İmmunovel tablet

İmmunovel tablet - İmmunçatışmamazlığı zamanı istifadə olunan preparatdır.

Aug 6, 2024 - 08:09
Aug 6, 2024 - 08:19
 0
İmmunovel tablet
İmmunovel tablet

İmmunovel haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

İmmunovel qiyməti

İmmunovel tablet qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə İmmunovel qiyməti 28 azn - 30 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan İmmunovel qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi

  • Beta qlukan (Beta glucan) -----------------------------------------250 mq
  • Exinaseya (Echinacea angustifolia) kökünün ekstraktı ------- 100 mq
  • Vitamin C (L-Ascorbic Acid)----------------------------------------120 mq
  • Selen (L-Selenomethionine )---------------------------------------150 mkq
  • Vitamin E (DL-alpha tocopherol acetate)-------------------------50mq
  • Sink (Zinc gluconate )-----------------------------------------------25mq

Xüsusiyyətləri

Beta Qlükan – insan orqanizminin  immun sistemini gücləndirən rəqabətsiz bir vasitədir.  Həzm sistemi tərəfindən heç bir fermentativ fraqmentasiyalara məruz qalmadığından, olduğu kimi və demək olar ki, tam biomənimsənilməyə  malikdir. Beta qlükan bağırsaqların selikli qışa hüceyrələri tərəfindən udularaq selikaltı qata ötürülməklə yerli immunostimulyator təsirini – makrofaqların üzərindəki xüsusi reseptorlara təsir etməklə, onların virus, bakteriya, göbələk  və parazitlərə qarşı aktivliyini gücləndirməklə həyata keçirir. Selikli qişada makrofaqların xüsusi aktivliyi ilə limfositlərin də sayının artması və aktivləşməsi prosesi baş verir. Repopulyasiya qabiliyyətli, aktivləşmiş limfositlər bağırsağın selikli qişasından desseminirə etməklə başqa orqanların selikli qişasına keçərək, onların viruslardan, bakteriyalardan, göbələklərdən  və parazitlərdən qorunmasını təmin edir.  Biomənimsənilmiş beta qlükanın böyük qismi qana keçməklə, qapı venasıyla qaraciyərə gələrək burada Kupfer hüceyrələri tərəfindən udulur və onları aktivləşdirərək bu hüceyrələr tərəfindən sistem immun sitokinlərinin (interleykin və interferonların) sürətli sintezini reallaşdırır.  Bununla da,  beta qlükan orqanizmə daxil olmuş antigenlərin və genetik olaraq yad maddələrdən belə orqanizmi qorumuş olur. Həm yerli, həm də sistem immuniteti gücləndirdiyinə görə beta qlükanın istənilən növ immun çatışmazlıqlarda istifadəsi mümkündür.

Exinaseya – təbii, bitki mənşəli immunostimuləedici vasitədir. Exinaseya tərkibindəki polisaxaridlər, qlikoproteinlər, üzvü turşular, efir yağları, terpen birləşmələri və poliatsetilenlər hesabına faqositoz proseslərini stimulə edir, iltihab əleyhinə faktorların miqdarını artırır, makrofaqların, interleykinlərin və leykositlərin (T və B limfositlərin) sintezini stimulə edir. Beləliklə, exinaseya orqanizmin humoral və hüceyrəvi immunitetini gücləndirməklə, orqanizmin yad maddələrə və törədicilərə (virus, bakteriya, göbələk eləcə də ibtidailərə) qarşı müqavimətini artırır. Ümumi immun sistemin funksional fəaliyyətini gücləndirməklə, exinaseya ultrabənövşəyi şüalarla şüalanmanın, ionlaşdırıcı radiasiyanın, kimyəvi terapiyanın və uzun müddətli dərman preparatlarının istifadəsi zamanı yarana biləcək fəsadları məhdudlaşdırır. Yanaşı olaraq exinaseya birbaşa streptokokklara, stafilokokklara, bağırsaq çöplərinə, herpes və qrip viruslarına güclü məhvedici təsir edir. Həzm sistemindən exinaseya rahat sorularaq, az bir zamanda orqan və toxumalarda lazımi konsentrasiyanı toplayır.

Vitamin E – qan dövranını yaxşılaşdırmaqla toxumaların regenerasiyasını sürətləndirir. Lipidlərin oksidləşməsini zəiflətməklə sərbəst radikalların yaranmasının qarşısını alır, hüceyrələri zədələnməkdən qorumaqla antioksidant təsir göstərir. Vitamin E həmçinin, kollagen və elastiki liflərin formalaşmasında, hemin, zülalların biosintezində iştirak edir.  Tokoferol qanın laxtalanmasını azaltmaqla periferik qan dövranını yaxşılaşdırır.

Sink – immunitetin formalaşmasında iştirak edir. Çəngələbənzər vəzinin funksiyasını aktivləşdirməklə T-limfositlərin sintezini sürətləndirir.

Selen – insan orqanizmində müxtəlif liposaxaridlərin, zülalların və fermentlərin fəaliyyəti üçün vacib rola malikdir. Güclü antioksidant təsirə malikdir, eyni zamanda  hüceyrə membranının atomar oksigenin təsirindən qorunmasında vitamin E-nin fəaliyyətinə də əhəmiyyətli köməklik göstərir. O qalxanabənzər vəzinin tərkibində yod olan hormonlarının sintezi üçün əvəzolunmaz rola malikdir. Buna görə də, yod çatışmazlığı ilə mübarizədə geniş istifadə olunur.  Çox güclü antikanserogen təsirə malik olmaqla müxtəlif bədxassəli şişlərin yaranmasının və inkişafının qarşısını alır.

Vitamin C – metabolik təsirə malikdir. Orqanizmdə sintez olunmur, yalnız kənardan qida vasitəsilə qəbul olunur. Oksidləşmə-reduksiya proseslərində, karbohidrat mübadiləsində, toxumaların regenerasiyasında iştirak edir, orqanizmin infeksiyalara qarşı davamlılığını artırır, damar keçiriciliyini zəiflədir. Dəmir, fol turşusu, histamin, karbohidratların utilizasiyası, lipid, zülal, karnitin sintezi, immun reaksiyalarda iştirak edir. Güclü antioksidant və antiaqreqant təsirə malikdir.

Göstərişləri

  • Diabetli xəstələrdə oksidativ stressin və immunitet zəifləməsinin qarşısını almaq məqsədi ilə.
  • Xroniki yorğunluq və fiziki tükənmə zamanı
  • Onkoloji xəstəliklər zamanı əməliyyat önü və əməliyyatdan sonra radio və kimya terapiya müalicəsinin effektivliyinin artırılması məqsədi ilə
  • Sidik – cinsiyyət sisteminin kəskin və xroniki infeksiyalarının müalicəsi və profilaktikası: uretrit, sistit, pielonefrit
  • Müxtəlif xəstəliklər zamanı immun sistemin funksional zəifliyi müşayiət edilən hallarda
  • Bakterial, göbələk və parazitar infeksiyaların kompleks müalicəsi zamanı
  • Virus infeksiyalarının kompleks müalicəsi zamanı
  • Qrip və KRVİ müalcəsi və profilaktikası: bronxit, pnevmoniya, faringit, sinusitlər, stomatit, qinqivit

İmmunovel nə üçündür?

  • İmmunçatışmamazlığı zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow