Babyxol sirop istifadə qaydası necədir?

Babyxol sirop nə üçündür? istifadə qaydası necədir? Beybixol 100 ml əks təsiri, faydaları, istifadə qaydası, instruksiya və qiyməti haqqında ətraflı məlumat üçün yazını oxuyun.

Aug 28, 2024 - 07:11
Aug 28, 2024 - 07:11
 0
Babyxol sirop istifadə qaydası necədir?
Babyxol sirop

Babyxol sirop haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Babyxol qiyməti 

Babyxol sirop qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. 

Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan babyxol qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Aptekdən buraxılış forması:

Reseptlə satılır

Tərkibi:

100 ml siropun tərkibində:

Tikanlı ənginarın (Cynara scolymus) quru ekstraktı - 20 q

 

Farmakoloji təsiri:

Babyxol bitki mənşəli preparat olub, tərkibinə daxil olan kompleks bioloji aktiv maddələr (inarin və fenol turşuları) sayəsində ödqovucu, hepatoprotektor, həmçinin, diuretik təsirə malikdir. Askorbin turşusu, karotin, B1, B2 vitaminləri və inulin orqanizmdə metabolik prosesləri normallaşdırır. Preparat xolesterin və lipid mübadiləsini normallaşdırır və qan zərdabında sidik cövhərinin səviyyəsini azaldır. Dezintoksikasion təsir göstərərək alkaloidlərin, ağır metal duzlarının və nitratların orqanizmdən çıxmasını təmin edir.

 

Göstərişləri:

  • Öd cıxarıcı yolların hipokinetik tipli diskineziyaları;
  • Xroniki qeyri-kalkulyoz xolesistitlər;
  • Xroniki hepatitlər;
  • Qaraciyər sirrozu;
  • Xroniki nefrit və pielonefrit;
  • Dispepsiya;
  • Lyamblioz;
  • Böyrək çatışmazlığının kompleks müalicəsi.

 

Əks göstərişləri:

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq, öd daşı xəstəliyi, xroniki böyrək çatışmazlığı, qaraciyər, böyrək, öd və sidik çıxarıcı yolların kəskin xəstəlikləri.

 

Əlavə təsirləri:

Allergik reaksiya, ishal

 

İstifadə qaydası:

0 - 1 yaş: 0,3-0,5ml 1 çay qaşığı suda həll edilərək gündə 3 dəfə 20 dəq yeməkdən əvvəl qəbul edilir.

1 - 5 yaş: 0,5-1ml 1 xörək qaşığı suda həll edilərək gündə 3 dəfə  20 dəq yeməkdən əvvəl qəbul edilir.

6 -12 yaş: 2-3 ml 1 xörək qaşığı suda həll edilərək gündə 3 dəfə 20 dəq yeməkdən əvvəl qəbul edilir.

12 yaş və böyüklərdə: 5 ml gündə 3 dəfə 20 dəq yeməkdən əvvəl qəbul edilir.

 

Buraxılış forması:

Sirop 100ml

 

İstehsalçı: 

VEFA İlac San. ve Tic. Ltd. Şti.

Azerbaycan Respublikasında rəsmi distribütor “Paşa-K” şirkəti. 

Beybixol nə üçündür? 

  1. Qaraciyər xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunan dərmanlar
  2. Öd xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunan dərmanlar
  3. Qurd xəstəliklərində istifadə olunan (antihelmint) dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow