Hepatrombin maz | Qeparinovaya maz nə üçündür? | Qeparinovaya maz istifadə qaydası
Hepatrombin maz | Qeparinovaya maz nə üçündür? | Qeparinovaya maz istifadə qaydası Hepatrombin maz (məlhəmi) haqqında daha ətraflı məlumat üçün səhifəyə daxil olun

Hepatrombin maz | Qeparinovaya maz eyniləşdirmə və təsnifat
ATC kodu - С05ВА53
Beynəlxalq patentləşdirilməmiş adı - Heparin sodium + Prednisolone + Lauromacrogol 400
- Hepatrombin maz | Qeparinovaya maz eyniləşdirmə və təsnifat
- Dərman forması
- Buraxılış forması
- Hepatrombin maz tərkibi | Qeparinovaya maz tərkibi
- İstifadəsinə göstərişlər
- Əks göstərişlər
- Xüsusi göstərişlər və ehtiyat tədbirləri
- Hepatrombin maz | Qeparinovaya maz istifadə qaydası və dozası
- Yararlılıq müddəti
- Aptekdən buraxılma şərti
- Qeydiyyat vəsiqəsinin sahibi
- İstehsalçı
Dərman forması
Rektal və xaricə istifadə üçün məlhəm
Buraxılış forması
Rektal və xaricə istifadə üçün məlhəm (65 BV + 30 mq + 2,233 mq)/q. 20 q məlhəm, fırlanan plastmas qapaqlı alüminium tubda. Tubun ağzı alüminium membran ilə örtülmüşdür. Qapaq, membranı deşmə bilən qurğusu olan monolit konstruksiyaya malikdir. 1 tub, rektal yeridilmə üçün ucluq və içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Hepatrombin maz tərkibi | Qeparinovaya maz tərkibi
Təsiredici maddə: 1 q məlhəmin tərkibində 65 BV heparin natrium (180 BV/mq heparin natrium aktivliyi üzrə 0,361 mq), 2,233 mq prednizolon asetat, 30 mq lauromakroqol 400 vardır.
Köməkçi maddələr: bərk parafin, duru parafin, lanolin, kolloidal silisium dioksid.
İstifadəsinə göstərişlər
Perianal nahiyədə babasilin qısamüddətli simptomatik müalicəsi (qaşınmanı aradan qaldırır, şişkinliyi, iltihabı, ağrıları azaldır).
Əks göstərişlər
- Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq;
- dərinin bakterial, virus, göbələk zədələnmələri;
- vərəm;
- sifilis;
- dəri şişləri (anorektal zonada);
- qanaxmalara meyllilik;
- vaksinasiyaya qarşı reaksiyalar;
- hamiləliyin I trimestri.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Digər kortikosteroidlərlə müalicə zamanı olduğu kimi ehtiyatlı olmaq lazımdır, preparatı artıq miqdarda və ya uzun müddət istifadə etmək məsləhət görülmür.
Preparatın tərkibində lanolin vardır, yerli dəri reaksiyalarına (məsələn, kontakt dermatit) səbəb ola bilər.
Ehtiyatla
Uşaqlar, hamiləliyin ikinci və üçüncü trimestrləri, laktasiya dövrü.
Hepatrombin maz | Qeparinovaya maz istifadə qaydası və dozası
- Xaricə istifadə edilir. Məlhəm sutkada 2 dəfə nazik təbəqə qatla zədələnmiş nahiyəyə çəkilir. Müalicənin ilk günü simptomları tez bir zamanda azaltmaq üçün məlhəm 4 dəfəyə qədər istifadə edilə bilər.
- Məlhəmin yeridilməsi üçün qutuda olan fırlanan ucluqdan istifadə edilir, bu da, düz bağırsaq boşluğuna yeridilir və tubu yüngül basmaqla bir qədər məlhəm çıxarılır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
Qeydiyyat vəsiqəsinin sahibi
Hemofarm A.D., Vrşas, Serbiya.
26300 Vrşas ş., Beoqrad yolu bb.
İstehsalçı
Hemofarm A.D. Vrşas, Şabas istehsalat sahəsi bölməsi, Serbiya.
15000, Şabas ş., Hayduk Velkov k., bb.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






