Solitra kids

Jul 5, 2024 - 19:30
Jul 5, 2024 - 19:40
 0
Solitra kids
Solitra kids

Solitra kids

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Solitra kids tərkibi

10 ml-də: 

  • Maqnezium bisqlisinat (Magnesium bisglycinate)..250 mq 
  • B6 vitamini (Pyridoxin HCl)..........................................6 mq
  • L-triptofan (L-tryptophan)……….............................. 20 mq
  • L-tirozin (L-tyrosine)................................................. 4,5 mq
  • Qlisin (Glycine).......................................................... 50 mq
  • Çobanyastığı (Matricaria recutita)………………....... 50 mq
  • Melissa (Melissa officinalis)....................................... 50 mq
  • Cökə (Tilia cordata).................................................... 30 mq
  • Lavanda (Lavandula angustifolia).............................. 30 mq
  • Nanə (Mentha piperita)............................................... 30 mq
  • Badyan (Pimpinella anisum)...................................... 10 mq

Farmakoterapevtik qrupu

Mg; B6 vitamini; L-triptofan; L-tirozin ilə kombinə edilmiş bitki tərkibli sedativ vasitə

Farmakoloji xüsusiyyətləri

Solitra kids nə üçündür?

Maqnezium bisqlisinat – xelat birləşmədi, yəni 1 molekul maqneziumun 2 molekul qlisin amin turşusu ilə birləşməsidir (üzvi forma). Bunun sayəsində, qeyri-üzvi maqnezium duzlarına nisbətən daha yüksək biomənimsənilir, asan sorulur və defisiti tez kompensasiya edir. Maqnezium 2 qlisin amin turşusunun iştirakı ilə hüceyrəyə keçdiyindən absorbsiyası üçün mədə turşusu tələb olunmur. Mg bisglisinat hematoensefalik baryeri keçən yeganə maqnezium birləşməsidir və depressiya, stres, miqren olan insanlar üçün göstərişdir.

Mg - hüceyrələrin normal fəaliyyəti üçün vacib elementdir, maddələr mübadiləsinin bütün reaksiyalarında iştirak edir. Maqnezium ionları neyronların oyanıqlıqlarını aradan qaldıraraq sinir-əzələ ötürücülüyünü tənzimləyir. Əzələlərdə ion balansını bərpa edərək bütün  fermentativ reaksiyalarda iştirak edir. Mütəmadi streslər, fiziki gərginlik, viral infeksiyalar orqanizmdə maqnezium səviyyəsinin azalmasına səbəb olur. Maqnezium defisiti xroniki yorğunluq, əhval dəyişikliyi, gecə qıcolmaları, tremor, tetaniya, ataksiya, yüksək reflektor oyanıqlıq, yuxu pozğunluğu, aritmiya, mədə-bağırsaq pozğunluğu kimi patologiyaların yaranmasına səbəb olur.

Mg - beyin, ürək, böyrək, qaraciyər, mədəaltı vəzi, reproduktiv və bir çox digər orqanlarda enerjidən asılı olan bütün proseslərin normal gedişini təmin edən elementdir. O, ürək-damar və sinir sistemlərinin, həzm orqanlarının normal fəaliyyətində mühüm rol oynayır, əzələlər və sümüklər üçün əvəzolunmazdır.

B6 vitamini - zülalların, amin turşuların mübadiləsində, hormonların və eritrositlərin yaranmasında iştirak edir, immun sistemini möhkəmləndirir, miokardda hipoksiyanı azaldır, sinir sisteminin fəaliyyətini yaxşılaşdırır. Koferment kimi bütün mübadilə proseslərində iştirak edir, sinir toxumasının maddələr mübadiləsini tənzimləyir. MBT-dən maqneziumun sürətli sorulmasını və hüceyrələrə toplanmasını təmin edir. Qlütamin turşusunun QAYT-a çevrilməsində iştirak edir. QAYT-ın endogen sintezini aktivləşdirir. B6 vitamini əhval-ruhiyyəni tənzimləyən serotonin hormonunun,  stres yaxud qorxu reaksiyalarına təsir edən norepinefrinin sintezində iştirak edir. B6 vitamini orqanizmin daxili saatını və yuxu rejimini tənzimləmək üçün melatonin sintezinə şərait yaradır.  

L-triptofan (L-tryptophan) – zülal mübadiləsində iştirak edən vacib amin turşusudur. Triptofan  daxilə qəbul edildikdən sonra əvvəlcə 5-HTP-yə (5-hidroksitriptofan) çevrilir, sonra serotonin ("xoşbəxtlik hormonu"), melatonin (antioksidant və "yuxu hormonu"), xolin (nootrop və antidepressant), B6 vitamini sintezində iştirak edir. B6 vitamini enerji mübadiləsi üçün lazımdır. Qaraciyərdə serotoninin yaranmasında rolu olan B3 vitamininə (niasin) çevrilir. Defisiti xroniki yuxusuzluğa, əhval-ruhiyyənin pozulmasına, depressiyaya və qidalanma pozğunluğuna səbəb olur. L-triptofan əsəbi gərginliyi, həyəcanı, stresi aradan qaldırır, yuxunun keyfiyyətini, aydın düşüncəni və diqqəti artırır. Antidepresant effektə malikdir. Stresə səbəb olan kortizol hormonunu azaldır. Orqanizm triptofan istehsal edə bilmədiyi üçün, ancaq xaricdən daxilə qəbul yolu ilə alır. Sintetik yolla alınan 5-HTP daxilə qəbul zamanı dar təsir göstərir - yalnız serotonin sintezini stimullaşdırır, amma amin turşu olan L-triptofan isə daha geniş təsir göstərir – serotonin, melatonin, xolin və niasinin sintezini stimullaşdıraraq çox problemləri həll edir.

L-tirozin (L-tyrosine) – dopamin, epinefrin və norepinefrin neyrotransmitterlərinin, həmçinin melaninin (dəri, saç piqmenti) sintezində iştirak edən şərti-əvəzolunmaz amin turşudur. L-tirozin defisitində noradrenalin səviyyəsi azalır, depressiya yaranır. L-tirozin tiroid vəz, böyrəküstü vəzi, hipofiz hormonlarının sintezində iştirak edərək onların səviyyəsini tənzimləyir, endokrin sistemin funksiyalarını normallaşdırır, stresə qarşı müqaviməti artırır, MSS-nin işini yaxşılaşdırır. Həyəcan və yorğunluğu azaldır, əhval-ruhiyyəni artırır. Orqanizmin stresə qarşı reaksiyasında əsas neyromediatorlar-noradrenalin (norepinefrin) və adrenalin (epinefrin) sintezini artırır, dopaminlə birlikdə əhval-ruhiyyəni və zehni aktivliyi, diqqəti artırır.

Qlisin (Glycine) – baş beyində metabolizmi aktivləşdirən əvəz olunmayan amin turşudur, mərkəzi sinir sistemində tormozlanma proseslərini normallaşdırır, sedativ və antidepresant təsirlər göstərir. Qlisin QAYT-energik ,

alfa1-adrenoblokator, antioksidant və antitoksik təsirlərə malikdir. Həmçinin qlutamat (NMDA- N-metil D aspartat) reseptorlarının fəaliyyətini tənzimləyərək psixo-emosional stresi, aqressivliyi azaldır, sosial uyğunlaşmanı artırır; əhval-ruhiyyəni yaxşılaşdırır, yuxuya getməni asanlaşdırır və yuxunu normallaşdırır.

Çobanyastığı (Matricaria recutita) – tərkibində olan alfa-bisabolol, xamazulen, apigenin, matrisinin hesabına sinir sisteminə yumşaq sakitləşdirici təsir göstərir, əsəb, gərginlik hallarını aradan qaldırır, yuxunu bərpa edir və saya əzələ sisteminə spazmolitik təsir göstərərək ürək-damar sisteminin işini yaxşılaşdırır.

Melissa (Melissa officinalis) - tərkibi sitralla, sitronella, geraniolla, linaloolla, fenilpropanoidlərlə, xlorogen ve qəhvə turşuları ilə doymuş efir yağları ilə zəngindir. Melissa ekstraktı anksiolitik, antidepresant, spazmolitik, immunomodullaşdırıcı, antiviral, antibakterial və antiallergik təsirlərə malikdir. Bu xüsusiyyətlər  melissanın tərkibindəki konkret komponentlərin məsələn; sitronellanın – güclü sedativ təsiri, geraniollanın – spazmolitik təsiri, fenilpropanoidlərin – antibakterial, antiviral, antiallergik və immunmodullaşdırıcı təsirlərindən irəli gəlir. Melissanın iştaha artırıcı, sidikqovucu və  ürəkbulanmanı aradan qaldırması xüsusiyyətləri də var.

