Hemfer nə üçündür?

Hemfer nə üçündür? - Vitamin və mineral çatışmamazlığı zamanı, qidalanma pozğunluğu zamanı, metabolik pozulmalar zamanı, anemiya zamanı istifadə olunan preparatdır.

Aug 6, 2024 - 09:18
Aug 6, 2024 - 09:27
 0
Hemfer nə üçündür?
Hemfer nə üçündür?

Hemfer haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Hemfer qiyməti

Hemfer qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Hemfer qiyməti 18 azn - 21 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Hemfer tablet qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi

  • Dəmir (as Iron Fumarate )-----------------------------------------73 mq
  • L-metil folat (L-Methyl folate)--------------------------------------400 mkq
  • Vitamin B12 (Cyanocobalamin)------------------------------------2,5 mkq
  • Vitamin C (Ascorbic Acid)-------------------------------------------80 mq

Xüsusiyyətləri

Dəmir oksigen daşıyıcısı olan hemaqlobinin tərkibinə daxil olmaqla toxuma və hüceyrələri oksigenlə təmin edir. HEMFER-in tərkibində dəmir ikivalentli fumarat birləşməsi şəklindədir. Fumarat birləşməsi digərlərindən mədə turşuluğuna görə davamlılığı və yüksək biomənimsənilməsi ilə fərqlənir. Dəmir fumarat bağırsaq mühitində oksidləşmədiyinə görə ağızda pas dadı vermir, mədədə qıcıqlanma yaratmır.

L-metil folat fol turşusunun aktiv forması olub, yüksək biomənimsənilmə xüsusiyyətinə malikdir. Fol eritrositlərin yaranmasında, purin və pirimidinlərin sintezində iştirak edir. Orqanizmdə fol turşusunun kifayət qədər olması, qan hüceyrələrinin normal miqdarını təmin edir. Eyni zamanda sinir hüceyrələrinin qidalanmasında vacib rol oynayır.

Sianokobalamin (Vitamin B12) fol turşusu ilə birlikdə hemoqlobinin zülal hissəsinin sintezində iştirak edir. Zülal, yağ və karbohidrat mübadiləsində vacib rol oynayır. Bir çox fermentlərin sintezi üçün vacibdir. Qlikolizi sürətləndirir. Sinir liflərinin mielin qişalarının formalaşmasını, karotinin retinola (Vitamin A) keçməsini təmin edir.

C vitamini dəmirin bağırsaqlardan sorulmasına cavabdeh vitamin olaraq onun orqanizmdəki mübadiləsində əvəzsiz rola malikdir. Eyni zamanda dəmir defisiti zamanı aşağı düşən iştahanı normallaşdırır. C vitamini immun sistemini gücləndirir, eləcə də, antioksidant olaraq orqanizmi sərbəst radikalların mənfi təsirlərindən qoruyur. HEMFER dəmir, fol, B12 defisitli anemiyanın qarşısını alır, fiziki və zehni iş qabiliyyətini, eləcə də, orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır.

İstifadə qaydası

1 kapsul gündə 1 dəfə yeməkdən sonra bol maye ilə qəbul olunur

Göstərişləri

  • Müxtəlif defisitli anemiyanın müalicə və profilaktikası
  • Gizli dəmir defisiti
  • Orqanizmin dəmir və fol turşusuna təlabatının artması hallarında
  • Hamiləlik, laktasiya, menorragiya, qanitirmə ilə müşayiət olunan hallar
  • Qanitirmə zamanı yaranan anemiyalar (daxili qanaxmalardan sonra, cərrahi əməliyatlardan sonra, şüalanma, kimyatepariya və hemodializ)
  • Uzun sürən xəstəliklərdən (diareya, qurd xəstəlikləri, lyambliyoz və s.) sonra bərpa dövrü
  • İntensiv inkişaf dövrü

Hemfer nə üçündür?

  1. Vitamin və mineral çatışmamazlığı
  2. Qidalanma pozğunluğu zamanı istifadə olunan dərmanlar
  3. Metabolik pozulmalar zamanı istifadə olunan dərmanlar
  4. Anemiya zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.

  1. hemfer cap 30s
  2. hemfer tablet
  3. hemfer capsule
  4. hemfer tab
  5. hemfer capsule price
  6. hemfer

Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow