VİTAPROST suppozitoriyalar
Vitaprost prostat vəziyə orqanotrop təsir göstərir. Prostat vəzinin ödeminin səviyyəsini, leykositar infiltrasiyasını azaldır, epitelial hüceyrələrin sekretor funksiyasını normallaşdırır.

VİTAPROST suppozitoriyalar Eyniləşdirmə və təsnifat
Dərman forması
Rektal suppozitoriyalar
- VİTAPROST suppozitoriyalar Eyniləşdirmə və təsnifat
- Dərman forması
- Buraxılış forması
- VİTAPROST suppozitoriyalar Tərkibi
- Təsviri
- Farmakoterapevtik qrupu
- Farmakoloji xüsusiyyətlər
- İstifadəsinə göstərişlər
- VİTAPROST suppozitoriyalar Əks göstərişlər
- Xüsusi göstərişlər və ehtiyat tədbirləri
- VİTAPROST suppozitoriyalar İstifadə qaydası və dozası
- Əlavə təsirləri
- Saxlanma şəraiti
- Digər dərman vasitələrilə qarşılıqlı təsiri
- Yararlılıq müddəti
- Aptekdən buraxılma şərti
- Qeydiyyat vəsiqəsinin sahibi
- İstehsalçı
Buraxılış forması
10 mq-lıq rektal suppozitoriyalar.
5 suppozitoriya, polietilenlə laminəedilmiş polivinilxlorid örtüklü konturlu-yuvalı qablaşdırmada. 1 və ya 2 konturlu-yuvalı qablaşdırma, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
VİTAPROST suppozitoriyalar Tərkibi
Təsiredici maddə: 1 suppozitoriyanın tərkibində 10 mq suda həll olan peptidlər hesabı ilə 50 mq prostat ekstraktı vardır.
Köməkçi maddələr: bərk yağ (H 15, W 35 markalı vitepsol, NA 15, NAS 50 markalı supposir).
Təsviri
Torpedoyabənzər formalı, ağ rəngdən sarımtıl ağ və ya bozumtul qonur çalarlı rəngə qədər sup-pozitoriyalardır. Suppozitoriyanın səthində ağ ərpin yaranması və kəsiyində hava boşluğunun və qıfşəkilli dərinləşmənin olması yolveriləndir.
Farmakoterapevtik qrupu
Xroniki prostatitin müalicəsi üçün vasitə
Farmakoloji xüsusiyyətlər
Vitaprost® prostat vəziyə orqanotrop təsir göstərir. Prostat vəzinin ödeminin səviyyəsini, leykositar infiltrasiyasını azaldır, epitelial hüceyrələrin sekretor funksiyasını normallaşdırır, asinusların ifrazatında lesitin toxumların sayını artırır, sidik kisəsinin əzələ tonusunu stimullaşdırır. Trombəmələgəlmənin, antiaqreqant aktivliyin azalması hesabına prostat vəzidə mikrosirkulyasiyanı azaldır, prostat vəzidə venulaların trombozunun inkişafının qarşısını alır.
Vitaprost® prostat vəzinin və eyakulyatın parametrlərini normallaşdırır. Ağrı və diskomfortu azaldır, dizurik təzahürü aradan qaldırır, kopulyativ funksiyanı yaxşılaşdırır.
İstifadəsinə göstərişlər
Xroniki prostatit.
Prostat vəzidə cərrahi müdaxilələrdən əvvəlki və sonrakı vəziyyət.
VİTAPROST suppozitoriyalar Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
- Yalnız böyük kişilərdə müalicə üçün istifadə edilir; qadınlarda və uşaqlarda istifadə edilmir.
- Xroniki prostatitin müalicəsi kompleks olmalıdır, Vitaprost® preparatının təyin edilməsilə yanaşı digər qrup dərman vasitələrindən və qeyri-dərman müalicə üsullarından istifadə edilməlidir.
- Xroniki prostatitin müalicəsinə başlamazdan əvvəl ehtiyac olduqda, müalicə prosesində prostat vəzinin ifrazatının analizinin aparılması məsləhət görülür.
- Xoşxassəli hiperplaziyanın müalicəsi üçün preparatdan istifadə dövründə hazırki xəstəliyin standart nəzarətini aparmaq üçün müntəzəm olaraq həkim qəbulunda olmaq lazımdır. Müalicə kursuna başlamazdan əvvəl patologiyanın xoşxassəli xarakter daşıdığına əmin olmaq lazımdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparatın istifadəsi nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə və yüksək diqqət və sürətli psixomotor reaksiya tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olma qabiliyyətinə təsir etmir.
VİTAPROST suppozitoriyalar İstifadə qaydası və dozası
- Bağırsağın iradi boşalmasından və ya imalədən sonra gündə 1 dəfə 1 suppozitoriya rektal istifadə edilir.
- Suppozitoriyanın yeridilməsindən sonra pasiyentin 30-40 dəqiqə ərzində yataqda olması məqsədəuyğundur.
- Vitaprost® preparatı ilə müalicə kursunun müddəti 10 gündən az olmamalı-dır.
- Ehtiyac olduqda, təkrar kursların aparılması mümkündür.
- Müalicədən sonra yaxşılaşma baş vermədikdə və ya simptomlar ağırlaşdıqda və ya yeni simptomlar təzahür etdikdə, həkimlə məsləhətləşmək vacibdir.
Əlavə təsirləri
Allergik reaksiyalar.
İçlik vərəqədə göstərilməyən istənilən digər əlavə təsir baş verdikdə, həkimə məlumat vermək lazımdır.
Saxlanma şəraiti
25ºС-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Digər dərman vasitələrilə qarşılıqlı təsiri
Preparat kompleks terapiyada istifadə edilə bilər.
Digər dərman vasitələrilə qarşılıqlı təsiri və ya uyuşmazlığı qeyd edilməyib.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
Qeydiyyat vəsiqəsinin sahibi
“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: [email protected]
İstehsalçı
“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: [email protected]
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






