Sistofan kapsul

Sistofan kapsul - Böyrək və sidik  yollarının  iltihabında, böyrək daşı xəstəliyində, sidik ifrazatı xəstəliklərində istifadə olunan preparatdır.

Aug 6, 2024 - 07:27
Aug 6, 2024 - 07:39
 0
Sistofan kapsul
Sistofan kapsul

Sistofan kapsul haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Sistofan qiyməti

Sistofan qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. 

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Sistofan kapsul qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi

  • Böyrəkotu yarpaqlarının quru ekstraktı ...............200 mq
  • Cəfəri yarpaqlarının quru ekstraktı ......................25 mq
  • Mərcangilə yarpaqlarının quru ekstraktı ...............10 mq
  • Tozağacı yarpaqlarının quru ekstraktı ...................75 mq

Xüsusiyyətləri

Böyrəkotu - (orthosiphon) yarpaqlarının tərkibində zəngin olan ortosifonin  (0,01%),  alkaloidlər,  efir yağları (2,7%), çaxır turşusu (1,5%), limon turşusu, saponinlər orqanizmdə alfa amirin, beta sitosterin və taninin miqdarının artmasına səbəb olurlar. Adı  çəkilən birləşmələr tibbdə güclü iltihab əleyhinə, sidikqovucu, ödqovucu, böyrək və öd daşlarına dağıdıcı təsirləri ilə tanınırlar.  Ortosifon  ödem, albuminuriya, azotemiya və böyrək daşları ilə müşayiət olunan sidik-cinsiyyət sisteminin kəskin və xroniki iltihabi proseslərində yüksək kliniki effektivlik göstərərək, adı çəkilən halların sürətli aradan götürülməsini təmin edir. Bundan başqa ortosifonun kəskin beyin aterosklerozu və hipertoniya xəstəliyi fonunda müşahidə olunan böyrək və qaraciyərin funksiya pozuntusu zamanı təyini ümumi vəziyyətin yaxşılaşması və bir çox ağrı simptomlarının aradan götürülməsi ilə nəticələnir. Güclü sidikqovucu təsiri hesabına orqanizmdən sidik turşusu və xloridlərin təmizlənməsi baş verir.  II və III  tip ürək-damar çatışmazlığı zamanı ortosifonun kompleks müalicənin tərkibində təyini tövsiyə edilir. Kalsium oksalatların əmələ gəlməsini tormozlayır. Böyrəkotu Bacillus subtilis, Bacilluscereus, Staphylococcus aureus, Listeria monocytogenes,Escherichia coli,  Vibrioparahaemolyticus,  Salmonella enteritidis, Salmonella typhimuriumи Klebsiella pneumoniae, Candida albicans kimi mikroorqanizmlərə qarşı bakterisid təsir edir.

Cəfəri yarpaqlarının ekstraktı - sidikqovucu, uroseptik, iltihab əleyhinə, antioksidant, spazmolitik təsir edir. Escherichia coli, Proteus spp., Enterobacter spp., Pseudomonas aeruginosa, Klebsiella spp. Staphylococcus aureus bakteriyalarına qarşı bakteriostatik təsir göstərir. Tərkibindəki flavonoidlər qanda sidik turşusunun səviyyəsini aşağı salır.

Mərcangilə yarpaqlarının ekstraktı – kapilyarların kövrəkliyini və keçiriciliyini azaldır, sidikqovucu, antibakterial, antioksidant və iltihab əleyhinə təsir edir. Sidikqovucu və bakterisid təsirləri tərkibindəki arbutin adlı qlikozid tərəfindəndir.

Tozağacı yarpaqlarının ekstraktı - sidikqovucu, antibakterial, iltihab əleyhinə təsirlərə malikdir. Xüsusən karbonat və fosfat tərkibli konqlomeratlara qarşı güclü urolitik təsir edir.

İstifadə qaydası

1 kapsul gündə 3 dəfə (yeməkdən əvvəl)

Göstərişləri

  • Sistit, uretrit, pielonefrit
  • Simptomsuz bakteriuriya
  • Diabetik nefropatiya
  • Sidik daşı xəstəliyin müalicə və profilaktikası (daşın ölçüsü 3 mm çox olmamaq şərti ilə)
  • Nefrotik sindrom
  • Podaqranın müalicə və profilaktikası

Sistofan nə üçündür?

  1. Böyrək və sidik  yollarının  iltihabında istifadə olunan dərmanlar
  2. Böyrək daşı xəstəliyində istifadə olunan dərmanlar
  3. Sidik ifrazatı xəstəliklərində istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow