olunur.

İstifadəsinə göstərişlər

Oynaqların və onurğanın degenerativ-distrofik xəstəlikləri: onurğanın osteoartrozunun, osteoxondrozunun müalicə və profilaktikası.

XONDROKSİD tabletlər Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı hiperhəssaslıq, uşaqlar (uşaqlarda istifadəsinin effektivliyi və təhlükəsizliyi müəyyən edilməyib), hamiləlik, laktasiya dövrü.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Preparatdan dolayı antikoaqulyantlarla, antiaqreqantlarla, fibrinolitiklərlə eyni vaxtda istifadəsi zamanı qanın laxtalanma göstəricilərinə daha tez-tez nəzarət tələb olunur.

Ehtiyatla

Qanaxmalar, qanaxmalara meyllik.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir.

XONDROKSİD tabletlər İstifadə qaydası və dozası

  • Sutkada 2 dəfə 0,5 q (2 tablet) daxilə qəbul edilir.
  • Tabletlər bir qədər su ilə qəbul edilir.
  • İlkin müalicə kursunun tövsiyə edilən müddəti 6 ay təşkil edir.
  • Preparatın terapevtik təsiri, istifadəsi dayandırıldıqdan sonra xəstəliyin lokalizasiyası və mərhələsindən asılı olaraq 3-5 ay ərzində davam edir. Ehtiyac olduqda, müddəti fərdi müəyyən edilən təkrar müalicə kurslarının keçirilməsi mümkündür.

Əlavə təsirləri

  • Tezliyin qiymətləndirilməsi: > = 0,01%-dən < 0,1%-ə qədər.
  • Mədə-bağırsaq traktında baş verən pozğunluqlar: ürəkbulanma, qusma, diareya.
  • İmmun sistemdə baş verən pozğunluqlar: allergik reaksiyalar.

Digər dərman vasitələrilə qarşılıqlı təsiri

Eyni vaxtda istifadəsi zamanı dolayı antikoaqulyantların, antiaqreqantların, fibrinolitiklərin təsirinin güclənməsi mümkündür.

Saxlanma şəraiti

25°С-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

Qeydiyyat vəsiqəsinin sahibi

“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: med@stada.ru

İstehsalçı

“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: med@stada.ru

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow