STREPTOSİD (liniment)

STREPTOSİD (liniment) həll olan preparatdır. Daha ətraflı məlumat üçün səhifəyə daxil olun

Jun 11, 2024 - 18:26
Jun 11, 2024 - 21:14
 0
STREPTOSİD (liniment)
STREPTOSİD (liniment)

STREPTOSİD (liniment) Eyniləşdirmə və təsnifat


ATC kodu - D06BA05
Beynəlxalq patentləşdirilməmiş adı - Mesulfamide

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Dərman forması


Xaricə istifadə üçün liniment

Buraxılış forması


5%-li liniment.

30 q liniment polimer materialdan hazırlanmış vintli buşonu olan alüminium və ya polimer materiallarından hazırlanmış vintli buşonu olan polietilen laminat tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

STREPTOSİD (liniment) Tərkibi


Təsiredici maddə: 1 q linimentin tərkibində 50 mq mesulfamid natrium (həll olan streptosid) vardır.

Köməkçi maddələr: qliserol, emulqator № 1, təmizlənmiş su.

Təsviri


Ağ rəngli və ya ağ krem çalarlı, xarakterik qoxulu linimentdir.

Farmakoterapevtik qrupu


Mikrobəleyhinə vasitə-sulfanilamid.

Farmakoloji xüsusiyyətlər

  • Mikrobəleyhinə, bakteriostatik vasitə, sulfanilamiddir. Preparatın təsir mexanizmi purinlər və pirimidinlərin sintezi üçün vacib olan paraaminbenzoy turşusu (PABT) ilə rəqib antaqonizmi, dihidropteroatsintazanın zəifləməsi, tetrahidrofol turşusunun sintezinin pozulması ilə əlaqədardır.
  • Aşağıdakı mikroorqanizmlərə qarşı aktivdir: Staphylococcus spp., Streptococcus spp., o cümlədən, S.pyogenes, S.pneumoniae, Legionella spp., Brucella spp., Escherichia coli, Shigella spp., Klebsiella spp., Proteus spp., Salmonella spp., Serratia spp., Calymmatobacterium granulomatis, Vibrio cholerae, Clostridium perfringens, Bacillus anthracis, Nocardia asteroids, Corynebacterium diphtheriae, Yersinia pestis, Chlamydia spp., Actinomyces israelii, Toxoplasma gondii.
  • Dəriyə çəkildikdə yaranın tez sağalmasına və eroziyanın epitelizasiyasına səbəb olur.

İstifadəsinə göstərişlər


Müxtəlif etiologiyalı infeksiyalaşmış yaralar, yanıqlar (I-II dərəcəli), follikulitlər, furunkullar, karbunkullar, civzə, impetiqo, qızılyel və dərinin digər irinli-iltihabi prosesləri.

Əks göstərişlər


Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq, anemiya, böyrək/qaraciyər çatışmazlığı, irsi qlükoza-6-fosfatdehidrogenaza defisiti, azotemiya, porfiriya, hamiləlik, laktasiya dövrü.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri


Dərinin geniş miqyaslı zədələnməsi zamanı müntəzəm olaraq qələvili içki qəbul etmək məsləhət görülür.

3 aylığa qədər uşaqlarda ehtiyatlı olmaq lazımdır.

STREPTOSİD (liniment) İstifadə qaydası və dozası

  • Xaricə istifadə edilir. Liniment zədələnmiş nahiyəyə qoyulacaq tənzif sarğıya çəkilir; sarğı 1-2 gündən bir dəyişdirilir.
  • Geniş miqyaslı zədələnmə zamanı böyüklərdə linimentin sutkalıq dozası mesulfamid hesabı ilə 6 q-ı (120 q linimentə uyğundur)
  •  1 yaşa qədər uşaqlarda 0,6 q-ı (12 q linimentə uyğundur)
  •  1-5 yaşlı uşaqlarda 1,8 q-ı (36 q linimentə uyğundur)
  •  5-12 yaşlı uşaqlarda 3 q-ı (60 q linimentə uyğundur) aşmamalıdır.

Yararlılıq müddəti


4 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Qeydiyyat vəsiqəsinin sahibi


“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: med@stada.ru

İstehsalçı


“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: med@stada.ru

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow