Klomeprol şam nə üçündür?

Klomeprol şam - Qadın çanaq orqanlarının iltihabı xəstəliklərində, bakterial xəstəliklər zamanı, göbələk zamanı, protozoy infeksiyası zamanı, cinsi yolla keçən infeksiyaların müalicə və profilaktikasında istifadə olunan preparatdır.

Sep 23, 2024 - 17:19
 0
Klomeprol şam nə üçündür?
Klomeprol şam

Klomeprol şam haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Klomeprol şam qiyməti

Klomeprol şam qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Klomeprol şam qiyməti 28 azn - 31 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Klomeprol qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi:

  • Metronidazol                500 mq
  • Xloramfenikol               200 mq
  • Natamisin                     150 mq
  • Hidrokortizon asetat      15 mq

 

İstifadəsinə göstəriş:

  • Qrammüsbət  və  qrammənfi  aerob və anaerob  (həmcinin Gardnerella  vaqinalis) flora  tərəfindən bakterial vaqinitlər və servisidlər.
  • Digər növ mikroorqanizmlərə birlikdə Trichomonas vaqinalis tərəfindən törədilən  vaqinitlər və servisitlər.  
  • Digər növ mokroorqanizmlərlə birlikdə Candida cinsindən olan mikroorqanizmlər tərəfindən törədilən göbələk vaqinitləri.
  • Qarışıq flora: Trichomonas  vaqinalis, Candida spp.və bakteriyalar, həmçinin Mycoplasma spp,Clamydia spp,tərəfindən törədilən vaqinitlər.
  • Ginekolojı əməliyyatlardan,abortlardan.histeroqrafiyadan əvvəl, uşaqlıqdaxili kontraseptivlərin istifadəsinndən əvvəl və sonra,uşaqliq  boynunun eroziyasinin diatermokoaqulyasiyasindan əvvəl və sonra .
  • Əks gödtərişlər; Preparatın komponentlərinə qarşı hiperhəssaslıq, ağır qaraciyər və böyrək çatışmazlığı ,agır hematolojı  xəstəliklər,  hamiləliyin birinci trimestri,ana südü ilə qidalandırma dövrü.

İstifadə qaydaları və dozası:

İntravaginal. 1şam axşam, yatmazdan əvvəl , 6-12 gün ərzində.İl ərzin 3kursdan artıq mualicə almaq tövsiyə olunur.

Eroziv və ya xoralı servisitlər zamanı kurslar arasında 7 gün fasilə verməklə, 1-2 kurs müalicə aparilir. Şam əvvəlcədən qayçı vasitəsilə kontur qablaşdırmadan çıxarılır (şamın konturu ilə plyonkanı kəsmək), uzanmış vəziyyətdə,vaginaya, dərinə yeridilir.

Buraxılış forması:

Vaginal şam № 12

İstehsalçı:

Moldova

Klomeprol şam nə üçündür?

  1. Qadın çanaq orqanlarının iltihabı xəstəliklərində istifadə olunan dərmanlar
  2. Bakterial xəstəliklər əleyhinə dərmanlar
  3. Göbələk əleyhinə dərmanlar
  4. Protozoy infeksiyası əleyhinə dərmanlar
  5. Cinsi yolla keçən infeksiyaların müalicə və profilaktikasında istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow