Solicartil saşe
Solicartil saşe kombinə olunmuş xondroprotektor, iltihab əleyhinə, mikrosirkulyasiyanı yaxşılaşdıran preparatdır

Solicartil saşe haqqında məlumat
Solicartil saşe tərkibi
1 saşedə:
- Qlükozamin sulfat (Glucosamine sulfate).................................750 mq
- Xondroitin sulfat (Chondroitin sulfate)......................................600 mq
- Metilsulfonilmetan/MSM (Methylsulfonylmethane)..................400 mq
- Hidrolizə edilmiş tip 2 kollagen (Hydrolyzed collagen typ 2)..…30 mq
- D3 vitamini (Cholecalciferol)…….…………………………..........400 BV
- C vitamini (Ascorbic acid)............................................................60 mq
- Sink sulfat (Zinc sulphate).............................................................2 mq
- Se - Natrium selenit (Sodium selenite)....................................120 mkq
- Manqan sulfat (Manganese sulfate)..........................................3,08 mq
- Mis sulfat (Copper sulphate) ....................................................320 mkq
- Bor turşusu (Boric acid)…..........................................…………….2 mq
- Kurkumin (Kurkumin)....................................................................10 mq
- Bromelain (Bromelain)...................................................................20 mq
- Papain (Papain)..............................................................................20 mq
Farmakoterapevtik qrupu
Kombinə olunmuş xondroprotektor, iltihab əleyhinə, mikrosirkulyasiyanı yaxşılaşdıran preparat.
Farmakoloji xüsusiyyətləri
Solicartil saşe nə üçündür?
Qlükozamin sulfat - birləşdirici toxumanın əsas struktur materialıdır. Oynaqlarda qığırdağın tamlığının saxlanılmasında əsas rol oynayır. Həmçinin, bağlarda, vətərlərdə, damarların divarında, bronxlarda, dəridə çoxluq təşkil edir. Defisiti zamanı qığırdaqlarda degenerasiya müşahidə olunur, bu da osteoartroza və oynaq ağrılarına səbəb olur. İltihabı aradan qaldırır, qığırdağın dağılmasının qarşısını alır və yeni hüceyrələrin əmələ gəlməsini stimullaşdırır. Oynaqlarda ağrını azaldır və hərəkəti artırır.
Xondroitin sulfat – yüksək molekullu mukopolisaxariddir. Əsasən, sümük və qığırdaq toxumalarında yerləşir. Qığırdaq toxumasında fosfor və kalsium mübadiləsini normallaşdırır. Oynaqlarda qığırdaq toxumasının strukturunu və funksiyalarını pozan fermentləri blokada etməklə qığırdağın degenerasiyasını tormozlayır. Qlikozaminoqlikanın sintezini stimullaşdırmaqla zədələnmiş oynaq səthinin və oynaq kisəsinin regenerasiyasını sürətləndirir. Oynaq mayesinin sintezini artırmaqla zədələnmiş oynaqların hərəkətliliyini artırır. Eyni zamanda, damar divarının möhkəmliyini və elastikliyini bərpa edir. Oynaqlarda iltihabi prosesləri aradan qaldırmaqla ağrıkəsici təsir göstərir.
Metilsulfonilmetan/MSM – üzvi kükürd tərkibli birləşmədir, dimetil sulfoksidin (DMSO) əsas metabolitidir. MSM bir çox endogen zülalların, xüsusilə əzələləri, bağları və sümükləri, saçları və dərini formalaşdıran zülalların (kollagen, elastin, keratin) tərkib hissəsidir. MSM iltihab əleyhinə, analgetik, antioksidant təsirə malikdir. MSM birləşdirici toxumanın, kollagenin biosintezini, dərinin elastikliyini və əzələlərin gücünü artırır. Oynaqlarda iltihabı, ödemi, sərtliyi və ağrıları azaldır, oynaqların hərəkətliliyini artırır, əzələlərin və vətərlərin qan dövranını yaxşılaşdırır. Oynaq kapsuluna və qığırdağa regenerativ təsir göstərir, sinovial mayenin sintezini normallaşdırır, oynaq səthinin sürtünməsinin qarşısını alır. Qlükozamin və xondroitinin biomənimsənilməsini yaxşılaşdırır.
Hidrolizə edilmiş tip 2 kollagen – heyvanların kollagenlə zəngin toxumalarından əldə edilən, aşağı molekulyar çəkili kollagen növüdür. Xüsusi fermentativ hidroliz üsulu ilə kollagenin qısa peptidlərə (zülal hissəciklərinə) parçalanması nəticəsində əldə edilən, bağırsaqlardan asan sorula bilən formasıdır. Tip 2 kollagen – qığırdaqlardakı əsas kollagen formasıdır, üç uzun amin turşu zəncirindən yaranan fibrilyar proteindir. Orqanizmdə əsasən qığırdaq toxumalarında və oynaqlarda olur. Qığırdaq - qlikozaminoqlikanlar tərkibli təbii matriksdən (extracellular matrix) ibarət olan toxumadır. Kollagen bu matriksin quru maddəsinin 60 %-ni təşkil edən əsas struktur molekuludur. Burdakı kollagenin isə 90-95 %-i Tip 2 formadadır. Oynaqlara elastiklik, sərbəst hərəkətlilik və möhkəmlik verən qığırdağın əsas hissəsini Tip 2 kollagen təşkil edir.
D3 vitamini orqanizmdə bioloji oksidləşmə proseslərinə, Ca-P mübadiləsinə təsir edir, onların nazik bağırsaqdan sorulmasını təmin edir. Defisiti nəticəsində orqanizmdə mineral maddələrin mübadiləsi pozulur, osteomalyasiyaya səbəb olur, osteoporoz, oynaqlarda kirəclənmə baş verir, daimi yorğunluq, sümük ağrıları, zəif sümüklər, əzələlərdə ağrılar müşahidə olunur.
C vitamini – vətərlər, oynaq qığırdaqları, sümüklər, dəri, qan damarlarında olan birləşdirici toxumalar üçün tikinti materialı olan kollagenin sintezi üçün lazımdır. Kollagen liflərinin çarpaz əlaqəsini kataliz edən 2 ferment - lizil hidroksilaz və prolil hidroksilaz üçün zəruri koenzimdir. Yaraların regenerasiyası və kapillyarların sağlamlığı üçün vacibdir.
Sink-həyatı vacib mikroelementlərdən biri hesab olunur. Sink - D vitamininin təsirini gücləndirir və kalsiumun yüksək biomənimsənilməsinə səbəb olur. Sümüklərin formalaşmasında, sümük toxumasının regenerasiyasında vacib rol oynayır. Orqanizmdə müxtəlif fermentlərin tərkib komponentidir, fermentativ reaksiyalarda iştirak edir. Zədələnmiş sinir toxuma strukturunun bərpa olunmasını təmin edir.
Na selenit – güclü antioksidantdır. Selen oynaqlar və sümüklər ətrafında tez-tez meydana gələn, revmatoid artrit, podaqra, psoriaz, lupus (qırmızı qurd eşənəyi), ekzema ilə əlaqəli ağrı və funksiya pozulması, iltihabi proseslərdə özünü göstərən oksidləşdirici stresi azaldır.
Manqan sulfat – bir çox fermentlərin aktivləşməsində mühüm rol oynayan kofaktordur. Şəkər mübadiləsində (qlisemik tarazlıq), karbohidrat və xolesterin mübadiləsində, insulin hormonunun sintezində iştirak edir. Antioksidant təsiri ilə hüceyrələri oksidləşdirici stresdən qoruyur. Kollagen sintezində iştirak edir. Dərinin elastikliyini, dırnaqların və saçların sağlamlığını təmin edir.
Mis sulfat - sümüklərin, qığırdaqların, vətərlərin normal quruluşunu, qan damarlarının, ağciyər alveollarının və dərinin elastikliyini dəstəkləyən, xüsusən də oynaqların müalicə və bərpasında vacib elementdir. Əzələləri və vətərləri möhkəmləndirir, toxumaların regenerasiyasını sürətləndirir, oynaqlarda iltihabi proseslərin qarşısını alır. Mis antioksidant təsir edir. Antibakterial və nəzərə çarpacaq iltihab əleyhinə təsir edərək oynaqlarda ağrını azaldır, oynaqların hərəkətliliyini artırır, revmatoid artrit kimi autoimmun xəstəliklərin simptomlarını aradan qaldırır.
Bor turşusu - Ca, Mg, P, Zn, D3 vitamininin mübadiləsinə təsir edir. Ca və Mg absorbsiyasını və sümük toxumasında toplanmasını artırır. D vitaminin sorulmasında və aktivləşməsində də rolu var. Ca-un yumşaq toxumalarda (damar və böyrək toxumalarında) toplanıb kirəc yaratmasının qarşısını alır, onu (Ca-u) sümük toxumasında və dişlərdə toplanmasına yönəldir. Bor orqanizmdə oksalatların miqdarını azaltmaq xüsusiyyəti ilə böyrək daşlarının əmələ gəlməsinin qarşısını alır. Bor, həmçinin paratiroid vəzin sintez etdiyi parathormona da təsir göstərir. Bu hormon orqanizmdə kalsium və fosforun normal səviyyədə saxlanmasını təmin edir.
Sarıkök (Kurkumin) – iltihab fermentlərini (СOX-2) ingibə edərək iltihab əleyhinə təsir göstərir, oynaqlarda iltihabın qarşısını alır, ağrını və iltihabın digər simptomlarını aradan qaldırır. Qığırdaqları geri dönməz degenerativ dəyişikliklərdən qoruyur, zədələnmiş qığırdaq və sümük toxumasının bərpasında iştirak edir, oynaqların elastikliyini artırır. Artrit və artrozun inkişafını dayandırır. Duzları oynaqlardan xaric edir, qan dövranını və regenerasiyanı aktivləşdirir, hərəkətliliyini bərpa edir, sinovial mayenin sintezini stimullaşdırır.
Bromelain – iltihab əleyhinə təsiri var, xüsusən də iltihabı, ağrıları və ödemi azaltmaq üçün oynaq xəstəliklərində istifadə olunur. Qanın laxtalanmasını azaldır, yerli qan dövranını yaxşılaşdırır
Papain - proteolitik fermentidir, oynaqlarda iltihabı aradan qaldırır, bərpa prosesini aktivləşdirir. Papainin tərkibində qığırdaq toxumasında kollagenə müsbət təsir göstərən bitki mənşəli bioloji aktiv maddələr (papain, ximopapain və s.) var. Fəqərəarası disklərin bərpasını sürətləndirir, onun normal quruluşunu və amortizator funksiyasını bərpa edir. Həmçinin, bağları da gücləndirir. Kontrakturalar (travmadan və insultdan sonrakı), müxtəlif mənşəli keloid çapıqlar, iri oynaqların artroz-artriti (koksartrozda da), serebral və spinal araxnoiditi zamanı da effektivdir.
İstifadəsinə göstərişləri
- Oynaqların degenerativ-distrofik xəstəlikləri: birincili və ikincili osteoartroz, koksartroz, qonartroz, meniskopatiya, menisk yırtığı, patellanın (diz qapağı) xondromalyasiyası və s.
- Artritlər, revmatoid artit, poliartrit, periartrit, osteoartrit
- Onurğanın degenerativ-distrofik xəstəlikləri: onurğanın osteoartriti, osteoxondroz, spondilyoz
- Fəqərəarası protruziya. Fəqərəarası yırtıq. Disk sürüşməsi
- Sümüklərin travmatik zədələnməsi və sınıqları (idman travmaları)
- Oynaq və oynaqətrafı yumşaq toxumaların travmaları (burxulma, dartılmalar, çıxıqlar və s)
- Oynaq, əzələ və boyun ağrıları. Revmatik ağrılar
- Oynaqlarda aparılan əməliyyatlardan sonrakı reabilitasiya dövründə
- Dəri, saç və dırnaq xəstəlikləri
Solicartil saşe dozalanması və istifadə qaydası
1 saşe gündə 1-2 dəfə
Saşe 150 ml ilıq suda həll edilib daxilə qəbul olunur.
Müalicə kursu: 3 ay
Qəbul qaydası və müalicə müddəti fərdi olaraq həkim tərəfindən tənzimlənə və müalicə kursları təkrarlana bilər.
Əlavə təsirləri
Nadir hallarda yerli allergik reaksiyalar müşahidə oluna bilər
Solicartil saşe əks göstərişləri
Preparatın tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq.
Buraxılış forması
30 saşe.
Solicartil saşe qiyməti
Solicartil saşe qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Solicartil saşe qiyməti -ni öyrənərək əldə edəsiniz.
İstehsalçı ölkə
Türkiyə
Aid olduğu kateqoriyalar
Dayaq-hərərkət sisteminin fəaliyyətini yaxşılaşdırıcı dərmanlar
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






