İncus qulaq damcısı

İncus qulaq damcısı yerli istifadə üçün antiseptik, iltihab əleyhinə, anestetik (ağrıkəsici), yumşaldıcı təsirlərə malik, eşitmə itkisinin qarşısını alan qulaq damcısıdır.

Jul 5, 2024 - 17:27
Jul 5, 2024 - 17:46
 0
İncus qulaq damcısı
İncus qulaq damcısı

İncus qulaq damcısı haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

İncus qulaq damcısı tərkibi

1 ml-də: 

  • Çay ağacı yağı (Melaleuca leucadendron cajaputi oil)..10 mq
  • Mixək ağacı yağı (Eugenia caryophyllata bud oil)….....10 mq
  • Badam yağı (Prunus amygdalus dulcis oil)...................10 mq
  • Qara qarağat yağı (Ribes nigrum oil)............................10 mq
  • Boraj toxumlarının yağı (Borago officinalis seed oil).....10 mq
  • Ardıc meyvələrinin yağı (Juniperus communis fruit oil).10 mq
  • Soya yağı (Glycine soja (soybean) oil)………………....10 mq
  • Propolis (Propolis extract)……………………………......10 mq
  • Qlisin (Glycine)…………...…………………………...….10 mq
  • Bisabolol (Bisabolol)…………………………………...….10 mq
  • E vitamini (Tocopheryl acetate)……………………..……10 mq        

Farmakoterapevtik  qrupu

Yerli istifadə üçün antiseptik, iltihab əleyhinə, anestetik (ağrıkəsici), yumşaldıcı təsirlərə malik, eşitmə itkisinin qarşısını alan qulaq damcısı  

Farmakoloji xüsusiyyətləri

İncus qulaq damcısı nə üçündür?

İNCUS – qulağın infeksion-iltihabi xəstəliklərinin müalicə və profilaktikasında yerli istifadə üçün antiseptik, iltihab əleyhinə, ağrıkəsici təsirlərə malik, eşitmə itkisinin qarşısını alan preparatdır. Preparatın zəngin tərkibi və təsirləri sayəsində qulaqda olan infeksion-iltihabi prosesin simptomlarını (hiperemiya, ödem, ağrı) aradan qaldırır, zədələnmiş toxumaları sürətli bərpa edir. İncusun istifadəsi xroniki otitlərdə infeksion-iltihabi proseslərin kəskinləşməsini və ağırlıq dərəcəsini azaldır. Konduktiv və sensonevral eşitmə itkisinin qarşısını alır. Yerli istifadə zamanı aktiv inqridiyentlərin bərabər yayılması sayəsində hüceyrələrə daha sürətli və daha dərindən nüfuz edir, nəzərəçarpacaq yerli terapevtik effekt göstərir, yəni qulaq boşluğunu daxildən üzərini örtür, qoruyucu təbəqə yaradaraq infeksiyaların (bakteriya, virus, göbələk) qıcıqlandırıcı və zədələyici təsirindən qoruyur, həssas sinir uclarını əhatə edərək ağrının, həmçini, daxili qulaqda yerləşən reseptorların, eşitmə sinirinin zədələnməsinin qarşısını alır, bərpasını sürətləndirir. Kirəcləşmiş qulaq kirini (“qulaq tıxacları”) yumşaldır və xaric edib qulaq keçəcəyini təmizləyir, tıxacın yaratdığı eşitmə zəifliyini və itkisini, qulaqda vızıltı, fit səsləri, arxa fonda səs-küy hissini, təbil pərdəsinə təzyiqi, qulaq kanalında dəri qıcıqlanmalarını, ağrı və başgicəllənmə kimi şikayətləri aradan qaldırır.
Çay ağacı yağı – çox sayda terpen birləşmələrdən ibarətdir, onlardan terpinen-4-ol, α-pinen, linalool, α-terpineol antibakterial, antiviral, antifunqal təsirlərə malikdir. Lipofil terpineollar mikroorqanizmlərin hüceyrə membranına nüfuz edir və onların membran strukturunu və funksiyasını pozur, sitoplazmatik membran öz qoruyucu baryerini itirir, bakterial hüceyrə yaşaya bilmir, nəticədə antiseptik effekt göstərir.
Viruslara (adeno-, rino-, korono-, herpes virusları, qripp və paraqripp ştamları), bakteriyalara (əsasən Staphylococcus aureus, Streptococcus pyogenes, Haemophilus influenzae, Moraxella catarrhalis və s), göbələklərə (Candida cinsindən olan göbələklər) qarşı effektivdir.
Mixək ağacı yağı – tərkibində 20% efir yağları, 20% dubil maddələr var, efir yağının 70%-i evgenol, asetilevgenol, kariofillendən ibarətdir. Əsasən evgenol və tərkibindəki digər aktiv maddələr antiseptik, iltihab əleyhinə, ağrıkəsici, spazmolitik, immunostimulyator təsirlər göstərir. 
Badam yağı – tərkibindəki C, E vitaminləri və beta-karoten hesabına antioksidant təsiri edərək oksidləşdirici proseslərin qarşısını alır və hüceyrələri zədələnmədən və degenerasiyadan  qoruyur. Həmçinin,  bərpa proseslərini stimullaşdıraraq regenerator təsirə malikdir. Badam yağının tərkibindəki olein turşusunun hesabına toxumalara asanlıqla nüfuz edir, iltihab əleyhinə təsir göstərir və iltihabın əlamətlərini aradan qaldırır.
Qara qarağat yağı - antiseptik, antiallergik, iltihab əleyhinə təsirlərə malikdir. Yerli istifadə zamanı tərkibində olan γ-linolen və α-linolen turşuları, flavonoidlər və antosian piqmentlərinin sayəsində antiseptik, bərpa edici, yumşaldıcı təsir göstərir, prostaqlandinlərin sintezini normallaşdırır və iltihabı aradan qaldırır. Qulağın təbii bariyer funksiyasını bərpa edir, qıcıqlanmanın, ağrının, qızartının qarşısını alır.
Boraj toxumlarının yağı - tərkibində olan γ-linolen və α-linolen turşuları, saponinlər sayəsində antiseptik, iltihab əleyhinə, bərpa edici təsir göstərir. Kirəcləşmiş qulaq kirini yumşaldaraq asan xaric edir, qulaq tıxaclarının yaratdığı eşitmə zəifliyini aradan qaldırır.
Ardıc meyvələrinin yağı - tərkibindəki α-pinen, γ-terpinen, sabinen, kamfen, terpinen-4-ol, α-qumulen hesabına antiseptik, iltihab əleyhinə, ağrıkəsici, yumşaldıcı təsirlər göstərir. İnfeksion toksinləri neytrallaşdırır, zədələnmiş iltihab sahəsini sürətli bərpa edir. Yerli immuniteti stimullaşdıraraq törədicilərə (virus, bakteriya, göbələk, ibtidailər) qarşı müqaviməti artırır.
Soya yağı – tərkibindəki lesitin güclü antioksidantdır, hüceyrələri oksidativ zədələnmədən qoruyur, həmçinin tərkibindəki vitaminlər, mikro- və makroelementlər regenerativ təsir göstərir. Otit zamanı iltihabın əlamətlərini – qızartı, ödem, ağrı, qıcıqlanmanı aradan qaldırır.
Propolis - tərkibi qalanqin, efir yağları, qatran, vitaminlər, mikroelementlər, mum ilə zəngindir. Tərkibində olan qalanqin bioflavonoidi sayəsində antiviral, antibakterial və antifunqal, iltihab əleyhinə, ağrıkəsici effekt göstərir, regenerasiyanı aktivləşdirir, mikrosirkulyasiyanı yaxşılaşdırır.
Qlisin (aminosirkə turşusu) - mərkəzi sinir sistemində metabolik prosesləri tənzimləyən amin turşudur və sinir impulslarının ötürülməsində iştirak edən neyrotransmitterdir. Neyroprotektor, neyrometabolik, nootrop, sedativ və antidepressant təsirlər göstərir, daxili qulaqda, eşitmə mərkəzində, baş beyində metabolizmi aktivləşdirir. Orqanizmin bir çox bioloji mayelərinə və toxumalarına, o cümlədən baş beyinə asanlıqla nüfuz edir. Konduktiv və sensonevral eşitmə itkisinin müalicəsi zamanı yerli istifadədə yağlı məhlulun qulaqda bərabər yayılması sayəsində hüceyrələrə daha sürətli və daha dərindən nüfuz edir, yerli hədəfə yönəlmiş təsir – target terapiya effekti verir. Daxili qulaqda yerləşən reseptorların, həmçinin eşitmə sinirinin zədələnməsinin qarşısını alır, bərpasını sürətləndirir, səs dalğasını sinir impulsuna çevirən eşitmə neyronlarını, beynin səs impulsunu tanıyan və ona cavab verən eşitmə mərkəzinə ötürülməsini aktivləşdirir, qulaqdan alınan sinir impulslarını ayırd edən beyin hüceyrələrinin metabolizmini yaxşılaşdırır.
Bisabolol – çobanyastığı efir yağının əsas komponentidir, yüngül çiçək ətri və özlü konsistensiyaya malikdir. İltihab əleyhinə təsir göstərir, iltihabin əlamətlərini aradan qaldırır. İnfeksiyalara qarşı antibakterial, antifunqal təsirlər göstərir, onlara qarşı qoruyucu maneə yaradır. Bisabololun tərkibində toxumaların bərpasını sürətləndirən və sağalma prosesini aktivləşdirən bioaktiv molekulların yüksək konsentrasiyası var. Yumşaldıcı xüsusiyyətləri sayəsində bisabolol kirəcləşmiş qulaq kirinin yumşaldır, qulaq keçəcəyini təmizləyir. Antiallergik təsir göstərərək qulaqda allaergik qaşınmaların qarşısını alır.
E vitamini – qan dövranını yaxşılaşdırmaqla toxumaların regenerasiyasını sürətləndirir, qulaqda quruluğu, qaşınmanı aradan qaldırır. Antioksidant təsiri ilə sərbəst radikalların yaranmasının qarşısını alır, hüceyrələri zədələnmələrdən qoruyur.

İstifadəsinə göstərişləri

  • Kəskin və ya xroniki otit 
  • Eksudativ orta otit 
  • Qripdən sonra yaranan otit, eksudativ viral otit
  • Barotravmatik otit
  • Otomikoz
  • Otalgiya
  • Mastoidit
  • Konduktiv və sensonevral eşitmə itkisi
  • Qulaq kanalını qulaq kirindən təmizləmək üçün
  • Kirəcləşmiş qulaq kirinin (“qulaq tıxacları”) yumşaldılması və xaric edilməsi məqsədi ilə
  • Qulaq tıxaclarının yaranmasının qarşısının alınması məqsədi ilə

İncus qulaq damcısı dozalanması və istifadə qaydası

Uşaqlara: 1-2 damcı gündə 2-3 dəfə
Böyüklərə: 3-4 damcı gündə 3-4 dəfə patologiya olan qulaqda xarici qulaq keçəcəyinə damcılatmaqla istifadə olunur
Soyuq məhlulun qulaqla təmasından qaçmaq üçün istifadə etməzdən əvvəl flakonu əlin içində saxlayaraq isitmək lazımdır, soyuq maye başgicəllənməyə səbəb ola bilər
İstifadə qaydası və müalicə müddəti fərdi olaraq həkim tərəfindən tənzimlənə və müalicə kursları təkrarlana bilər.
İstifadə etməzdən əvvəl flakonu çalxalamaq lazımdır. 

Hamiləlik və laktasiya zamanı istifadəsi

Mümkündür.

Əlavə təsirləri

Nadir hallarda yerli allergik reaksiyalar müşahidə oluna bilər.

İncus qulaq damcısı əks göstərişləri

Preparatın tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq.

Buraxılış forması

15 ml flakonda yerli istifadə üçün məhlul-damcı.

İncus qulaq damcısı qiyməti

İncus qulaq damcısı qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. 

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan İncus qulaq damcısı qiyməti -ni öyrənərək əldə edəsiniz.

İstehsalçı ölkə

Türkiyə

Aid olduğu kateqoriyalar

Qulaq xəstəliklərinin müalicə profilaktikasında istifadə olunan dərmanlar


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow