Bitog damcı (Bitoq) nə üçündür?
Bitog damcı - Vitamin və mineral çatışmamazlığı zamanı, qidalanma pozğunluğu zamanı, metabolik pozulmalar zamanı, immunçatışmazlığı zamanı istifadə olunan preparatdır.

Bitog damcı haqqında məlumat
Bitog damcı qiyməti
Bitog qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Bitog damcı qiyməti 25 azn - 28 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Bitoq damcı qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi:
Vitamin B1 (Tiamin) 0,7 mq
Vitamin B2 (Riboflavin) 0,7 mq
Vitamin B3 (PP, niasin, nikotin turşusu) 1,5 mq
Vitamin B4 (Xolin) 1,2 mq
Vitamin B5 (Pantoten turşusu) 1,15 mq
Vitamin B6 (Piridoksin) 0,6 mq
Vitamin B7 (Biotin və ya H vitamini) 20 mkq
Vitamin B9 (Fol turşusu) 130 mkq
Vitamin B12 (Sianokobalamin) 1,2 mkq
Vitamin C (Ascorbin turşusu) 40 mq
Farmakoloji təsiri:
BİTOG B qrup vitamin kompleksidir. BİTOG bir çox xəstəliklərin müalicəsində istifadə olunur.
Vitamin B1 -maddələr mübadiləsinin bir sıra prosseslərinə təsir göstərir. O orqanizmdə sinir fəaliyyətinin normallığı üçün zəruridir. Orqanizimdə bu vitaminin çatışmazlığı zamanı su-duz mübadiləsi, həzm, sinir sistemi, ürəyin işi pozulur.
Vitamin B2 -flavinlər qrupundan olan bu maddə sarı rəngli kristallik maddədir. B2 vitamini ürək-damar sisteminin, tənəffüs və endokrin sisteminin fəaliyyətinə, görmə qabiliyətinə, sinir sisteminin işinə müsbət təsir göstərir. B2 hipovitaminozu zamanı ağzın və gözün selikli qişası zədələnir, saç tökülməsi, ağız bucağında və dodaqlarda çatlar əmələ gəlir.
Vitamin B3 - zülalların biosintezində, qlükozanın mənimsənilməsində mühüm rol oynayır. Onun təsirindən amin tutşuların və karbohidratların qana sorulması sürətlənir. Bağırsaq divarının dalğavari yığılması güclənir. O asetilləşmə reaksiyalarında koferment kimi iştirak edən koenzim A-nın tərkibinə daxildir. B3 vitamininin hipovitaminozu nəticəsində boy artımı ləngiyir, qanda xolesterinin miqdarı azalır, yağ mübadiləsi pozulur, qaraciyərdə və böyrəklərdə degenerasiya baş verir.
Vitamin B4 - karbohidratların və yağların parçalanmasında mühüm rol oynayır. Orqaniznmdə enerji mubadiləsində iştirak edir.
Vitamin B5 - Pantoten turşusu vitaminidir. Bağırsaqlarda daima müəyyən miqdarda B5 vitamini olur. B5 vitamini əksikliyi əzələlərdə titrəməyə səbəb ola bilər.
Vitamin B6 - ağ kristallik maddədir. B6 vitamini porfirinlərin sintezində, yağların nəqlində və mübadiləsində, hemoqlobin yaranmasında mühüm rol oynayır. Onun hipovitaminozu zamanı saçlar tökülür, dırnaqlar kövrəkləşir. Barmaqların qanqrenası baş verir, dermatit yaranır, qıcolmalar və sinir pozğunluqları baş verir.
Vitamin B7 - çatışmazlığı zamanı qan azlığı, depresiya, saç tökülməsi, dırnaqların yumşalıb qırılması, qan şəkəri, yuxusuzluq, iştahsızlıq, sümük ağrıları, mədə bulantısı kimi bir çox hallar müşahidə oluna bilər.
Vitamin B9 - xərçəng hüceyrələrinin yaranmasının qarşısını alır. Cinsi orqanların inkişafında mühüm rol oynayır.
Vitamin B12 - orqanizmə çox zəruri olan nuklein turşuların sintezində və zülalların istifadə olunmasında iştirak edir. Orqanizmdə çatışmazlığı qanazlığına səbəb olur.
BİTOG karbohidrat mübadiləsində, ürək damar, sümük əzələ, sinir-humoral sisteminin normal fəaliyyətində, zehni və fiziki əmək qabiliyyətinin artırılmasında, immun tənzimləyici, orqanizmin antioksidant müdafiəsində və cinsi funksiyanın yaxşılaşdırılmasında iştirak edir.
Göstərişlər:
- B qrup vitaminlərin hipo və avitaminozu
- Maddələr mübadiləsinin pozulması. Boydan geri qalma.
- Sinir sistemi xəstəlikləri. Sinir pozğunluqları.
- Ürək-damar xəstəlikləri. Yağ və karbohidrat mübadiləsi.
- Görmənin zəifləməsi. Gözün selikli qişasının zədələnməsi.
- Uşaqlarda, böyüklərdə və hamilələrda anemiya zamanı.
- Ağzın selikli qişasının zədələnməsi.
- Tetaniya. Əzələ titrəməsi. Mialgiya.
- Saçların və dırnaqların tökülməsi.
- Depresiya. İştahsızlıq.
- Halsızlıq.Yorğunluq. Yuxusuzluq. Qan azlığı.
- Cinsi yetişkənlik zamanı.
İSTİFADƏ ETMƏZDƏN ƏVVƏL YAXŞI ÇALXALANMALIDIR.
İstifadə qaydası və dozalanma:
Profilaktik məqsədlə: 1,5 yaşa qədər olan uşaqlar həkim məsləhəti ilə,
1.5-2 yaş uşaqlar 20 damcı (1 ml) gündə 1 dəfə,
2-6 yaş 25-30 damcı gündə 1 dəfə,
6-12 yaş 30 damcı gündə 2 dəfə,
12 yaşdan yuxarı uşaqlar və böyüklər 35 damcı gündə 2 dəfə.
Əks göstərişlər:
Tərkibindəki komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq.
Saxlanma qaydası:
Bitog quru, qaranlıq, uşaqlar üçün əlçatmaz olan yerdə, 200C temperaturda saxlanılmalıdır.
Buraxılış forması:
BİTOG 50 ml damcı şüşə flakon.
İstehsalçı:
Zeyus ilac, Türkiyə.
Bitog damcı nə üçündür?
- Vitamin və mineral çatışmamazlığı
- Qidalanma pozğunluğu zamanı istifadə olunan dərmanlar.
- Metabolik pozulmalar zamanı istifadə olunan dərmanlar
- İmmunçatışmazlığı zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






