Milqamma ampula istifadə qaydası necədir?
Milqamma ampula sinir oyanıqlığında, diabet xəstəliklərinin müalicə və profilaktikasında, vitamin və mineral çatışmamazlığı zamanı istifadə olunan preparatdır.

Milqamma ampula haqqında məlumat
Milqamma qiyməti
Milqamma iynə qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Milqamma ampula qiyməti 13 azn - 15 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Milqamma qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tətbiq sahələri
Sinir sisteminin müxtəlif mənşəli xəstəliklərinin patogenetik və simptomatik müalicəsi üçün istifadə olunur: nevritlər, nevralgiyalar, üz sinirinin parezi, retrobulyar nevrit, qanqlionitlər (kəmərləyici dəmrov da daxil olmaqla), pleksoppatiya, neyropatiya, polineyropatiya (diabetik, alkoqol və s.) xüsusilə yuxarı yaş qrupunda əzələlərin gecə qıcolmaları, onurğanın osteoxondrozunun nevroloji təzahürləri: radikulopatiyalar, lumboişialgiya, əzələ-tonik sindromlar.
Tərkibi
Təsiredici maddələr: 1 ml məhlulun tərkibində 50 mq tiamin hidroxlorid, 50 mq piridoksin-hidroxlorid, 0,5 mq sianokobalamin, 10 mq lidokain hidroxlorid vardır.
Köməkçi maddələr: benzil spirit, natrium polifosfat, heksasianoferrat, natrium hidroksid, inyeksiya üçün su.
Tiamin hidroxlorid 50 mq, piridoksin hidroxlorid 50 mq, sianokobalamin 0,5 mq
İstifadə qaydası və dozası
Kəskin ağrı sindromu zaman müalicəni gündə 2 ml olmaqla, 5-10 gün ərzində əzələ daxilinə (dərinə) yeritməklə başlamaq məqsədəuyğundur. Sonra müalicəni preparatı daxilə qəbul etməklə və ya inyeksiyaların sayını azaltmaqla (2-3 həftə ərzində və hər həftədə 2-3 dəfə olmaqla) davam etdirmək lazımdır. Daha sonra müalicəni preparatın daxilə qəbul edilən formaları ilə davam etdirmək məsləhətdir.
Qablaşdırma
2 ml ampullarda N5 İnyeksiya üçün məhlul
İstehsalçı ölkə
Almaniya
Aptekdən buraxılma şərti
Reseptli
Milqamma nə üçündür?
- Sinir oyanıqlığında istifadə olunan dərmanlar
- Diabet xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunan dərmanlar
- Vitamin və mineral çatışmamazlığı
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






