L-floksin istifadə qaydası necədir?
L-floksin (L-floxin) - Yuxarı tənəffüs yollarının digər xəstəliklərində, aşağı tənəffüs yollarının digər xəstəliklərində, böyrək və sidik yollarının iltihabında, cinsi yolla keçən infeksiyaların müalicə və profilaktikası üçün preparatdır.

L-floksin haqqında məlumat
L-floksin qiyməti
L-floksin qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə L-floksin qiyməti 12 azn - 14 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan L-floxin qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi:
- L-floxine İnfuziya üçün məhlul levofloksasin 500 mq/100 ml
- L-floxine tablet: levofloksasin 750 mq
- L-floxine tablet: levofloksasin 500 mq
Farmakoloji qrupu:
Xinolon qrupu antibakterial dərman vasitələri.
Farmakoloji təsiri:
L-floxine bakteriyalara qarşı effektiv antibiotikdir. O, ftorxinolonlar qrupuna aiddir. O, bakteriyaların artmasının, çoxalmasının qarşısını alır və bakteriyaların
aradan qaldırılmasını təmin edir. L-floxine levofloksasinə həssas olan bakteriyalar tərəfindən törədilən infeksiyaların müalicəsi üçün istifadə olunur.
Göstərişləri:
- Burunətrafı ciblərin bakteriyalar tərəfindən törədilən iltihabı (sinusitlər);
- Xronik bronxitin kəskinləşməsi;
- Xəstəxanadankənar pnevmoniya;
- Böyrəklərin və sidik yollanrun iltihabı daxil olmaqla böyrək və sidik yollarmın ağırlaşmış infeksiyaları (pielonefritlər);
- Prostat vəzinin iltihabı;
- Dəri və dəri strukturlarının infeksiyaları: Abses (toxumalarda irinin toplanması), sellülitlər, furunkullar, impetiqo (dərinin səthi infeksion mikrob infeksiyası), piodermit (irinli dəri infeksiyası), yara infeksiyası kimi dərinin və dəri törəmələrinin mürəkkəbləşməyən infeksiyaları;
- Qarayaranın ağciyər forması.
Əks göstərişləri:
Levofloksasinə və ya digər köməkçi komponentlərə qarşı və ya digər ftorxinolonlara (moksifloksasin, siprofloksasin, ofloksasin) qarşı hiperhəssaslıq, böyüyən orqanizmdə qığırdaqların zədələnməsi riski olduğu üçün uşaqlarda, yeniyetmələrdə, hamiləlik və laktasiya dövründə istifadə olunmamalıdır.
İstifadə qaydası və dozası:
L-floxine infuziya: Preparat 60 dəq. ərzində venadaxili yeridilir.
Pnevmoniya zamanı: gündə 2 dəfə 500 mq
Sidikqovucu yolların, sidik kisəsinin və böyrəklərin infeksiyon xəstəlikləri: gündə 1 dəfə 250 mq (ağır infeksiyalar zamanı doza yüksəldilə bilər)
Prostat vəzin infeksiyası: gündə 1 dəfə 500 mq
Dəri və dərialtı toxuma infeksiyaları: gündə 2 dəfə 500 mq
Böyrək problemləri zamanı doza azaldıla bilər
Preparatın yeridilmə müddətində ürək ritminə və qan təzyiqinə nəzarət olunmalıdır.
L-floxine 750 tablet:
Tabletlər peroral kifayət qədər su ilə qəbul olunur. Lazım olan doza üçün tabletlər xətt üzrə bölünə bilər. Tabletlər yemək zamanı və yemək arasında fasilə zamanı qəbul oluna bilər. L-floksin dəmir duzları, antasidlər və sukralfatlann istifadəsindən ən azı iki saat əvvəl və ya sonra istifadə olunmalıdır, belə ki, absorbsiyanın azalması baş verə bilər.
L-floxine tabletlər gündə bir dəfə 5-7 gün müddətində təyin olunur.
Dozalanma infeksiyanın növündən, ağırlığından və həmçinin, infeksiyanı törədən bakteriyanın həssaslığından asılıdır. Antibiotiklə müalicə zamanı olduğu kimi, L-floksinin qəbulu xəstədə qızdırma düşdükdən sonra və bakteriyalar məhv olunduqdan ən azı 48-72 saat sonra davam olunmalıdır.
Buraxılış forması:
- L-floxine 500 tabletlər: örtüklü tablet N7.
- L-floxine 750 tabletlər: örtüklü tablet N7.
- L-floxine infuziya: flakon 100 ml N1
Istehsalçı:
Deva Holding A.Ş., Türkiyə
Azerbaycan Respublikasında rəsmi distribütor “Paşa-K” şirkəti.
L-floksin nə üçündür?
- Yuxarı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan dərmanlar
- Aşağı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan dərmanlar
- Böyrək və sidik yollarının iltihabında istifadə olunan dərmanlar
- Cinsi yolla keçən infeksiyaların müalicə və profilaktikası üçün dərmanlar
- Qadın çanaq orqanlarının iltihabı xəstəliklərində istifadə olunan dərmanlar
- Dəri infeksiyaları zamanı istifadə olunan dərmanlar
- Bakterial xəstəliklər əleyhinə dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






