Seraflazim kapsul nə üçündür? qiyməti və tərkibi

Seraflazim Ferment çatışmamazlığı zamanı istifadə olunan preparatdır.

Sep 6, 2024 - 17:48
Sep 6, 2024 - 17:47
 0
Seraflazim kapsul nə üçündür? qiyməti və tərkibi
Seraflazim kapsul

Seraflazim haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Seraflazim qiyməti

Seraflazim kapsul qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Seraflazim qiyməti 26 azn - 29 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Seraflazim tabletka qiyməti -ni öyrənərək əldə edəsiniz.

Tərkibi:  

Hər 1 kapsulda

  • Serratiopeptidaza (Serratiopeptidase)  -80 000 İ.U ( 67 mg)
  • Soya izoflavonları (Soy isoflavones) – 50 mg
  • Nattokinaza ( Nattokinase) - 700 FU (40.6 mq)

Köməkçi maddələr: Maltodekstrin ;maqnezium stearat;silikon dioksid; jelatin

Farmakoloji xüsusiyyətləri:

Serratiopeptidaza, serrapeptaza və ya serralizin kimi tanınan proteolitik fermentdir. Serratia növündən olan enterobakteriyalar tərəfindən maltodekstrinin fermentasiyası nəticəsində alınır. Serratiopeptidaza iltihab ocağında bradikinin, histamin və serotoninin miqdarını azaldaraq iltihab prosesini ləngidir. Serratiopeptidaza toxumalarda mikrosirkulyasiyanı yaxşılaşdırır, fibrinoz eksudatın parçalanmasına və reabsorbsiyasına səbəb olur.  Plazmin inhibitorlarının fəallığını azaldır, bununla da plazminin fibrinolitik fəallığını artırır. Serratiopeptidaza iltihablı toxumalarda aminlərin azad olmasını aşağı salaraq ağrıkəsici təsir göstərir. Soya izoflavonları  – klimakterik mənşəli psixoemosional və vegetativ-damar pozğunluqlarının (isti basmaları, baş ağrısı, uşaqlıq yolunun quruluğu, qeyri-müntəzəm aybaşı, əhval-ruhiyyənin dəyişməsi, ümumi narahatlıq) təzahürünü əhəmiyyətli dərəcədə azaldır. Soya izoflavonları hüceyrə proliferasiyasına, fermentlərin aktivliyinə təsir göstərməklə, həm də antioksidant xassələri sayəsində osteoporozun və ürək-damar xəstəliklərinin inkişaf riskini azaldır. Nattokinaza –  subtilizinlər qrupuna daxildir, fibrinolitik xüsusiyətə malik təbii antikoaqulantdır. Fibrinin əmələ gəlməsinin qarşısını alan güclü fermentdir.

 İstifadəsinə göstərişləri:

  • Əməliyatlardan sonra fəsadların aradan qaldırılmasında, bitişmə xəstəliyi, posttravmatik və limfatik ödemlər
  • Həzm fermentlərinin sekresiyasını yaxşılaşdırır.
  • Kiçik çanaq orqanlarının infeksiyon iltihabi patologiyası, hestoz, mastopatiya, hormonal preparatların təyini zamanı
  • Sınıqlar, çıxıqlar, vətər dartılmaları zamanı yaranan ödəmlər
  • İmplantların tətbiqi zamanı mikrosirkulyasiyanı yaxşılaşdırmaq və  əməliyyatdan sonra yaranan ödəmləri azaltmaq məqsədi ilə
  • Otit, kəskin və xroniki sinusit , kəskin və xroniki rinit
  • Nevrit, radikulit, diabetik polineyropatiya, miozit
  • Prostatit, uretrit
  • Autoimmun tiroidit( haşımoto zobu)

İstifadə qaydası:

14 yaşdan yuxarı uşaqlar və böyüklər: 1 kapsul gündə 1 dəfə

Əks göstərişlər:

Məhsulun hər hansı bir komponentinə qarşı yüksək həssaslıq.

Buraxılış forması: 

N30 kapsul

İstehsalçı: 

Universe Pharma, Türkiyə

Azərbaycanda rəsmi distribütor: 

HealPro MMC

Seraflazim nə üçündür?

  • Ferment çatışmamazlığı zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow