Uşağınızda bu əlamətlər varsa mütləq müayinə etdirin

Uşaqlarda sudurqa, qıcolma, davamlı krizlər və eplepsiya haqqında məlumatlar. Əgər uşağınızda qıcolma varsa təlaşlanmadan bu yazını sona qədər oxuyun

Jun 11, 2024 - 16:58
 0
Uşağınızda bu əlamətlər varsa mütləq müayinə etdirin
Uşaqlarda sudurqa, qıcolma, davamlı krizlər və eplepsiya

Uşaqlarda qızdırma ilə əlaqəli sudurqa (qıcolma) əsasən 1-5 yaş aralığında müşahidə edilir. Valideynlər tərəfindən bu bəzən epilepsiya ilə qarışdırılır. Halbuki, qızdırma ilə əlaqəli sudurqa adətən 5 yaşından sonra görülmür. Əksər hallarda bu qıcolmaya bir infeksiya səbəb ola bilir. Epilepsiya isə səbəbi hələ də tam olaraq məlum olmayan, təxminən 60-65% hallarda müalicə edilə bilən bir xəstəlikdir. Müalicə edilə bilməyən davamlı epilepsiyalarda isə cərrahi metodlarla yanaşı, ketogenik diyet və epilepsiya dərmanları müalicədə mühüm rol oynayır. Sudurqa (qıcolma) atakları keçirən uşaqların ailələrinin və yaxınlarının doğru müdaxilə haqqında məlumatlı olmaları çox önəmlidir. 

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Uşaqlarda qızdırma ilə əlaqəli sudurqa zamanı edilməli olan müdaxilələr:

Sudurqa (qıcolma) adətən genetik olur

Qızdırma ilə əlaqəli sudurqa, uşağın qızdırmaya olan dözümsüzlüyü ilə əlaqədar bir vəziyyətdir və adətən irsi oxşarlıqdan qaynaqlanır. Belə hallarda xüsusi bir müalicə və ya nəzarət tətbiq edilmir. Lakin tez-tez təkrarlandığı və genetik səbəblər olduğu zaman EEG ilə yoxlanılması vacibdir.

Epilepsiya uşaqlıq çağında təxminən 1-5% nisbətində görülən bir xəstəlikdir. Səbəbi tam olaraq bilinməsə də, adətən genetik, metabolik və inkişaf dövrləri ilə əlaqəli olur. Uşaq beyni yetkinlik dövrünə qədər müxtəlif anormal elektriklənmələr yaşaya bilər və bunların çoxu epilepsiya krizlləri kimi görünür. Epilepsiya müalicə tələb edə bilər. Həmişə qızdırmalı formada olmasa da, qızdırmaya səbəb ola bilər. Epilepsiyanın təxminən 60-65% -i müalicə edilə bilən növlərdir. Təxminən 50-60% -i uşaqlıq dövrünün xoşxassəli epilepsiyaladından ibarətdir. Qalan 20-25% -i isə davamlı epilepsiya xəstəliyi təşkil edir.

Davamlı epilepsiyada dərman xaricində müalicələr

Epilepsiya xəstələrinin 25% -i epilepsiya dərmanlarını davamlı qəbul etməsi vacib olan qrupdur. İki və daha çox antiepileptik dərmana baxmayaraq, krizləri davam edən xəstələrə davamlı epilepsiya deyilir. Bu xəstələrdə artıq, əlavə bir dərmandan fayda görüləcək nisbət 1-5% arasında dəyişir. Bu səbəbdən bu xəstələrə dərman xaricində müalicələr tövsiyə edilir. 

Bu müalicələr xəstənin uyğunluğuna görə: epilepsiya cərrahiyyəsi, ketogenik diyet müalicəsi və vagal sinir stimulyasiyası adlanan epilepsiya pili müalicəsidir. Epilepsiya cərrahiyyəsi; xəstənin epileptik aktivliyini başladan mənbəyin əməliyyatla çıxarılması prosesidir. Uyğun xəstələrdə uğurlu olur. Lakin əməliyyatdan sonra komplikasiyaları olan bir prosedurdur.

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow