Nefrofort sirop nə üçündür?
Nefrofort sirop - Sidik ifrazatı xəstəliklərində, böyrək və sidik yollarının iltihabında istifadə olunan preparatdır.

Nefrofort sirop haqqında məlumat
Nefrofort sirop qiyməti
Nefrofort qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Nefrofort sirop qiyməti 7 azn - 9 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Nefrofort şərbət qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Sidik-ifrazat sistemi üçün köməkçi vasitə
Tərkibi:
Adi mərcangilə (Vaccinium vitis-idaea) meyvəsinin duru ekstraktı – 9,2 ml; sallaq tozağacı (Betula pendula) yarpağının duru ekstraktı – 7 ml; ikievli gicitkən (Urtica dioica) yarpağının duru ekstraktı – 6,75 ml; qara gəndalaş (Sambucus nigra) çiçəyinin duru ekstraktı – 6,75; adi razyana (Foeniculum vulgare) meyvəsinin distillatı – 6,6 ml; dərman gülümbahar (Calendula officinalis) çiçəyinin duru ekstraktı – 5,75 ml; meşə çiyələyi (Fragaria vesca) yarpağının duru ekstraktı – 3,95 ml.
Köməkçi maddələr: distillə suyu, saxaroza, limon turşusu (E330), pektin (E440), natrium benzoat (E211), qliserin (E422).
İstifadəsinə göstəriş:
Maddələr mübadiləsini tənzimləyən, sidik-ifrazat sisteminin fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ.
İstifadə qaydası:
- 4-7 yaş uşaqlar üçün 10 ml (2 çay qaşığı) gündə 3 dəfə;
- 7-12 yaş uşaqlar üçün 15 ml (1 xörək qaşığı) gündə 3 dəfə;
- 12 yaşdan yuxarı uşaqlar və böyüklər üçün 30 ml (2 xörək qaşığı) gündə 3 dəfə yeməkdən əvvəl daxilə qəbul olunur.
- Tərkibində şəkər olduğuna görə şəkərli diabeti olan xəstələr şərbətdən ehtiyatla istifadə etməlidirlər.
- Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
Əks göstərişlər:
Şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıq.
Saxlanılması:
25°C-dən yuxarı olmayan temperaturda və uşaqlar üçün əlçatmaz yerdə saxlayın. Qapağı açıldıqdan sonra 20 gün müddətində istifadəyə yararlıdır. İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.
Yararlılıq müddəti:
3 il.
Buraxılış forması:
100 ml tünd rəngli şüşə flakon, içlik vərəqəsi ilə birlikdə karton qablaşdırmada.
Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji fəallığa malik qida əlavəsidir.
Məhsul qidanı əvəz etmir.
Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.
Nefrofort sirop nə üçündür?
- Böyrək və sidik yollarının iltihabında istifadə olunan dərmanlar
- Sidik ifrazatı xəstəliklərində istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






