Alligat tablet

Alligat tablet potensiya zəifliyi zamanı, menstruasiya pozğunluqları zamanı, vitamin və mineral çatışmamazlığı zamanı istifadə olunan preparatdır.

Jul 23, 2024 - 18:49
Jul 23, 2024 - 18:57
 0
Alligat tablet
Alligat tablet

Alligat tablet haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Alligat tablet qiyməti

Alligat tablet qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Alligat tablet qiyməti 24 azn - 27 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Alligat qiyməti -ni öyrənərək əldə edəsiniz.

Tərkibi

  • Vitamin E – 100 mq (Təbii D-Alfa tokoferol – 150 BV)
  • Vitamin A – 300 mkq (Retinol palmitat – 1000 BV)

Farmakoloji qrupu

Vitamin; Antioksidant

Farmakoloji xüsusiyyətləri

Alligat tablet nə üçündür?

E vitamini – yağda həll olan vitamindir, güclü antioksidant və radioprotektiv effektlərə malikdir. E vitamini  zülalların biosintezi, hüceyrənin proliferasiyası, toxuma tənəffüsü və hüceyrə metabolizminin digər vacib proseslərində iştirak edir. Hem və hem tərkibli fermentlərin-hemoqlobin, mioqlobin, sitoxromlar, katalaza və peroksidazanın sintezini stimullaşdırır, doymamış yağ turşularının oksidləşməsini tormozlayır. E vitamini orqanizmin toxumalarında oksigen sərfiyyatını artırır. Angioprotektiv təsirə malikdir, damarları tonuslandırır, damar divarlarını möhkəmləndirir, qan damarlarını genişləndirir, qanı duruldur, laxtalanmanın qarşısını alır, periferik qan dövranını yaxşılaşdırır, yeni kapilyarların yaranmasını stimullaşdırır. Qan plazmasında lipidlərin səviyyəsini normallaşdırmaqla xolesterinin sintezini inhibə edir. E vitamininin immunomodullaşdırıcı effekti T-hüceyrəvi və humoral immunitetin stimulyasiyası ilə əlaqədardır. Tokoferol reproduktiv proseslərin – mayalandırma, dölün inkişafı, cinsi sistemin formalaşması və fəaliyyəti üçün əhəmiyyətli rola malikdir.  Vitamin E hipofizin fəaliyyətinə təsir etməklə qonototorp hormonlar olan FSH və LH-ın sintezində iştirak edir. Yumurta hüceyrələrin yetişmə və ovulyasiyasına təsir edir, ruşeymi uşaqlıq boşluğunun divarına sirayət etməsinə hazırlayır.
Vitamin E insan orqanizmində maddələr mübadiləsinin normada saxlanması, dəri və toxumalarda adi metabolik proseslərin səbəb olduğu zədələnmələrdən qorunasında vacib rol oynayır. Ultrabənövşəyi və infraqırmızı şüaların təsirindən dəridə yaranan sərbəst radiklları neytrallaşdırır.
E vitamininin defisiti zamanı skelet əzələsinin, miokardın hipotoniyası və distrofiyası inkişaf edir, kapillyarların keçiriciliyi və davamsızlığı artır, fotoreseptorların degenerasiyası inkişaf edir, görmə pozğunluğuna səbəb olur. Kişilərdə cinsi funksiyaların zəifləməsi, qadınlarda menstrual tsikl pozulması və uşaq salmaya meyillik inkişaf edir.
Bağırsaqlarda sorulandan sonra tokoferolun böyük hissəsi limfa və qana daxil olur, orqanizmin toxumalarında sürətlə paylanır, əsasən qaraciyərdə, əzələlərdə, piy toxumasında toplanır. Preparatın maksimal konsentrasiyası böyrəküstü, hipofiz, cinsi vəzilərdə, miokardda müəyyən edilir.
A vitamini toxuma mübadiləsini yaxşılaşdırır, hüceyrəvi və humoral immuniteti yaxşılaşdırır, mielopoezi yaxşılaşdırır, makrofaqların funksiyasını normallaşdırır. A vitamininin qəbulu tənəffüs yolları və həzm traktının selili qişa xəstəlikləri riskini azaldır. A vitamini qəbulu zamanı keratinizasiya prosesi zəifləyir, toxumalar yenilənir. Bundan başqa Alligat preparatının tərkibindəki A vitamini reproduktiv orqanların fəaliyyətinə müsbət təsir  göstərir. Həmçinin retinol palmitat görmə siqnalının, sümük toxumasının formalaşmasında, sümüklərin böyüməsində iştirak edir, tər, piy və göz yaşı vəzlərinin işinə müsbət təsir göstərir. A vitamini retinol molekulundakı doymamış rabitə hesabına sərbəst radikalları özünə birləşdirməklə antioksidant təsir göstərir.

Göstərişləri

  • E vitamininin hipovitaminozu
  • Menstrual tsikl pozulması, hamiləliyin pozulması təhlükəsi, kimakterik vegetativ pozulmalar
  • Kişi cinsi sistemin disfunksiyası. Kişi və qadın sonsuzluğu, hamiləliyin birincili sona çatdırılmaması, uşaqlıq daxili kontraseptivlərdən istifadə
  • Epilepsia, Parkinson xəstəliyi, Alsheymer, diskeneziya
  • Nevrosteniya, astenik sindrom, amiotrofik ilkin əzələ distrofiyası
  • Hiperlipoproteinemiya, ateroskleroz, kardiomiopatiya, hemolitik anemiya, damarların spazmı
  • Əzələlərdə (miopatiya), oynaqlarda, vətərlərdə degenerativ-distrofik dəyişiklik
  • Birləşdirici toxumaların sistem xəstəlikləri (sklerodermiya, sistem qırmızı qurdeşənəyi, revmatoid artrit və s)
  • Dəri xəstəlikləri (dermatit, psoriaz, trofiki xoralar, ekzema)
  • Göz xəstəlikləri ( Göz dibinin sklerotik dəyişikliyi)
  • Travmalardan, ağır somatik xəstəliklərdən sonra bərpa dövründə
  • Artmış fiziki yüklənmə zamanı
  • Şəkərli diabet, hormonal disbalans
  • Şis xəstəliklərinin kompleks müalicəsində, kimya terapiyadan sonra
  • Antioksidant terapiya lazım olan xəstəliklər zamanı. 

İstifadə qaydası və dozalanması

12 yaşdan yuxarı uşaqlar və böyüklərə Alligat yeməkdən sonra daxilə təyin olunur.
Əzələ distrofiyalarında, sinir-əzələ sisteminin, vətər-oynaq aparatının xəstəlikləri zamanı 1 kapsul sutkada 1 dəfə təyin olunur. Müalicə kursu 30-60 gün təşkil edir, təkrari kurs 2-3 aydan sonra aparılır.
Kişilərdə spermatogenez və potensiya pozğunluğu zamanı 1 kapsul gündə 1-2 dəfə təyin edilir. Hormonal terapiya ilə yanaşı 30 gün ərzində təyin olunur.
Dölün bətndaxili inkişafının pozulması zamanı 1 kapsul gündə 1 dəfə hamiləliyin I trimestri ərzində təyin edilir.
Hamiləliyin pozulması təhlükəsi zamanı 1 kapsul sutkada 1 dəfə 10-30 gün ərzində təyin olunur.
Ürək-damar, göz xəstəliklərinin kompleks terapiyasının tərkibində 1 kapsul sutkada 1 dəfə təyin olunur. Müalicə kursu 1-3 həftə təşkil edir.
Dermatoloji xəstəliklər zamanı 1 kapsul sutkada 1 dəfə təyin olunur. Müalicə kursu – 20-40 gün təşkil edir.ƏKS GÖSTƏRİŞLƏRİ: Kəskin böyrək çatışmazlığı (kreatinin səviyyəsinin plazmada 3 mq/100 ml-dən yüksək olması zamanı), preparatın komponentinə qarşı hiperhəssaslıq. 12 yaşa qədər uşaqlar.

Əlavə təsirləri

Allergik reaksiyalar (qaşınma, dərinin hiperemiyası). Preparatın yüksək dozada uzun müddətli qəbulu zamanı qaraciyərin böyüməsi, kreatinuriya, yorğunluq hissi, zəiflik, baş ağrısı, dispeptik pozğunluqlar və  ürəkbulanmanın yaranması mümkündür.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

E vitaminini dəmir, gümüş, qələvi reaksiyaya malik (natrium hidrokarbonat, trisamin), dolayı təsirli antikoaqulyant (dikumarin, neodikumarin)  preparatlar ilə yanaşı təyin etmək olmaz. E vitaminini  steroid preparatların və QSİƏV-lərin (natrium diklofenak, ibuprofen, prednizolon) təsirini gücləndirir; Ürək qlikozidlərinin (diqoksin, diqitoksin), A və D vitaminlərinin toksiki təsirini azaldır.

Hamiləlik və laktasiya dövründə

Hamiləlik zamanı preparatın qəbulu mümkündür. Müalicə dövründə südverməni dayandırmaq lazımdır.

Doza həddinin aşılması

Yan təsirlərin kəskinləşməsi. Müalicəsi: mədənin yuyulması, aktivləşdirilmiş kömür qəbul olunması, simptomatik müalicənin aparılması.

Buraxılış forması

Alligat № 30. Karton qutuda 15 gel-kapsuldan ibarət 2 blister olmaqla içlik vərəqi ilə qablaşdırılıb.

İstifadə müddəti

Qutunun və blisterin üzərində göstərilir. Yararlılıq müddəti bitdikdən sonra istifadəsi məsləhət deyil.

Saxlanma qaydası

Uşaqların əli çatmayan yerdə,  25 ºC  temperaturda  saxlanılmalıdır.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

Məhsulun və əmtəə nişanının sahibi

“Novator Pharma” LLP, Böyük Britaniya.

İstehsal edilir

PRIMEA LIMITED” İngiltərə.“NOVATOR PHARMA” UK xüsusi sifarişi ilə

Aid olduğu kateqoriyalar

  1. Potensiya zəifliyi zamanı istifadə olunan dərmanlar
  2. Menstruasiya pozğunluqları zamanı istifadə olunan dərmanlar
  3. Vitamin və mineral çatışmamazlığı

Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow