Vatorlak (Vatorlac) ampul nə üçündür?

Vatorlak (Vatorlac) ampul - Artrit zamanı, yumşaq toxumaların zədələnmələri zamanı, travmatik ağrılarda, oynaq və əzələ ağrılarında, nevralgiyalarda, baş, diş və qulaq ağrılarında, daxili orqanlarda ağrılar zamanı istifadə olunan preparatdır.

Oct 12, 2024 - 16:24
Oct 12, 2024 - 16:23
 0
Vatorlak (Vatorlac) ampul nə üçündür?
Vatorlak (Vatorlac) ampul

Vatorlak 30 mq haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Vatorlak 30 mq qiyməti

Vatorlak 30 mq qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Vatorlak 30 mq qiyməti 5 azn - 7 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Vatorlak 30 mq qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

VATORLAC :  1 ml/ 30mg   damardaxili və əzələdaxili yeridilməsi üçün məhlul

TƏRKİBİ: 

30 mq ketorolak trometamin .

FARMAKOLOJİ  QRUPU:  

Qeyri Steroid İltihab Əleyhinə Vasitə.

FARMOKOLOJİ XÜSUSİYƏTLƏRİ: 

VATORLAC  tsiklooksigenaza  fermentlərini blokada edərək araxidon turşusundan iltihabi  prostoqlandinlərin əmələ gəlməsinin qarşısını alır. Bununla VATORLAC güclü iltihab əlehinə təsir göstərərək  və bu təsirdən irəli gələn mükəmməl ağrı kəsici nəticəni reallaşdırır . Qismən hərarət salıcı təsirədə malikdir.  VATORLAC-ın  iltihab əlehinə təsiri başqa QSİƏV-dən  nəzərə çarpacaq dərəcədə guclu, agrı kəsici effekti isə morfinə yaxındir . Ə/d yeridildikdən sonra 30 deqiqə ərzində öz təsirini göstərməyə başlayır  və  maksimal effekti   2 saata əldə edilir. Bu nəticə 14-18 saat ərzində saxlanılır.

GÖSTƏRİŞLƏRİ:

  • Ginekologiya: Doğuşdan və əməliyatdan sonrakı ağrılar.  Kiçik çanaq orqanlarının  iltihabı prossesləri  -salpingit, ooforit, salpinqooforit və iltihabı kistalar.
  • Travmotologiya: çıxıqlar, burxulmalar, mialgiya, artralgiya, travmalarda.  Revmatoid poliartrit,  artrozlar,
  • Nevroloqiya: nevralqiya, radikulit.
  • Stomotoloqiya: diş ağrıları, əməliyatdan sonraki ağrılar, travmalar.
  • Otorinqoloqiya: sinusitlər (frontit,haymorit,eytmoidit,sfenoidit), kəskin və xronik otitlər.
  • Uroloqiya: sidik-daş xəstəliyi,əməliyatdan sonraki  ağrılar.
  • Androloqiya: kəskin ağrı sindromu ilə müşaidə edilən kişi cinsiyət organlarının  iltihab prossesləri – balanit, orxit, epidimit, orxoepidimit, prostatit.
  • Onkoloqiya: Ağrının azaldılması üçün simptomatik
  • Müxtəliv etiologiyalı ağrı və iltihabı proseslərdə, agrının və iltihabı prosesin aradan qaldirilması məqsədi ilə.

İSTİFADƏ QAYDASI: 

Əzələ və vena dixili təyin edilir.  Əzələ daxili təyinatı zamanı preparatın əzələyə dərin yeridilməsi məsləhət görülür. Vena daxili təyinatı zamanı 1 ml məhlulun yeridilməsi 15 saniyədən az olmamalıdır. Orta dərəcəli proseslərdə  30 mg/1ml,  ağır dərəcəli proseslərdə isə  60 mg/2 ml dozada təyin edilməsi məsləhətdir.  Ağır dərəcəli proseslərdə doza birdəfəlik və ya hissəvidə təyini mümkündür.   Gündəlik doza 60 mq yəni 2 ml ( 2 ampul) həddini aşmamalıdır.

ƏKS GÖSTƏRİŞLƏR: 

Hiperhəssaslıq, ”aspirin”triadası,  hipovolemiya (səbəbindən aslı olmayarag), mədə eroziaları  ,hiperkoaqulasiya(hemoqoliya), qan axma riski olan  hallar, ağır böyrək çatışmazlığı (kreatinın plazması 50 mq/lt yüksək), qaraçiyər çatışmazlığı, hamiləlik və laktasiya zamanı, 16 yaşa qeder uşaqlar,  yaşlılar üçün (65 yaşdan yuxarı təyinatı doza koreksiyası ilə olmalıdır).

ƏLAVƏ TƏSİRLƏR: 

Qastrolqiya, diareya, meteorizm, qəbizlik, qusma, iştahasızlıq, ürəkbulanma,  hematuriya, azotemiya, sidiyə getmə aktını sürətlənməsi , qulaqda küy,  başgicələnmə, yuxusuzluq, dəri səpkiləri .

BURAXILIŞ FORMASI: 

Karton qutuda 3 ampul.

YARARLIQ MÜDDƏTİ: 

3 il. İstehsal tarixi qutu və ampulaların üzərində qeyd edilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

SAXLANMA ŞƏRAİTİ:  

uşaqların əli çatmayan yerdə, 24OC temperaturdan yüksək olmamaq  şərti ilə.

MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ: 

NOVATOR PHARMA”   Böyük  Britaniya .

İSTEHSAL EDİLİR:  

“Esseti Farmaceutici”  İtaliya. “NOVATOR PHARMA” UK xüsusi sifarişi ilə.

Vatorlak nə üçündür?

  1. Artrit zamanı istifadə olunan dərmanlar
  2. Yumşaq toxumaların zədələnmələri
  3. Travmatik ağrılarda istifadə olunan dərmanlar
  4. Oynaq və əzələ ağrılarında istifadə olunan dərmanlar
  5. Nevralgiyalarda istifadə olunan dərmanlar
  6. Baş, diş və qulaq ağrılarında istifadə olunan dərmanlar
  7. Daxili orqanlarda ağrılar zamanı istifadə olunan dərmanlar
  8. Menstrual ağrılar zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow