NATALSİD
NATALSİD Xroniki anal çatlar epitelizasiya mərhələsində, xroniki qanayan babasil, proktosiqmoidit və düz bağırsaqda əməliyyatdan sonrakı dövrdə iltihabi əlamətlər.

NATALSİD Eyniləşdirmə və təsnifat
Dərman forması
Rektal suppozitoriyalar
- NATALSİD Eyniləşdirmə və təsnifat
- Dərman forması
- Buraxılış forması
- NATALSİD Tərkibi
- Təsviri
- Farmakoterapevtik qrupu
- Farmakoloji xüsusiyyətləri. Farmakodinamikası
- İstifadəsinə göstərişlər
- NATALSİD Əks göstərişlər
- Hamiləlik və laktasiya dövründə istifadəsi
- İstifadə qaydası və dozası
- Əlavə təsirləri
- Saxlanma şəraiti
- Yararlılıq müddəti
- Aptekdən buraxılma şərti
- İstehsalçı
Buraxılış forması
250 mq-lıq rektal suppozitoriyalar.
5 suppozitoriya, polivinilxlorid örtüklü, polietilenlə laminatlanmış konturlu-yuvalı qablaşdır-mada. 2 konturlu-yuvalı qablaşdırma, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
NATALSİD Tərkibi
Təsiredici maddə: 1 suppozitoriyanın tərkibində 250 mq natrium alginat (natrium alginat) vardır.
Köməkçi maddə: bərk yağ (vitepsol (H 15, W 35 markalı), supposir (NA 15, NAS 50 markalı)).
Təsviri
Ağ qəhvəyi çalarlı və ya açıq qəhvəyi və ya açıq bozumtul qəhvəyi çalarlı, torpedoya bənzər suppozitoriyalardır, suppozitoriyanın səthində ərpin yaranması və kəsikdə hava boşluğunun və qıfa bənzər dərinləşmənin olması yol veriləndir.
Farmakoterapevtik qrupu
Yerli istifadə üçün hemostatik vasitə.
Farmakoloji xüsusiyyətləri. Farmakodinamikası
Preparatın təsiredici maddəsi olan natrium alginat, qonur dəniz yosunlarından alınan təbii polisaxariddir. İfadəolunmuş hemostatik, iltihabəleyhinə və reparativ təsir göstərir.
İstifadəsinə göstərişlər
Xroniki anal çatlar epitelizasiya mərhələsində, xroniki qanayan babasil, proktosiqmoidit və düz bağırsaqda əməliyyatdan sonrakı dövrdə iltihabi əlamətlər.
NATALSİD Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq. 14 yaşa qədər uşaqlar.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Natalsid® preparatı hamiləlik və laktasiya dövründə əks göstəriş deyil.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparat nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir.
İstifadə qaydası və dozası
Rektal istifadə edilir. İstifadə edilməzdən əvvəl suppozitoriya konturlu qablaşmadan azad edilir.
Suppozitoriyanı bağırsağın sərbəst boşaldılmasından və ya təmizləyici imalədən sonra düz bağırsağa yeridilir.
Böyüklərə və 14 yaşdan yuxarı uşaqlara sutkada 2 dəfə 1 suppozitoriya təyin edilir.
Natalsid® preparatı ilə müalicə kursunun müddəti 7-14 gün təşkil edir.
Əlavə təsirləri
Allergik reaksiyalar mümkündür.
İçlik vərəqədə qeyd edilən istənilən əlavə təsir dərinləşdikdə və ya pasiyent içlik vərəqədə qeyd edilməyən istənilən digər əlavə effekt müşahidə etdikdə, bu barədə həkimə məlumat verməlidir.
Saxlanma şəraiti
25°С-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: [email protected]
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






