Urinon D istifadə qaydası necədir?
Urinon D - Böyrək və sidik yollarının iltihabında, böyrək daşı xəstəliyində, böyrək çatışmamazlığı zamanı istifadə olunan preparatdır.

Urinon D haqqında məlumat
Urinon D qiyməti
Urinon D qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Urinon D qiyməti 26 azn - 29 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Urinon qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi:
- Pacran 250,0 mq
- (Quşüzümü bitkisinin standartlaşdırılmış ekstraktı)
- D mannoza 200,0 mq
Farmakoloji qrupu:
Iltihabəleyhinə, uroseptik, diuretik.
Farmakoloji təsiri:
Quşüzümü bitkisinin ekstraktı – təbii sidikqovucu, iltihabəleyhinə təsirə malik, sistit, uretrit və pielonefrit zamanı yardımçı vasitədir. Tərkibində olan proantosianozidlər sidik yollarında antiadheziv təsir göstərərək bakteriyaların sidik yollarının divarlarına yapışmasının (adheziyasının) qarşısını alır.
Hidroxinon sidik ifrazını gücləndirərək diurezi artırır. Onun təsiri on illərlə sınaqdan çıxarılmışdır və təsdiq olunmuşdur ki, quşüzümü ekstraktı sidiyin turşuluğunu tədricən artıraraq, bakteriyalar tərəfindən zədələnmiş orqanizmin bərpasına imkan yaradır.
Göstərişləri:
- Sidik yollarının kəskin və xroniki infeksiyalarının kompleks müalicəsi (pielonefrit, sistit, uretrit), o cümlədən şəkərli diabet xəstələrində;
- Böyrək daşı xəstəliyinin kompleks müalicəsi;
- Simptomsuz bakteriuriya;
- Hamiləlik zаmanı sidik yollarının infeksiyaları.
Əks göstərişləri:
Preparatın hər hansı komponentinə qarşı fərdi həssaslıq.
Dozalanması və qəbul qaydası:
1 kapsuldan gündə 2- 3 dəfə yeməkdən sonra və ya yemək vaxtı kifayət qədər maye ilə.
Digər dərman preparatları ilə yanaşı istifadəsi:
Antibiotiklərin təsir effektini gücləndirir.
Əlavə təsirləri:
Qeyd olunmayıb.
Buraxılış forması:
Yumşaq jelatin kapsul № 30
İstehsalçı:
VEFA İlac San. ve Tic. Ltd. Şti.
Azerbaycan Respublikasında rəsmi distribütor “Paşa-K” şirkəti.
Urinon D nə üçündür?
- Böyrək və sidik yollarının iltihabında istifadə olunan dərmanlar
- Böyrək daşı xəstəliyində istifadə olunan dərmanlar
- Böyrək çatışmamazlığı zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






