Lorosept məhlul istifadə qaydası necədir?
Lorosept məhlul - Öskürək zamanı, ağız boşluğu xəstəlikləri zamanı, angina, faringit, laringit zamanı istifadə olunan preparatdır.

Lorosept məhlul haqqında məlumat
Lorosept məhlul qiyməti
Lorosept qarqara qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Lorosept məhlul qiyməti 7 azn - 9 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Lorosept qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi:
Propolisin, evkalipt yarpağının, küknar yarpağının, exinaseya otunun, mixək tumurcuğunun, itburnu meyvəsinin, palıd qabığının, biyan kökünün, adaçayı yarpağının, gülümbahar çiçəyinin, bibəriyyə otunun, nar qabığının və darçının spirtli çıxarışı, təbii limon aromatı, distillə suyu.
Farmakoloji təsiri:
- Məhlul güclü antibakterial, göbələk və virus əleyhinə effekt verir.
- Tərkibində olan aşı maddələri, xüsusən də tanin ağız boşluğu və udlağın selikli qişasına büzücü və mikrob əleyhinə təsir göstərir, virus və bakteriyaların selikli qişaya daxil olaraq yuxarı tənəffüs yollarında xəstəlik törətməsinin qarşısını alır.
- İltihab əleyhinə və yerli anestetik təsir edir, ağız boşluğu və udlaqda qızartı və ağrını aradan qaldırır, dişəti xəstəliklərinin qarşısını alır.
İstifadəsinə göstərişlər:
- Angina, tonzillit
- Faringit, laringit
- Müxtəlif etiologiyalı quru öskürəklərdə
- Gingivit
- Parodontoz
- Halitoz
- Diş ekstraksiyasından sonra
- Ağız boşluğu, qırtlaq və udlağın digər xəstəliklərində
Əks göstərişlər:
Məhlulun tərkibində olan komponentlərə qarşı fərdi həssaslıq.
İstifadə qaydası:
- Ağız boşluğu və udlaq 15 ml (1 xörək qaşığı) məhlulla gündə 4-5 dəfə yaxalanır və ya qarqara edilir.
- 5 yaşdan yuxarı uşaqlara 10 ml (1 desert qaşığı) məhlulla gündə 4-5 dəfə yaxalanır və ya qarqara edilir.
- İstifadədən sonra 30 dəqiqə ərzində qida və su qəbulu tövsiyə olunmur.
Buraxılış forması:
100 ml-lik tünd rəngli şüşə flakonda, içlik vərəqəsi ilə birlikdə karton qablaşdırmada.
Saxlanma müddəti:
2 il .
Saxlanma şəraiti:
Sərin və uşaqlar üçün əlçatmaz yerdə saxlanılmalıdır. İstifadə müddəti qurtarmış məhluldan istifadə etməyin. Reseptsiz buraxılır. Dərman vasitəsi deyil.
Lorosept məhlul nə üçündür?
- Angina, faringit, laringit zamanı istifadə olunan dərmanlar
- Ağız boşluğu xəstəlikləri zamanı istifadə olunan dərmanlar
- Öskürək əleyhinə dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






