Butsin tablet istifadə qaydası necədir?

Butsin tablet - Nevralgiyalarda, sinir oyanıqlığında, beyin qan dövranı pozğunluğunda istifadə olunan preparatdır.

Nov 19, 2024 - 18:08
 0
Butsin tablet istifadə qaydası necədir?
Butsin tablet

Butsin tablet haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Butsin tablet qiyməti

Butsin qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Butsin tablet qiyməti 33 azn - 36 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Butsin dərman qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi:

  • QAYT (Qamma-amino-beta-phenylbutirate hydrochlorid).........150 mq
  • Qlisin…………………………………….....................................150 mq
  • Maqnezium sitrat……………………….......................................100 mq
  • B6 vitamini ……………………………….................................. .…2 mq

Farmakoloji xüsusiyyətləri:

QAYT - mərkəzi sinir sistemində sinir impulslarının ötürülməsini asanlaşdırır (QAYT reseptorlarına birbaşa təsir).Toxumaların metobolizminin normallaşması və beyin qan dövranına təsiri sayəsində beynin funksional vəziyyətini yaxşılaşdırır.Trankvilizator təsiri aktivləşdirici təsirlə uyğunlaşır. Preparat nootrop.həmçinin antiaqreqant, antioksidant və bəzi qıcolma əleyhinə təsirlərə malikdir. Beynin funksional vəziyətini onun metobolizminə və beyin qan dövranının təsiri hesabına yaxşılaşdırır (həcm və xətti sürəti yüksəldir, damarların müqavimətini azaldır, mikrosilkulyasiyanı yaxşılaşdırır). Nistaqmın latent dövrünü uzadır, sürəkliliyini və ifadəliyini azaldır.Vazovegetativ simptomları azaldır (o cümlədən baş ağrısını, başda ağırlıq hissini, yuxunun pozulmasını, qıcıqlanmanı, emosianal labilliyi).Kurs şəklində qəbul edildikdə fiziki və əqli qabiliyyəti artırır.Sedasiya və oyanıqlıq olmadan asteniyanın əmələ gəlməsini, əhval ruhiyyəni yaxşılaşdırır, maraq və təşəbbüsü, həyacan, gərginlik və narahatçılıq hisslərini azaldır, yuxunu normallaşdırır.Yaşlı nəslin nümayəndələrində mərkəzi sinir sisteminə mənfi təsir etmir, əzələ boşalması halları baş vermir.Etanolun mərkəzi sinir sisteminə təsirini azaldır.

Qlisin - MSS (Mərkəzi sinir sistemi) də tormozlayıcı funksiyaları stimulyasiya edən vacib neyromediatordur.O neyronların qıcıqlandırıcı aminturşularının ayrılmasını ləngidir. QAYT - ın sintezini artırır, metobolizmi tənzimləyir, antidepressant və sakitləşdirici təsir göstərir.Psixoemosional gərginliyi azaldır, əqli iş qabiliyyətini artırır.

Maqnezium - Bütün hüceyrələrin normal fəaliyyəti üçün vacib elementdir.Fizioloji baxımdan maqnezium hüceyrə daxili kationdur. Maqnezium ionları neyronların oyanıqlığını azaldır, sinir-əzələ ötürücülüyünü tənzimləyir.Əzələlərdə ion balansını bərpa edərək, bir sıra reaksiyalarda iştirak edir. Maqnezium defisiti orqanizimdə tremor, tetaniya, ataksiya, yüksək reflektor oyanıqlıq, yuxu pozğunluğu, ürək ritmi pozğunluğu, mədə-bağırsaqların motorika pozğunluğu və diareya kimi patalogiyaların əmələ gəlməsinə səbəb olur.

B6 vitamini - maddələr mübadiləsində aktiv iştirak etməklə beyin toxumasında metabolizmi yaxşılaşdırır, sinir sistemində neyromediatorların sintezini stimullaşdırır, əqli və fiziki əmək qabiliyyətini artırır, yaddaşı və əhval-ruhiyyəni yaxşılaşdırır.

İstifadəsinə göstərişlər:

  • Astenik və həyacanlı-nevrotik hallar. Narahatlıq. Qorxu. Nevroz.
  • Kəkələmə. Uşaqlarda tiklər və enurezlər. Psixopatiya.
  • Yuxusuzluq və gecə həyacanı.Yaddaş, nitq, diqqət pozğunluğu.
  • İnsultun və kəllə beyin travmalarının fəsadları. Vegetativ damar distoniyası.
  • Eplepsiya xəstəliyinin kompleks müalicəsi. Uşaq serebral iflici.
  • Beyin qan dövranı pozğunluğu. Yüksək sinir oyanıqlığı. Uşaqlarda kəllə beyin travması.
  • Uşaqlarda əqli geriləmə (o cümlədən daun xəstəliyinin kompleks müalicəsində)
  • Menyer xəstəliyi, ginetozlarda ürəkbulanmanın və baş gicəllənmənin profilaktikası.
  • Vestibulyar analizatorun müxtəlif mənşəli disfunksiyası ilə əlaqədər olan baş gicəllənmə.
  • Alkoqolizimin müalicəsi zamanı yardımçı təsir göstərən vasitələr kimi.

İstifadə qaydası və dozalanma: 

Profilaktik məqsədlə:

14 yaşa qədər həkim məsləhətiylə təyin olunur.

14 yaşdan yuxarı uşaqlar və böyüklər 1 tablet gündə 1 dəfə

Əks göstərişlər: 

Preparatın hər hansı kompanentinə qarşı hiperhəssaslıq.

Saxlanma qaydası: 

Preparat quru, qaranlıq, uşaqlar ücün əlçatmaz olan yerdə, 20 C dərəcə arası şəraitdə  saxlanılmalıdır.

Buraxılış forması: 

BUTSİN karton qutuda 20 ədəd tablet.

İstehsalçı: 

Grikar İtaliya.

Butsin tablet nə üçündür?

  1. Sinir oyanıqlığında istifadə olunan dərmanlar
  2. Nevralgiyalarda istifadə olunan dərmanlar
  3. Beyin qan dövranı pozğunluğunda istifadə olunan dərmanlar
  4. Neyrosirkulyator distoniya (NSD)

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow