Angins10 sirop nə üçündür?

Angins10 sirop - Öskürək zamanı, ağız boşluğu xəstəlikləri zamanı, angina, faringit, laringit zamanı istifadə olunan preparatdır.

Sep 26, 2024 - 09:25
 0
Angins10 sirop nə üçündür?
Angins10 sirop

Angins10 sirop haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Angins10 sirop qiyməti

Angins10 qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Angins10 sirop qiyməti 8 azn - 10 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Angins10 məhlul qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi:

Nar qabığının, küknar yarpağının, mixək tumurcuğunun, yaşıl çay yarpağının, propolisin, aptek çobanyastığı çiçəyinin, kəklikotu otunun, itburnu meyvəsinin, biyan kökünün, adaçayı yarpağının, evkalipt yarpağının, gülümbahar çiçəyinin, bibəriyyə otunun, palıd qabığının, exinaseya otunun, meşə əməköməci çiçəyi və yarpağının spirtli çıxarışı, distillə suyu.

Farmakoloji təsiri:

  • Nar qabığı, palıd qabığı və küknar yarpağı aşı maddələrlə, xüsusən də taninlə zəngin olduğu üçün ağız boşluğu və udlağın selikli qişasına güclü büzücü və antibakterial təsir göstərir, virus və bakteriyaların selikli qişayaya daxil olaraq xəstəlik törətməsinin qarşısını alır.
  • Evkalipt, adaçayı, gülümbahar və bibəriyyə otu güclü antibakterial, antifunqal və virus əleyhinə effekt verir.
  • Aptek çobanyastığı, kəklikotu, biyan kökü və əməköməci çiçəyi iltihab əleyhinə təsir edir, ağız boşluğu və udlaqda qızartı və şişkinliyi aradan qaldırır.
  • İtburnu meyvəsi və yaşıl çay C vitamini ilə zəngindir, dişəti xəstəliklərinin qarşısını alır.
  • Mixək, exinaseya və propolis yerli anestetik və ağrıkəsici effekt verir.

İstifadəsinə göstərişlər:

  • Angina, tonzillit
  • Faringit, laringit
  • Gingivit
  • Parodontoz
  • Halitoz
  • Diş ekstraksiyasından sonra
  • Ağız boşluğu, qırtlaq və udlağın digər xəstəliklərində
  • Müxtəlif etiologiyalı quru öskürəklərdə

Əks göstərişlər:

Məhlulun tərkibində olan komponentlərə qarşı fərdi həssaslıq

İstifadə qaydası:

Ağız boşluğu və udlaq1 xörək qaşığı məhlulla gündə 4-5 dəfə yaxalanır və ya qarqara edilir. 5 yaşdan yuxarı uşaqlara 10 ml məhlulla gündə 4-5 dəfə yaxalanır və ya qarqara edilir.

Angins10 sirop nə üçündür?

  1. Öskürək əleyhinə dərmanlar
  2. Angina, faringit, laringit zamanı istifadə olunan dərmanlar
  3. Ağız boşluğu üçün məhlullar
  4. Ağız boşluğu xəstəlikləri zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow