Revafen ampul

Revafen ampul travmatik ağrılarda, oynaq və əzələ ağrılarında, menstrual ağrılar zamanı, daxili orqanlarda ağrılar zamanı istifadə olunan preparatdır.

Aug 6, 2024 - 15:35
Aug 6, 2024 - 15:45
 0
Revafen ampul
Revafen ampul

Revafen haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Revafen qiyməti

Revafen qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Revafen qiyməti 7 azn - 9 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Revafen ampul qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi

Deksketoprofen ------- 50mq

Aptekdən buraxılma şərti

Reseptli

Xüsusiyyətləri

Deksketoprofen trometamol S-(+)-2-(3-benoilfenil) propion turşusunun trometamol duzu analgetik, iltihab əleyhinə və antipiretik preparat olub, qeyri-steroid iltihab əleyhinə preparatlar (QSİƏP) qrupuna aiddir.

Deksketoprofen trometamolun təsir mexanizmi siklooksigenazanın inhibə olunması yolu ilə prostaqlandin sintezinin inhibə olunmasına əsaslanır.

Xüsusilə də PGE1, PGE2, PGF2a və PGD2, PGI2 prostasiklin və tromboksanlar (TxA2 vəTxB2), PGD2 və PGH2-nin araxidon turşusuna çevrilməsini inhibə edir. Bundan başqa, prostaqlandin sintezinin inhibə olunması birbaşa olaraq əlavə dolayı təsir göstərərək xinin kimi digər iltihab əleyhinə mediatorlara təsir göstərir.

Venadaxili və əzələdaxili istifadə olunan deksketoprofen trometamolun orta və güclü ağrıların müalicəsində analgetik təsiri skelet-əzələ sistemi ağrılarında (kürəkdə kəskin ağrı zamanı) , cərrahi ağrılarda (ortopedik və ginekoloji əməliyyatlar, qastroektomiya), həmçinin böyrək sancıları zamanı öyrənilmişdir.

Tədqiqatlar zamanı analgetik təsir tez başlamış və ən yüksək səviyyələrə ilk 45 dəqiqə ərzində çatmışdır. 50 mq Deksketoprofen qəbul edildikdən sonra analgetik təsirin müddəti adətən 8 saat davam edir.

Əməliyyatdan sonrakı ağrıya təsirinə dair klinik tədqiqatlar göstərmişdir ki, deksketoprofen trometamol opioidlərlə kombinasiyada istifadə edildikdə opioidlərə ehtiyacı əhəmiyyətli dərəcədə azaldır. Əməliyyatdan sonrakı ağrının aradan qaldırılmasına dair tədqiqatlarda analgetik vasitə ilə nəzarət olunan morfin qəbul edən və yanaşı deksketoprofenlə müalicə alan pasiyentlərdə plasebo qrupuna nisbətən morfinə tələbat əhəmiyyətli dərəcədə azalmışdır (30-35% az).

İstifadə qaydası

Tövsiyə olunan doza 50 mq təşkil edir və hər 8-12 saatdan bir yeridilir. Gündəlik doza 150 mq (3 ampul) artıq olmamalıdır. Ehtiyac olduqda təkrar doza 6 saatdan sonra da istifadə oluna bilər.

Göstərişləri

  • REVAFEN preparatı qeyri-steroid iltihab əleyhinə dərman vasitələri qrupuna aid ağrıkəsici vasitədir.
  • Orta və ağır dərəcəli kəskin ağrılar
  • Cərrahi əməliyyatdan sonrakı ağrılar,
  • Böyrək sancıları
  • Parodontoz
  • Kataral, aftoz və xoralı stomatitlər
  • Bel ağrılarının simptomatik müalicəsində
  • Əzələ və oynaq ağrıları
  • Travmatik ağrılar

Revafen nə üçündür?

  1. Travmatik ağrılarda istifadə olunan dərmanlar
  2. Oynaq və əzələ ağrılarında istifadə olunan dərmanlar
  3. Menstrual ağrılar zamanı istifadə olunan dərmanlar
  4. Baş, diş və qulaq ağrılarında istifadə olunan dərmanlar
  5. Daxili orqanlarda ağrılar zamanı istifadə olunan dərmanlar
  6. Nevralgiyalarda istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.

  1. revafen 50 mg/2 ml
  2. revafen ampul
  3. revafen nedir
  4. revafen ampul nedir

Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow