Miorek 400 mg

Miorek 400 mg - Oynaq və əzələ ağrılarında istifadə olunan preparatdır.

Aug 6, 2024 - 13:06
Aug 6, 2024 - 13:23
 0
Miorek 400 mg
Miorek 400 mg

Miorek 400 mg haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Miorek qiyməti

Miorek 400 qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Miorek qiyməti 9 azn - 11 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Miorek 400 mg qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi

Feniramidol - 400 mq

Aptekdən buraxılma şərti

Reseptli

Xüsusiyyətləri

Farmakoloji xüsusiyyətləri :
MioRekin tərkibindəki aminopiridin törəməsi feniramidol mərkəzi təsirli miorelaksantlar qrupunun nümayəndəsidir. Baş beyin , onurğa beyni səviyyəsində antispastik və miorelaksasiyaedici təsir göstərir. Əzələ spazmını aradan qaldıran feniramidol polisinaptik refleksləri blokada edir, namonosinaptik reflekslərə isə təsir etmir. MioRek eninəzolaqlı əzələlərin tonusunu, əzələ ağrısını azaldaraq analgetik təsir göstərir.

Farmakokinetikası:
MioRek daxilə qəbulda mədə- bağırsaq traktından tez bir zamanda sorulur. Qanın zülalları ilə birləşir. Qaraciyərdə metabolizasiya olunur, qlukuron turşusu ilə birləşərək qlukuronid yaradır. Qlukuronid ödə də daxil olur. Bağırsaqda Feniramidolun bir hissəsi geriyə sorulur. 4 - 6 saatdan sonra orqanizmdən 37% nəcislə, 63% isə sidiklə qlukuronid şəklində xaric olur.

İstifadə qaydası

MioRek 1-2 tabletdən gündə 3 dəfə yeməkdən sonra çoxlu maye ilə qəbul olunur. Tableti çeynəmək olmaz.

Göstərişləri

  • Əzələlərin hipertonusu və əzələ spazmı
  • Onurğanın distrofik -degenerativ xəstəliklərində əzələ kontrakturası ( osteoxondroz, spondilyoz, sirinqomieliya, hemiplegiya, onurğa və bel sindromları)
  • Fəqərəarası disk yırtığında aparılan cərrahi əməliyyatdan sonra bərpa məqsədilə
  • Eninəzolaqlı əzələlərin tonusunun artması ilə keçən üzvi - degenerativ nevroloji xəstəliklər (dağınıq skleroz, mielopatiya,ensefalomielit, kəskin beyin qan dövranı çatmamazlığının fəsadları)
  • Uşaq serebral spastik iflici

Miorek nə üçündür?

  1. Spazmolitiklər
  2. Oynaq və əzələ ağrılarında istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow