Vitasolis kids
Vitasolis kids omeqa-3 və L-lizin ilə kombinə olunmuş vitamin-mineral kompleksidir

Vitasolis kids haqqında məlumat
Vitasolis kids tərkibi
5 ml-də:
- Omega-3 (EPA - 9 mg, DHA - 6 mg).............................50 mq
- L-lizin (L-Lysine)...........................................................25 mq
- C vitamini (Ascorbic acid).............................................40 mq
- D3 vitamini (Cholecalciferol)……………………….......400 BV
- A vitamini (Retinyl acetate)......................................400 mkq
- E vitamini (Tocopheryl Acetate)…...................…..…......6 mq
- B1 vitamini (Thiamine)............................................... 1,5 mq
- B2 vitamini (Riboflavine).............................................1,4 mq
- B3 vitamini (Niacinamide)............................................. 8 mq
- B5 vitamini (Pantothenic acid)....................................... 3 mq
- B6 vitamini (Pyrdoxine HCl).......................................... 1 mq
- B7 vitamini (Biotin).................................................... 50 mkq
- B8 vitamini (İnositol)...................................................... 5 mq
- B9 vitamini (Folic acid)........................................... 200 mkq
- B12 vitamini (Cynacobalamine)....................................2 mkq
- Kalsium karbonat (Calcium carbonate)......................150 mq
- Maqnezium bisqlisinat (Magnesium bisglycinate)...143,8 mq
- Dəmir bisqlisinat (Iron bisglycinate)...........................25,5 mq
- Natrium Molibdat (Sodium molybdate dihydrate)….17,5 mkq
- Sink sulfat (Zinc sulphate monohydrate)....................13,7 mq
- Manqan sulfat (Manganese sulphate)..........................1,4 mq
- Kalium yod (Potassium iodide)....................................92 mkq
Farmakoterapevtik qrupu
Omeqa-3 və L-lizin ilə kombinə olunmuş vitamin-mineral kompleksi.
Farmakoloji xüsusiyyətləri
Vitasolis kids nə üçündür?
Orqanizmdə avitaminozu aradan qaldırır, makro və mikro elementlərə olan təlabatını ödəyir. İmmun sistemin müqavimətini artıraraq orqanizmi bir çox xəstəliklərdən qoruyur.
Omeqa-3 - doymamış yağ turşularının - eykozapentaen turşusu (EPA) və dokozaheksaen turşusu (DHA) kombinasiyasıdır, 2:1 nisbətindədir. Omeqa-3 uşağın fiziki və zehni inkişafını (IQ), sosial bacarıqlarını, diqqətini artırır. Retinada damar patologiyasının qarşısını alaraq görməni yaxşılaşdırır. İştahanı, infeksiyalara qarşı immun müqaviməti artırır, skeletin normal formalaşmasında rol oynayır. Antioksidant, iltihab əleyhinə, regenerasiyaedici və hipoqlikemik təsirlərə malikdir. ASLP və OSLP miqdarını tənzimləməklə onların hüceyrə membranına zədələyici təsirlərinin qarşısını alır, hüceyrə membranının struktur elementlərinin sintezini stimulə edərək onların sürətli regenerasiyasını təmin edir.
L-lizin - orqanizmdə sintez olunmayan əvəzolunmaz (esensial) amin turşudu. L-lizin kalsiumun bağırsaqlardan absorbsiyasını yüksəldir, sümük sıxlığını artırır. Uşağın normal boy artımını təmin edir. İltihab əleyhinə təsirə malikdir. Azot mübadiləsini yaxşılaşdırmaqla əzələ zülalını toplayır, əzələ toxumasını qidalandırır və böyüməsini sürətləndirir (əzələ kütləsi zəif olan uşaqlara tövsiyə olunur). Karnitin sintezini stimullaşdıraraq artıq piylərin enerjiyə çevrilməsində iştirak edir. Antitellərin yaranmasında iştirak edərək immun sistemi aktivləşdirir. L-lizinin hüceyrələrdə herpes simplex virusunun çoxalmasının qarşısını alır, herpes infeksiyasının residivlərindən qoruyur. Göbələk mənşəli L-lizin-alfa-oksidaz fermenti 1-ci tip herpes simplex virusunun (HSV-1) çoxalmasının qarşısını alır.
C vitamini - metabolik təsirə malikdir. Dəmir, fol turşusu, histamin, lipid, zülal mübadiləsində, karnitin sintezində iştirak edir. İmmun reaksiyaları tənzimləyir (antitellərin, komplementin С3-komponentin, interferonun sintezini aktivləşdirir), faqositozu aktivləşdirir, orqanizmin infeksiyalara qarşı müqavimətini artırır. Güclü antioksidant və antiaqreqant təsirə malikdir.
D3 vitamini – yalnız sümük sağlamlığı üçün deyil, güclü immun sistemi üçün də vacib vitamindir. Humoral və hüceyrəvi immuniteti gücləndirməklə infeksion törədicilərə qarşı müqavimətini artırır, immun müdafiəni təmin edir. T və B-limfositlərin sayını, makrofaqların aktivliyini artıraraq immun və faqositoz proseslərini sürətləndirir, törədicilərin sürətli neytrallaşmasını həyata keçirir.
A vitamini- peroksid rabitələrini inaktivləşdirməklə güclü antioksidant təsir göstərir. Makrofaqların aktivliyini stimulə edərək orqanizmdə baş verən faqositoz proseslərini sürətləndirir və kənardan daxil olan yad maddələrin sürətli neytrallaşmasını həyata keçirir.
E vitamini – qan dövranını yaxşılaşdırmaqla toxumaların regenerasiyasını sürətləndirir. Lipidlərin oksidləşməsini zəiflətməklə sərbəst radikalların yaranmasının qarşısını alır, hüceyrələri zədələnməkdən qoruyaraq antioksidant təsir göstərir. Hüceyrəarası kollagen və elastiki liflərin formalaşmasında, hemin, zülalların və qonadotropinin biosintezində iştirak edir.
B qrupu vitaminləri – hüceyrələrin bölünməsi və böyüməsində, həmçinin DNT və RNT sintezində iştirak edir, toxuma regenerasiyasını sürətləndirir. Sinir liflərinin qoruyucu mielin qişasının biosintezində iştirak edir. Baş beynin fəaliyyətini, yaddaşı və qan dövranını yaxşılaşdırır, sümük və əzələ toxumasının böyüməsi və inkişafı üçün vacib vitaminlərdir.
Kalsium - Ca və P mübadiləsini tənzimləyir. Orqanizmdə kalsium defisitini bərpa edərək sümük toxumasının sıxlığını artırır, dişlərin minerallaşmasına səbəb olur. Sinir keçiriciliyinin, əzələ yığılmalarının tənzimlənməsində, hormonların sintezində iştirak edir. Ca inkişaf dövründə olan uşaqlara xüsusilə vacibdir.
Maqnezium bisqlisinat - hematoensefalik baryeri keçən yeganə maqnezium birləşməsidir və depressiya, stres, miqren zamanı göstərişdir. Mg beyin, ürək, böyrək, qaraciyər, mədəaltı vəzi, reproduktiv və bir çox digər orqanlarda enerjidən asılı olan bütün proseslərin normal gedişini təmin edir, əzələlər və sümüklər üçün əvəzolunmazdır.
Dəmir bisqlisinat - xelat kompleks olduğu üçün heç bir əlavə təsir yaratmır. Digər dəmir duzlarından fərqli olaraq 4 dəfə çox biomənimsənilməyə malikdir. Dəmir bisqlisinat hemin struktur komponenti olaraq, eritropoezdə iştirak edir. Orqanizmdə hemoqlobinin əsas tərkib komponenti olan dəmirin defisitini aradan qaldırır.
Molibden - olmadıqda orqanizmdə ölümcül sulfitlər və zəhərli maddələr toplana bilər. Molibden zərərli sulfitlərin parçalanmasına səbəb olur və toksinləri neytrallaşdırır. Zülal və purin əsaslarının mübadiləsində iştirak edir. Hüceyrələrdə enerji istehsalı, neyronlarda impuls ötürülməsi proseslərində iştirak edir. Hemoqlobinin sintezində mühüm rol oynayır. E, A, B1, B2, PP vitaminlərinin biomənimsənilməsini və terapevtik effektini yaxşılaşdırır.
Sink – hüceyrə metabolizmində əsas rol oynayan fermentlərin tərkibinə daxildir, zülal və karbohidrat sintezini tənzimləyir. Hüceyrə membranının struktur möhkəmliyini təmin edir, immunitetin formalaşmasında iştirak edir. Timus vəzinin funksiyasını aktivləşdirməklə T-limfositlərin sintezini sürətləndirir. Orqanizmdə insulinin toplanmasını və insulinə həssaslığı artirir.
Manqan - bir çox fermentlərin aktivləşməsində mühüm rol oynayan kofaktordur. Şəkər mübadiləsində (glisemik tarazlıq), insulin hormonunun sintezində iştirak edir. Antioksidant təsiri ilə hüceyrələri oksidləşdirici stresdən qoruyur. Manqan uşaqlarda və yeniyetməlik dövründə sümük və oynaqların doğru formalaşmasında iştirak edərək sağlam böyüməni təmin edir.
Kalium yod - qalxanvari vəz üçün çox önəmli olan mikroelement olub, hormonlarının sintezi üçün zəruridir. Yod defisiti uşaqların zehni inkişafının ləngiməsinə səbəb olur. Yod defisiti endemik zob, kretinizm, hipotireoz kimi xəstəliklər yaradır.
İstifadəsinə göstərişləri
- Vitamin və mineral defisiti. Vitamin, minerallara tələbatın artması, intensiv çəki və boy artımı zamanı
- Zəif qidalanma, asteniya
- Qeyri-rasional qidalanan uşaqlarda qidanın omeqa, l-lizin, vitamin və minerallarla zənginləşdirilməsi məqsədilə
- Orqanizmin infeksion və qeyri-infeksion xəstəliklərə qarşı müqavimətinin artırılması məqsədilə
- İmmunodefisit vəziyyətlər. Kütləvi yayılmış virus və bakterial infeksiyalar zamanı
- Herpesin residivlərinin qarşısı alınması və herpetik zədələnmələrin bərpası məqsədilə
- İnfeksion xəstəliklərdən sonra astenik sindrom
- Cərrahi, somatik və infeksion xəstəliklərin reabilitasiyası məqsədilə
- Göz xəstəlikləri zamanı
- Xroniki yorğunluq sindromu
- Uşaqlarda zehni yüklənmə, diqqət, yaddaş və qavrama qabiliyyətinin zəifləməsi
- Stres və nevrotik vəziyyətlər
- Müxtəlif etiologiyalı dermatit və dermatozlar
- İdmanla məşğul olan uşaqlarda artıq fiziki yüklənmə zamanı
Vitasolis kids dozalanması və istifadə qaydası
VİTASOLİS kids - Banan aromalı sirop
1 yaşa qədər uşaqlar: 2,5 ml;
1-3 yaş uşaqlar: 5,0 ml;
3-6 yaş uşaqlar: 7,5 ml;
6-12 yaş uşaqlar: 10 ml;
12 yaşdan yuxarı uşaqlar və böyüklər: 15 ml gündə 1-2 dəfə yeməkdən sonra daxilə qəbul edilir.
Qəbul qaydası və müalicə müddəti fərdi olaraq həkim tərəfindən tənzimlənə və müalicə kursları təkrarlana bilər.
İstifadə etməzdən əvvəl flakonu çalxalamaq lazımdır.
Vitasolis kids əks göstərişləri
Preparatın tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq.
Əlavə təsirləri
Nadir hallarda halsızlıq və dispeptik əlamətlər
Buraxılış forması
200 ml flakon.
Vitasolis kids qiyməti
Vitasolis kids qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Vitasolis kids qiyməti-ni öyrənərək əldə edəsiniz.
İstehsalçı ölkə
Türkiyə.
Aid olduğu kateqoriyalar
- Vitamin və mineral çatmamazlığı
- Qidalanma pozğunluğu zamanı istifadə olunan dərmanlar
- Metabolik pozulmalar zamanı istifadə olunan dərmanlar
- İmmunçatışmamazlığı zamanı istifadə olunan dərmanlar
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






