Çörəyin içindən həşərat çıxdı: Şirkətdən açıqlama - Foto

Marketdən alınan çörəyin içindən həşərat çıxıb.
Doktorm.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkədə şikayət paylaşılıb.
Şikayətçi qeyd edib ki, çörəyi doğrayan övladı gözlənilməz mənzərə ilə rastlaşıb:
"Uşaq çörəyin içindən çıxan həşəratı görüb iyrəndi. Bütün bədəni bir anda səpdi".
Məsələ ilə bağlı Qarabağ ASC-nin direktoru Məhəmməd İbadov oxu.az-a açıqlama verib:
"Çörəyin içindən çıxan həşərata görə, hər kəsdən üzr istəyirik. İstehsal sahəsində bəzən belə xətalar olur. Olmamalıdır, amma olub. Hazırda məsələni araşdırırıq. İşində məsuliyyətsizliyə yol verən əməkdaşla bağlı müvafiq tədbir görüləcək", - M. İbadov vurğulayıb.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






