Hepasept tabletka
Hepasept tabletka - Qaraciyər xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunan preparatdır.

Hepasept haqqında məlumat
Hepasept qiyməti
Hepasept qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Hepasept qiyməti 22 azn - 25 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Hepasept qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi
- Ənginar (Cynara scolymus) yarpağının tozu ------------------------------200 mq
- Adi alaqanqal (Silybum marianum) toxumunun quru ekstraktı --------175 mq
- Xolin bitartrat (Choline bitartrate)-------------------------------------------100 mq
- Alfa lipoy turşusu (Alpha lipoic acid)-----------------------------------------50 mq
- Sarıkök (Curcuma longa) kökünün ekstraktı--------------------------------50mq
- İnozitol (Inositol) ---------------------------------------------------------------40mq
- Zəncirotu (Taraxacum officinale) kökünün ekstraktı-----------------------40mq
Xüsusiyyətləri
Ənginarın -(rus. Artişok,lat.Cynara)–tərkibi mineral maddələr, B qrup vitaminlər, vitamin C və beta-karotinlə zəngindir.Bu komponentlər qaraciyər və böyrəklərdə maddələr mübadiləsini aktivləşdirir. Bununla, yanaşı tərkibindəki polifenol birləşmələr-luteolin, ferulik, kofein, xlorogen turşular sayəsində hepatoprotektor, ödqovucu və spazmolitik təsirlərə malikdir. Bundan əlavə tərkibində bioloji fəal maddələrə-sinozin qlikozidi, acı maddələr, şəkər, qətranlı maddələrə və üzvi turşulara rast gəlmək mümkündür. Bu birləşmələr qaraciyər hüceyrələrində xolesterinin əmələ gəlməsini tormozlayır, patogenlər tərəfindən sintez olunan toksiki maddələrin səviyyəsini azaldır, qaraciyər qlükogenolizini (qaraciyərdə ehtiyat qlikogenin qlükozaya parçalanmasını) zəiflədir. Ferulik turşusu arterial təzyiqi normallaşdırır, iltihab əleyhinə təsir göstərir. Tərkibindəki insulin sayəsində orqanizmin müqavimətini artırır, qanda insulinin səviyyəsini azaldır, həmçinin, antioksidant xüsüsiyyətə malikdir.
Silimarin – qaraciyər hüceyrələrinin regenerasiyasını sürətləndirir. Silimarin oksidləşmə prosesini gücləndirən fermentləri inhibə edərək, qaraciyəri alkoqol, tütün tüstüsü, dərmanlar və başqa toksik maddələrin zərərli təsirindən qoruyur. Bilirubinin miqdarını azaldır. Ödün toplanması və ifrazını sürətləndirir.
Alfa-lipoy turşusu-piroüzüm turşusu və alfa-ketoturşularının oksidləşmə fosforlaşma reaksiyalarında koferment funksiyasını yerinə yetirir. Endogen antioksidant sayılır, hüceyrələri maddələr mübadiləsi zamanı yaranan sərbəst radikalların toksiki təsirindən qoruyur. Həmçinin orqanizmə keçən ekzogen toksiki birləşmələri zərəsizləşdirir. Endogen antioksidant qlütationun konsentrasiyasını artırmaqla, polineyropatiyaların nəzərə çarpan simptomplarının azalmasına gətirib çıxarır. Hepatoprotektiv, hipolipidemik, hipoxolesterinemik, hipoqlikemik təsir göstərir. Neyronların trofikasını yaxşılaşdırır. Lipoy turşusu ilə insulinin sinergik təsiri nəticəsində qlükozanın utilizasiyası artır.
Xolin (vitamin B4 ) –B qrupu vitaminlərinə bənzər özəlliyə sahibdir. Orqanizmdə xolin, fosfolipid fosfatidilxolin, lizofosfatidilxolin, sfinqomielin maddələrinin biosintezi üçün ilk maddə sayılır, bu maddələr də öz növbəsində hüceyrə membranının tamlığının qorunmasında və hüceyrə siqnallarının ötürülməsində vacib rol oynayır. Qaraciyər hüceyrələrinin fəaliyyətini artıraraq, qaraciyərin funksiyasını yaxşılaşdırır və lipid mübadiləsini normallaşdırır. Orqanizmdə yağların parçalanması prosesini sürətləndirir, xolesterinin səviyyəsini aşağı salır, sinirlərin mielin qişalarını bərpa edir. Xolin beyin üçün lazım olan bir çox funksiyaların yerinə yetirilməsində vacib rol oynayır, zehni yaxşılaşdırır, diqqəti nizamlayır və s.
İnozitol – fermentlərin tərkibinə daxil olaraq, maddələr mübadiləsində iştirak edir, qanda xolesterinin səviyyəsini normada saxlayır. İnozitol amin turşu və zülal sintezini aktivləşdirməklə, hüceyrəvi proteksiyanı həyata keçirir, xolesterini hüceyrə daxilinə (həmçinin, cinsi hüceyrə) daşıyaraq mitoxondridi ATF enerjisinə çevirməklə hüceyrələrin enerji təminatını yaxşılaşdırır. İnozitol damar divarı kollagenin və elastininin sintezini stimulə etməklə onların möhkəmliyini və elastikliyini artırır.
Sarıkök (Curcuma longa) kökünün ekstraktı –antioksidant təsir göstərərək qaraciyəri toksinlərdən təmizləyir, onun fəaliyyətinə müsbət təsir edir. Sarıkök həm də güclü ödqovucudur. Sarıkök orqanizmdə gedən mübadilə proseslərinə də çox müsbət təsir edir, qanda şəkərin səviyyəsini normada saxlamağa kömək edir. İmmuniteti artırır, qanda xolesterinin miqdarını azaldır.
Zəncirotu (Taraxacum officinale) kökünün ekstraktı – bu bitki ödqovucu xassəyə malikdir. Zəncirotu qaraciyərin normal fəaliyyəti üçün olduqca xeyirlidir. Zəncirotu həzmi yaxşılaşdırır, iştahanı artırır. Zəncirotu orqanizmdən toksinlərin çıxarılması üçün effektlidir. Xüsusilə uzun müddət kimyəvi dərman perparatları qəbul etmiş insanlar üçün bu bitkidən istifadə məsləhət görülür. Bədəni qüvvətləndirir və orqanizmin immun sistemini gücləndirir.
İstifadə qaydası
1 tablet gündə 1-2 dəfə yeməkdən sonra bol maye ilə qəbul olunur.
Göstərişləri
- Kəskin və xroniki hepatitlər
- Qaraciyər çatışmazlığı və sirrozu
- Qaraciyərin piy distrofiyası
- Qaraciyərin müxtəlif mənşəli toksiki zədələnmələri ( alkoqol və dərman mənşəli)
- Hamiləlik toksikozları
- Öd yollarının iltihabı və xolesistit
- Radiasyon sindrom
Hepasept nə üçündür?
- Qaraciyər xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