Cökə (Tilia cordata) – tərkibində efir yağları, С vitamini, Mn, saponinlər, hesperidin, triterpen birləşmə - tiliadin, fitonsidlər, flavanoidlər, kversetin, üzvi turşular var. Sedativ təsiri hesabına stres, gərginlik, həyəcanı azaldır, sakitlik yaradır, bununla yanaşı dərin yuxunu təmin etməsi xüsusiyyəti də var. Tərləməni artıraraq toksinləri orqanizmdən xaric edir, sidikqovucu, qızdırmasalıcı təsir göstərir. Spazmolitik təsir edərək saya əzələlərdəki spazmı aradan qaldırır.

Lavanda (Lavandula angustifolia) – tərkibindəki efir yağları, flavanoidlər və kumarinlər hesabına sedativ, qıcolma əleyhinə, sidikqovucu effektlərə malikdir. Mərkəzi sinir sisteminə sakitləşdirici təsir göstərir. Spazmolitik xüsusiyyəti hesabına damarlarda yaranan spazmı aradan qaldırır, arterial təzyiqi normallaşdırır, bronxlarda spazmı götürür.

Nanə (Mentha piperita) – mentol, efir yağları, fitonsidlər hesabına sedativ təsir göstərir, sinir gərginliyini aradan qaldırır, nevroz, isteriya, həddindən artıq gərginlik, depressiya və xroniki stres zamanı terapevtik effektə malikdir.

Badyan (Pimpinella anisum) – tərkibindəki anetol, anis turşusu, α-pinen, kamfen hesabına spazmolitik, anestetik, sedativ, iltihab əleyhinə təsirlər göstərir. Spazmolitik effektinə görə saya əzələlərdə yaranmış spazmı aradan qaldırır. Sedativ effekti hesabına sakitləşdirici təsir göstərir, yuxunun keyfiyyətini artırır.

İstifadəsinə göstərişləri

  • Yüksək sinir oyanıqlığı
  • Əsəbi gərginlik
  • Yuxu pozğunluğu, yuxusuzluq, hiperaktivlik
  • Xroniki stres, depressiya
  • Narahatlıq, qorxu, özünə güvənsizlik
  • Psixogen və həyacanlı-nevrotik hallar
  • Qastrointestinal spazm, spastik kolit, pilorospazm
  • Qıcıqlanmış bağırsaq sindromu
  • Neyrosirkulyator distoniya - Kardionevroz, taxikardiya
  • Vegetativ damar distoniyası
  • Xroniki yorğunluq, fiziki və psixi tükənmə, asteniya
  • Əzələ spazmı və spastik ağrılar

Solitra kids dozalanması və istifadə qaydası

SOLİTRA kids - Banan aromalı sirop

1 yaşa qədər uşaqlar: 2,5 ml;
1-3 yaş uşaqlar: 5,0 ml;
3-6 yaş uşaqlar: 7,5 ml;
6-12 yaş uşaqlar: 10 ml;

12 yaşdan yuxarı uşaqlar və böyüklər: 15 ml gündə 1-2 dəfə, ağır patalogiyalar zamanı isə gündə 2-3 dəfə yeməkdən sonra daxilə qəbul edilir.

Yuxu pozğunluğu zamanı isə doza yatmazdan 30 dəq. əvvəl qəbul olunur.

Qəbul qaydası və müalicə müddəti fərdi olaraq həkim tərəfindən tənzimlənə və müalicə kursları təkrarlana bilər.

İstifadə etməzdən əvvəl flakonu çalxalamaq lazımdır. 

Solitra kids əks göstərişləri

Preparatın tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq.

Əlavə təsirləri

Nadir hallarda halsızlıq və dispeptik əlamətlər

Buraxılış forması

200 ml flakon.

Solitra kids qiyməti

Solitra kids qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. 

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Solitra kids qiyməti -ni öyrənərək əldə edəsiniz.

İstehsalçı ölkə

Türkiyə

Aid olduğu kateqoriyalar

Sinir oyanıqlığında istifadə olunan dərmanlar


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow