Prolanz 30 mg
Prolanz 30 mg - Qastrit zamanı, mədə və 12 barmaq bağırsaq xorasında, ezofagit zamanı istifadə olunan preparatdır.

Prolanz haqqında məlumat
Prolanz qiyməti
Prolanz qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Prolanz qiyməti 7 azn - 9 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Prolanz 30 mg qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi
Lansoprazol --------- 30 mq
Xüsusiyyətləri
Farmakodinamikası:
Lansoprazol, mədənin parietal hüceyrələrinin selikli qişasında (H+,K+) ATF-aza fermentinin selektiv olaraq inaktivləşməsi nəticəsində xlorid turşusu sekresiyasını blokada edən proton pompası inhibitorudur. Proton pompası xlorid turşusu sintezinin son mərhələsi olduğundan və Lansoprazol xlorid turşusunun ifrazını tənzimləyən parietal hüceyrələrin (H+K+) ATF-azası Lansoprazolla inhibə olunduğundan Prolanz proton pompasının inhibitoru adlanır. Bu təsir effekti dozadan asılıdır və xlorid turşusunun ifrazını stimuləedici amilin təbiətindən asılı olmayaraq (istər bazal və ya digər sekresiya amilləri ilə stimulyasiya olunmuş) inhibə edir. Lansoprazol qida və pentaqastrin ilə stimulyasiya olunan, həmçinin, insulinin təsirindən artmış turşuluq ifrazını azaldır.
Lansoprazolun antixolinergik və ya H2-histamin reseptorlarını blokadaedici təsirləri yoxdur.
Farmakokinetikası:
Lansoprazolun sorulması sürətlidir, daxilə qəbul olunduqdan sonra orta Cmax təxminən 1,7 saat sonra baş verir. Biomənimsənilməsi 80%-dən yuxarıdır. Lansoprazol plazma zülalları ilə 97% birləşir. Zülallarla birləşmə faizi plazmada 0,05 -5,0 mkq/ml konsentrasiyalarda dəyişilmir. Lansoprazol qaraciyərdə əhəmiyyətli dərəcədə meatabolizmə uğrayır. Plazmada 2 metaboliti aşkar olunur. Metabolitlər antisekretor aktivliyə malik deyildir. Yarımxaricolma dövrünün cəmi 2 saat olmasına baxmayaraq antisekretor aktivlik 24 saatdan çox davam edir, uyğun olaraq preparatın qanın plazmasından yarımxaricolma dövrü onun antisekretor effektinə təsir göstərmir. 14 C- radioaktiv nişanlanmış Lansoprazolla aparılmış tədqiqatlar nəticəsində məlum olmuşdur ki, Lansoprazolun 1/3 hissəsi sidiklə, 2/3 hissəsi isə nəcislə xaric olunur.
Aptekdən buraxılma şərti
Reseptli
İstifadə qaydası
1 kapsul gündə 1 dəfə səhər yeməyindən əvvəl
Göstərişləri
- Mədə və onikibarmaq bağırsağı xora xəstəliyi
- Eroziv və ya ulserativ qastroezofaqeal reflyuks xəstəlikləri (QERX)
- Helicobacter pylori
- Hiperasid qastrit
- Zollinger-Ellison sindromu
- QSİƏP qəbulu zamanı mədə və onikibarmaq bağırsaq xorasının profilaktikası və müalicəsi
Prolanz nə üçündür?
- Qastrit zamanı istifadə olunan dərmanlar
- Mədə və 12 barmaq bağırsaq xorasında istifadə olunan dərmanlar
- Ezofagit zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
- prolanz
- prolanz ne ucundur
- prolanz tablet
- prolanz 30
- prolanz istifade qaydasi
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






