Dentasept 100 ml

Dentasept 100 ml - Angina, faringit, laringit zamanı, ağız boşluğu xəstəlikləri zamanı istifadə olunan preparatdır.

Aug 6, 2024 - 15:53
Aug 7, 2024 - 06:39
 0
Dentasept 100 ml
Dentasept 100 ml

Dentasept haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Dentasept qiyməti

Dentasept qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Dentasept qiyməti 7 azn - 9 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Dentasept 100 ml qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi

  • Propolis ekstraktı------------------------5,0 q
  • Çobanyastığı çiçəyinin ekstraktı---------5,0 q
  • Sürvə (adaçayı) yarpağının ekstraktı-----2,0 q
  • Nanə yarpağının ekstraktı----------------1,0 q
  • Gülümbahar çiçəyinin ekstraktı----------1,0 q
  • Mixək ekstraktı---------------------------1,0 q
  • Qliserin-----------------------------------10,0 q

Xüsusiyyətləri

Mixək ekstraktı antibakterial, antivirus, ağrıkəsici, spazmolitik və yarasağaldıcı təsir xüsusiyyətlərinə malikdir. Ağız boşluğunda və boğazda olan patogen mikroorqanizmlərə öldürücü təsir göstərdiyindən halitozun (ağızdan xoşagəlməz qoxu) qarşısını alır. Evgenolun iltihab əleyhinə, spazmolitik və ağrıkəsici effekti sayəsində diş ağrısını, dişətində və boğazda olan qızartı və şişkinliyi aradan qaldırır. Propolis dezinfeksiyaedici, antibakterial, virus əleyhinə, iltihab əleyhinə və antioksidant təsir göstərir. Anestetik olduğundan diş ağrısını azaldır. Regenerasiya proseslərini sürətləndirdiyindən ağız boşluğunun selikli qişasında əmələ gələn yaraları sağaldır. Antifunqal təsiri sayəsində Kandida cinsindən olan göbələkləri öldürür.

Adaçayı yarpaqlarının ekstraktı tərkibində olan sineol efir yağı və salvin antibakterial maddəsi sayəsində stomatit xəstəliyinin əsas səbəbi olan vezikulyar stomatit virusuna, Porfiromonas gingivalis bakteriyasına, stafilokoklara, streptokoklara öldürücü təsir göstərir, bununla da ağız boşluğunun selikli qişasında aftoz yaraların yaranmasının və badamcıq iltihabının qarşısını alır. Aşı maddələri diş ətinə büzücü təsir göstərir, diş köklərini möhkəmləndirir, dişəti qanamalarının qarşısını alır. İstiotlu nanə yarpağının ekstraktı tərkibində olan mentol efir yağı ağız boşluğuna antibakterial təsir göstərir, kapilyarların spazmını aradan qaldırır, selikli qişaların regenerasiyasını sürətləndirir. İltihab əleyhinə və ağrıkəsici təsiri var.

Gülümbahar çiçəklərinin ekstraktı stafilokoklara və streptokoklara qarşı antibakterial təsir göstərir. Tərkibində olan kalenden maddəsi selikli qişalara iltihab əleyhinə və yarasağaldıcı təsir göstərir. Çobanyastığı çiçəklərinin ekstraktı bioflavonoidlər və fitosterinlər hesabına diş əti və boğazda olan iltihabi əlamətləri (qızartı, şişkinlik, ağrı) aradan qaldırır, xamazulen efir yağı isə spazmolitik və ağrıkəsici effekt verir.

İstifadə qaydası

  • Diş əti, ağızın selikli qişası və boğaz xəstəliklərində 5 yaşdan yuxarı uşaqlarda və böyüklərdə gündə 3-4 dəfə yeməkdən sonra 15 ml (1 xörək qaşığı) məhlulla qarqara edilir.
  • Ağız boşluğunun gigiyenası məqsədilə gündə 1 dəfə gecə yatmazdan əvvəl qarqara edilir.

Göstərişləri

  • Diş ətinin iltihabı (gingivit)
  • Ağızın selikli qişasının iltihabı (stomatit)
  • Parodont xəstəlikləri
  • Diş çəkilməsindən sonra
  • Diş ərpi və diş daşının profilaktikası
  • Ağız boşluğundan xoşagəlməz qoxu (halitoz)
  • Damaq-protez yaraları
  • Ortodontik aparatların istifadəsi
  • Ağız boşluğunun gigiyenası
  • Angina, kəskin və xroniki tonzillit
  • Laringit, faringit

Dentasept nə üçündür?

  1. Angina, faringit, laringit zamanı istifadə olunan dərmanlar
  2. Ağız boşluğu xəstəlikləri zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow