Almoks sirop
Almoks sirop qastrit zamanı, mədə və 12 barmaq bağırsaq xorasında, ezofagit zamanı istifadə olunan preparatdır.

Almoks sirop haqqında məlumat
Almoks sirop qiyməti
Almoks qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Almoks sirop qiyməti 13 azn - 15 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Almoks sirop qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi
- Zəyərək (Linum usitatissimum) toxumunun duru ekstraktı ------ 13,2 ml
- Bağayarpağı (Plantago major) yarpağının duru ekstraktı -------- 6 ml
- Şirin biyan (Glycyrrhiza glabra) kökünün duru ekstraktı --------- 10 ml
- Kəcəvər (Acorus calamus) kökünün duru ekstraktı --------------- 4 ml
- Dazıotu (Hypericum perforatum) otunun duru ekstraktı --------- 4 ml
- Razyana (Foeniculum vulgare) toxumunun duru ekstraktı ------- 4 ml
- Cökə çiçəyinin (Tilia cordata) duru ekstraktı ----------------------- 6 ml
Xüsusiyyətləri
Zəyərək toxumu (Linum usitatissimum) ekstraktının tərkibində olan polisaxaridlər ekstraksiya prosesində seliyə çevrilir, mədənin və onikibarmaq bağırsağın selikli qişasını, xüsusilə eroziv sahələri bürüyür, selikli qişanın destruktiv hissələrini xlorid turşusunun, pepsinin və qəbul olunan qidanın kimyəvi və mexaniki təsirindən qoruyur. Linamarin qlikozidi sayəsində selikli qişada olan iltihabi əlamətləri azaldır. Selik həmçinin adsorbent rolunu oynayaraq xlorid turşusunun qidaya qarışmayan hissəsini özünə hopdurur. Tərkibində olan yağ turşuları bağırsaq möhtəviyyatını yumşaldaraq qəbizliyin qarşısını almaqda kömək edir.
Bağayarpağı yarpağı (Plantago major) ekstraktı tərkibində çox miqdarda selik saxladığı üçün mədə-bağırsaq sisteminə bürüyücü təsir göstərir, güclü regenerasiyaedici effekti sayəsində eroziv proseslərin sağalmasını sürətləndirir. Mədənin parietal və əsas hüceyrələrindən xlorid turşusunun və pepsinin ifrazını tənzimləyir, həzmi normallaşdırır.
Şirin biyan kökü (Glycyrrhiza glabra) ekstraktının tərkibində olan selikli maddələr mədənin və bağırsaqların selikli qişasına bürüyücü təsir göstərir. Bağırsaqların möhtəviyyatını yumşaldaraq qəbizliyin qarşısını alır. Selikli qişalarda regenerativ prosesləri sürətləndirir, eroziya və xoraların sağalmasına kömək edir. Ümumilikdə orqanizmin immun sisteminin işini yaxşılaşdırır.
Kəcəvər kökü (Acorus calamus) ekstraktı tərkibində olan efir yağları və akorin acı qlikozidi sayəsində dad reseptorlarına təsir edərək mədə və onikibarmaq bağırsağın xorası zamanı xəstədə yaranan iştahasızlığı aradan qaldırır, həzmi tənzimləyir. Mədə - bağırsaq traktının selikli qişasına iltihab əleyhinə, yarasağaldıcı təsir göstərir.
Dazıotu otu (Hypericum perforatum) ekstraktı selikli qişaların eroziv və xoralı sahələrinə büzücü, regenerasiyaedici təsir göstərir, iltihabın eksudasiya fazasını ləngidir. Bağırsaqlarda qıcqıma prosesini ləngitdiyindən meteorizmi azaldır, spazmolitik effekt verir.
Razyana toxumu (Foeniculum vulgare) ekstraktı tərkibində olan efir yağları, əsasən də anetol, metilxavikol və fenxon komponentləri sayəsində spazmolitik, qusma əleyhinə, həzmedici, qazqovucu təsir göstərir, selikli qişaların mikrosirkulyasiya və regenerasiyasını sürətləndirir.
Cökə çiçəyi (Tilia cordata) ekstraktının iltihab əleyhinə təsiri tiliasin triterpeni ilə əlaqədardır. Tərkibində az miqdarda olan selik digər polisaxaridlərlə zəngin bitkilərin bürüyücü effektini artırır.
İstifadə qaydası
Daxilə, qida qəbulundan əvvəl qəbul etmək tövsiyə olunur. Böyüklərə 15 ml gündə 3 dəfə
Göstərişləri
- Qastroezofageal reflüks zamanı
- Kəskin və xroniki hiperasid qastrit, o cümlədən eroziv qastrit
- Mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi zamanı
- Dispeptik əlamətlər
- Mədə nevrozu, stressə bağlı mədə ağrıları
Almoks sirop nə üçündür?
- Qastrit zamanı istifadə olunan dərmanlar
- Mədə və 12 barmaq bağırsaq xorasında istifadə olunan dərmanlar
- Ezofagit zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






