Kreoflat nə üçündür?
Kreoflat nə üçündür?- Mədəaltı vəzin xəstəliklərinin müalicə və profilaktikasında, ferment çatışmamazlığı zamanı, öd xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunan preparatdır.

Kreoflat haqqında məlumat
Kreoflat qiyməti
Kreoflat qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Kreoflat qiyməti 16 azn - 18 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Kreoflat tablet qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi
- Pankreatin --------- 170 mq (Amilaza -5500 BV, Lipaza – 6500 BV, Proteaza - 400 BV)
- Quru Silikon tozu – 310 mq
Xüsusiyyətləri
Kreoflat mədəaltı vəzin fermentlərinin defisitini aradan qaldıran və həzm prosesini yaxşılaşdıran enzim preparatdır. Lipaza, amilaza və proteazadan ibarət Pankreatin mədəaltı vəzin fermentidir. Orqanizmdə zülalların amin turşulara, karbohidratların dekstrin və monosaxaridlərə , lipidlərin qliserin və yağ turşularına parçalanmasını , mənimsənilməsini təmin edir. Mədə -bağırsaq traktının funksiyasını və həzm prosesini tənzimləyir.
İstifadə qaydası
2 tablet gündə 3 dəfə yemək vaxtı qəbul olunmalıdır.
Göstərişləri
- Həzm sistemi ilə bağlı yaranan qaz problemləri
- Aerofagiya (hava udulması)
- Yağ, zülal, karbohidrat həzminin disfunksiyası
- Mədəaltı vəzinin çatışmazlığı olan şəxslərdə qaz toplanması ilə bağlı problemlər
- Əməliyyat öncəsi və sonrası qaz toplanması barədə şikayətlər
- Vaxtında qidalanmayan və həddindən artıq qida qəbul edən şəxslərdə yaranan həzm problemləri
- Rentgen müayinəsi və qarın boşluğu orqanlarının USM-nə hazırlıq məqsədi ilə
- Mədəaltı vəzin xarici sekretor funksiyasının çatışmazlığı ( xroniki pankreatit, mukovissidoz)
- Mədə ,bağırsaq,qaraciyər ,öd kisəsinin iltihabi –distrofik xroniki xəstəlikləri
- Duodenostaz , qastrostaz
- Mədə, bağırsaq, mədəaltı vəzin,qaraciyər,öd kisəsinin rezeksiya və şüa terapiyasından sonrakı vəziyyətinin kompleks terapiyası
Kreoflat nə üçündür?
- Digər həzm pozğunluqları zamanı istifadə olunan dərmanlar
- Mədəaltı vəzin xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunan dərmanlar
- Ferment çatışmamazlığı zamanı istifadə olunan dərmanlar
- Köp əleyhinə dərmanlar
- Öd xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunan dərmanlar
- Qaraciyər xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
- kreoflat
- kreoflat tablet
- kreoflat ne ucundur
- kreoflat istifade qaydasi
- kreoflat nə üçündür
- kreoflat tab
- kreoflat инструкция
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






