Bisakodil Nijfarm

Bisakodil Bağırsağın reseptor aparatının qıcıqlanmasına səbəb olur, bisakodil bağırsağın peristaltikasını gücləndirərək və yoğun bağırsaqda selik sekresiyasını artıraraq, bilavasitə onun selikli qişasına təsir edir.

Jun 16, 2024 - 18:29
Jul 11, 2024 - 07:31
 0
Bisakodil Nijfarm
BİSAKODİL-NİJFARM

Bisakodil  eyniləşdirmə və təsnifat ATC kodu - А06АВ02

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax
Beynəlxalq patentləşdirilməmiş adı - Bisacodyl

Bisakodil dərman forması

Rektal suppozitoriyalar

Buraxılış forması

10 mq-lıq rektal suppozitoriyalar.

5 suppozitoriya polietilenlə laminatlanmış polivinilxlorid örtüklü konturlu-yuvalı qablaşdırmada. 2 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Bisakodil tərkibi

Təsiredici maddə: 1 suppozitoriyanın tərkibində 10 mq bisakodil vardır.

Köməkçi maddələr: bərk yağ (vitepsol (Н 15, W 35 markalı), supposir (NA 15, NAS 50 markalı).

Təsviri

Ağ rəngdən azacıq sarımtıl ağ rəngədək, torpedayabənzər suppozitoriyalardır. Suppozitoriyaların səthində ərpin yaranması və kəsildikdə hava boşluğunun və qıfabənzər dərinliyin olması yolveriləndir.

Farmakoterapevtik qrupu

İşlədici vasitələr

Farmakoloji xüsusiyyətlər

Bağırsağın reseptor aparatının qıcıqlanmasına səbəb olur, bağırsağın peristaltikasını gücləndirərək və yoğun bağırsaqda selik sekresiyasını artıraraq, bilavasitə onun selikli qişasına təsir edir.

Bağırsaqda sorulmur. Prodərmandır, qələvi mühitində mədə-bağırsaq sisteminin selikli qişasına qıcıqlandırıcı təsir göstərən metabolitin yaranması ilə müşayiət edilən hidroliz baş verir. Təsiri 1 saat ərzində baş verir. Bisakodil Nijfarm

İstifadəsinə göstərişlər

Hipotonik və atonik qəbizlik (o cümlədən yaşlılarda qəbizlik; əməliyyatdan və doğuşdan sonrakı qəbizlik). Qarın işləməsinin tənzimlənməsi (babasil, proktit, arxa keçəcəyin çatları). Cərrahi əməliyyatlara, instrumental və rentgenoloji tədqiqatlara hazırlıq.

Bisakodil Nijfarm əks göstərişlər

Hiperhəssaslıq, bağırsaq keçməzliyi, sıxılmış yırtıq, qarın boşluğu orqanlarının kəskin iltihabi xəstəlikləri, peritonit, mədə-bağırsaq traktından qanaxmalar, metrorragiya, sistit, spastik qəbizlik, kəskin proktit, kəskin babasil, 8 yaşa qədər uşaqlar.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Ehtiyatla

  • Qaraciyər və/və ya böyrək çatışmazlığı.
  • Bisakodil in uzun müddət istifadəsi maye itirilməsinə, elektrolit balansın pozulmasına, hipokaliemiyaya və susuzlaşmaya səbəb ola bilər ki, bu da yanğı və oliquriya ilə müşayiət oluna bilər. Susuzlaşma orqanizmə zərər yetirə bilər (məsələn, yaşlı pasiyentlərdə böyrək çatışmazlığı zamanı), bu səbəbə görə yuxarıda sadalanan simptomlar zamanı preparatın qəbulu dayandırılmalıdır və yalnız həkim nəzarəti altında bərpa edilə bilər.
  • Pasiyentlərin nəcisində qan izi müşahidə edilə bilər, bu hal adətən zəif təzahür edir və özbaşına aradan qalxır.
  • Preparatı qəbul edən pasiyentlərdə başgicəllənmə və bayılma müşahidə edilmişdir. Analizlər göstərmişdir ki, bu hallar defekasiya zamanı bayılma (və ya defekasiya zamanı gərginliklə əlaqədar bayılma) və ya qarın nahiyəsində vazovaqal reaksiya ilə əlaqədardır ki, bu da Bisakodil Nijfarmın qəbulu ilə əlaqədar olmayan qəbizliklə bağlı ola bilər.
  • Uşaqlarda preparatın istifadəsi, yalnız həkim məsləhətindən sonr amümkündür.

Hamiləlik və laktasiya dövründə Bisakodil istifadəsi

Hamiləlik və laktasiya dövründə ehtiyatla istifadəsi mümkündür.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatın avtomobil və mexanizmləri idarəetmə qabiliyyətinə təsirini öyrənən xüsusi klinik tədqiqatlar aparılmayıb. Buna baxmayaraq, pasiyentlərə məlumat vermək lazımdır ki, onlarda vazovaqal reaksiya (daha doğrusu bağırsağın spazmı zamanı) nəticəsində başgicəllənmə və/və ya bayılma baş verə bilər. Bu səbəbə görə nəqliyyat vasitəsi və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli mexanizmlərlə iş zamanı ehtiyatlı olmaq lazımdır.

Bisakodil istifadə qaydası və dozası

Rektal yolla aşağıdakı dozalarda istifadə edilir: böyüklər və 14 yaşdan yuxarı uşaqlara 10-20 mq bisakodil (1-2 şam), 8-14 yaşlı uşaqlara 10 mq bisakodil (1 şam).

Əlavə təsirləri

  • Preparatın istifadəsi zamanı daha çox rast gəlinən əlavə təsirlərə qarın nahiyəsində spastik ağrı və diareya olmuşdur.
  • Mədə-bağırsaq traktında baş verən pozuntular: spastik ağrı və ya qarın nahiyəsində diskomfort, diareya (susuzlaşma, əzələ zəifliyi, qıcolma, arterial təzyiqin enməsi), ürəkbulanma, qusma, nəcisdə əhəmiyyətsiz dərəcədə qanın olması, düz bağırsaq nahiyəsində diskomfort, kolit.
  • Suppozitoriyaların istifadəsi ağrı və yerli qıcıqlanma ilə müşayət oluna bilər, xüsusilə anal çat və ya xoralı proktit zamanı.
  • Sinir sistemində baş verən pozuntular: başgicəllənmə, bayılma. Preparatın istifadəsindən sonra yaranan bu əlavə təsirlər vazovaqal reaksiya ilə əlaqədardır (daha doğrusu bağırsaq spazmının, defekasiya zamanı gərginliyin nəticəsində).
  • İmmun sistemdə baş verən pozuntular: hiperhəssaslıq, angionevrotik ödem, anafilaktik reaksiya.

Saxlanma şəraiti

25°C-dan yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

Bisakodil Nijfarm qiyməti

Dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. 

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklərdən sərfəli qiymətə ala bilərsiniz. Bisakodil qiyməti: 2 AZN - 3 AZN

Qeydiyyat vəsiqəsinin sahibi

“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: [email protected]

İstehsalçı

“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: [email protected]


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow