Dönər nə vaxt zəhərlənmə yaradır? - Son günlərin əsas bəlasından QORUNMAĞIN YOLLARI

Son günlər dönərdən zəhərlənmə halları artıb. Hətta ard-arda baş verən kütləvi dönər zəhərlənmələri artıq ciddi narahatlıq yaratmağa başlayıb.
Dönər niyə zəhərlənməyə səbəb olur? Bu cür zəhərlənmələrin qarşısını almaq üçün hansı addımlar atılır?
Doktorm.Az xəbər verir ki, bu barədə Trend-ə Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin rəhbəri Azər Maqsudov danışıb.
O bildirib ki, dönərdən zəhərlənməyə onun hazırlandığı ət səbəb olur:
"Adətən, dönərdən zəhərlənmələrə onun hazırlandığı ət, toyuq səbəb olur. Qidanın saxlanması və hazırlanma qaydası olduqca vacibdir. Zəhərlənmə ətin keyfiyyətindən və saxlanma müddətindən, eləcə də, şəraitindən irəli gəlir. Buna AQTA nəzarət edir.
Dönərdən zəhərlənmələr qida infeksiyasına aiddir. Zəhərlənmə zamanı əsas şikayətlər mədə-bağırsaqda diskomfort, ağrılar, köp, ürəkbulanma, qusma, bədən hərarətinin qalxmasıdır. Hətta nəzarət olmazsa, insan huşunu itirə bilər və vəziyyət proqressiv olaraq pozular".
O qeyd edib ki, zəhərlənmədən uzaq olmaq üçün qida məhsullarının normaya uyğun olması və saxlanma müddəti vacibdir:
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






