Xondrovayz (Chondrowise) istifadə qaydası necədir?
Xondrovayz (Chondrowise) - Artrit zamanı, artroz zamanı, yumşaq toxumaların zədələnmələri zamanı istifadə olunan preparatdır.

Xondrovayz haqqında məlumat
Xondrovayz qiyməti
Xondrovayz qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Chondrowise qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
TƏRKİBİ:
Qlükozamin Sulfat 2 KCl (Glucosamine Sulphate 2 KCl) – 500 mq
Xondroitin sulfat (Chondroitin sulphate) – 400 mq
Metilsulfonilmetan (MSM) Methylsulfonylmethane (MSM) – 375 mq
Köməkçi maddələr: maltodekstrin (maltodextrin), mikrokristallik sellüloza (microcrystalline cellulose), natrium kroskarmelloza (croscarmellose sodium), etil selluloza (ethylcellulose), hidroksipropilmetilsellüloza (hydroxypropylmethylcellulose), bitki mənşəli qliserin (glycerine pheur vegetable grade), orta zəncirli triqliseridlər (medium chain triglycerides), ammonium hidroksid (ammonium hydroxide), olein turşusu (oleic acid), natrium alginat (sodium alginate), stearin turşusu (stearic acid), PVP, silisium dioksid (silicon dioxide), bitki mənşəli maqnezium stearat (vegetable grade magnesium stearate), bitki mənşəli stearin turşusu (vegetable grade stearic acid)
BURAXILIŞ FORMASI
Tablet.
QABLAŞDIRMA FORMASI:
№30 (3×10) blisterdə, karton qutu qablaşmada.
İSTİFADƏ SAHƏSİ VƏ ƏSAS GÖSTƏRİŞLƏR:
Dayaq-hərəkət sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan bioloji fəallığa malik qida əlavəsi
İSTİFADƏ QAYDALARI VƏ DOZA:
Böyüklər: gündə 1 dəfə 1-2 tablet.
ƏKS GÖSTƏRİŞLƏRİ:
Məhsulun tərkibində olan hər hansı bir komponentinə qarşı hiperhəssaslıq.
MƏLUMAT:
Dərman vasitəsi deyildir. Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Tövsiyə edilən sutkalıq dozanı keçməyin. Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin. Bioloji fəallığa malik qida əlavəsidir.
SAXLANMA ŞƏRAİTİ:
25ºC-dən yüksək olmayan temperaturda quru, işıq düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
YARARLILIQ MÜDDƏTİ:
3 il.
MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ:
“WISE PHARMA” LP, Office 7 Centrum Offices 38
Queen Street, G1 3DX. GLASGOW – ŞOTLANDİYA.
İSTEHSALÇI (adı və yerləşdiyi ölkə):
SIA “Primea”, Latviya.
İSTEHSALÇININ ÜNVANI:
Ventspils iela 48, Riga, LV-1002, Latvia.
Xondrovayz nə üçündür?
- Artrit zamanı istifadə olunan dərmanlar
- Artroz zamanı istifadə olunan dərmanlar
- Yumşaq toxumaların zədələnmələri
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






