KARDİOMAQNİL tabletlər

Kardiomaqnil preparatının tərkibində olan maqnezium hidroksid mədə-bağırsaq traktının selikli qişasını asetilsalisil turşusunun təsirindən qoruyur.

Jun 19, 2024 - 20:10
Jun 21, 2024 - 12:08
 0
KARDİOMAQNİL tabletlər
KARDİOMAQNİL tabletlər

KARDİOMAQNİL  Eyniləşdirmə və təsnifat

ATC kodu - B01AC30
Beynəlxalq patentləşdirilməmiş adı - Acetylsalicylic acid + Magnesium hydroxide

Dərman forması

örtüklü tabletlər

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Buraxılış forması

5 mq +15,2 mq və 150 mq+30,39 mq örtüklü tabletlər.

30 və ya 100 tablet, ağ rəngli burulub taxılan qapaqla (polietilen) bağlanmış, ilk açılışa nəzarəti təmin edən silikagelli və halqalı, çıxarıla bilən kapsul quraşdırılmış, qəhvəyi rəngli şüşə flakonlarda. Hər flakona etiket yapışdırılır. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya yerləşdirilir.

KARDİOMAQNİL  Tərkibi

Təsiredici maddələr: 1 tabletin tərkibində 75 mq və ya 150 mq asetilsalisil turşusu , 15,2 mq və ya 30,39 mq maqnezium hidroksid vardır.

Köməkçi maddələr: qarğıdalı nişastası, maqnezium stearat, mikrokristallik sellüloza, kartof nişastası.

Örtük: hipromelloza (metilhidroksipropilsellüloza 15), propilenqlikol, talk.

Təsviri

Tərkibində 75mq asetilsalisil turşusu və 15,2mq maqnezium hidroksid olan örtüklü tabletlər: ağ rəngdə, “ürək” formasında, örtüklü tabletlərdir.

Tərkibində 150mq asetilsalisil turşusu və 30,39mq maqnezium hidroksid olan örtüklü tabletlər: ağ rəngdə, oval, bir tərəfində bölmə xətti olan örtüklü tabletlərdir.

Farmakoterapevtik qrupu

Antiaqreqant dərman vasitəsi.

Farmakoloji xüsusiyyətləri. Farmakodinamikası

KARDİOMAQNİL  nə üçündür?

Asetilsalisil turşusunun (AST) təsir mexanizminin əsasında onun tərəfindən siklooksigenazanın (SOG-1) dönməz inhibə olunmasıdır, bunun nəticəsində tromboksan A2 sintezi blokada edilir və trombositlərin aqreqasiyası dayanır. Hesab edilir ki, trombositlərin aqreqasiya prosesində asetilsalisil turşusunun (AST) digər təsir mexanizmləri də mövcuddur və bununla əlaqədar olaraq müxtəlif damar xəstəliklərində onun istifadə sahəsi genişlənir. AST həmçinin ağrıkəsici, iltihabəleyhinə və qızdırmasalıcı təsirlərə malikdir.

Kardiomaqnil preparatının tərkibində olan maqnezium hidroksid mədə-bağırsaq traktının selikli qişasını asetilsalisil turşusunun təsirindən qoruyur.

Farmakoloji xüsusiyyətləri. Farmakokinetikası

AST mədə-bağırsaq traktıntan praktiki olaraq tam sorulur. AST-nun yarımxaricolma dövrü təxminən 15 dəqiqə təşkil edir, çünki bağırsaqlarda, qaraciyərdə və qan plazmasında AST fermentlərin iştiraki ilə sürətlə salisil turşusuna (ST) hidroliz olunur. ST-nun yarımxaricolma dövrü təxminən 3 saat təşkil edir, lakin ferment sistemlərinin doyması nəticəsində AST-nun eyni zamanda böyük dozalarını istifadə etdikdə (3q-dan yüksək) bu dövr xeyli uzana bilər.

AST-nun biomənimsənilməsi təqribən 70% təşkil edir, lakin bu rəqəm xeyli dərəcədə dəyişilir, çünki AST fermentlərin nəticəsində ST-yə sistemönü hidrolizə məruz qalır (qaraciyərdə, mədə-bağırsaq traktının selik qişasında). ST-nin biomənimsənilməsi 80-100% təşkil edir.

Maqnezium hidroksidin istifadə edilən dozaları asetilsalisil turşusunun biomənimsənilməsinə təsir etmir.

İstifadəsinə göstərişlər

  • Risk amilləri olduğu hallarda (məsələn, şəkərli diabet, hiperlipidemiya, arterial hipertenziya, piylənmə, siqaret çəkmə, yaşlı xəstələr) tromboz və kəskin ürək çatışmazlığı kimi ürək-damar xəstəliklərinin ilkin profilaktikası.
  • Təkrar miokard infarktının və qan damarları trombozunun profilaktikası.
  • Damarlar üzərində cərrahi əməliyyatdan sonra (aortakoronar şuntlama, dəri vasitəsi ilə translüminal koronar angioplastika) tromboemboliyaların profilaktikası.
  • Qeyri-stabil stenokardiya.

KARDİOMAQNİL  Əks göstərişlər

AST-yə qarşı, preparatın köməkçi maddələrinə və digər QSİƏP-ə qarşı yüksək həssaslıq, baş beyinə qansızma; qanaxmalara meyillilik (K vitamininin çatışmazlığı, trombositopeniya, hemorragik diatez); salisilatların və QSİƏP-in qəbulu ilə kəskinləşmiş bronxial astma; mədə-bağırsaq traktının eroziv-xoralı zədələnmələri (kəskin fazada); mədə-bağırsaq qanaxmaları; ağır böyrək çatışmazlığı (kreatinin klirensi ˂10ml/dəq); hamiləlik (I və III trimestr); laktasiya dövrü; qlükoza-6-fosfatdehidrogenaza çatışmazlığı; metotreksatla eyni zamanda istifadə (həftədə 15mq-dan artıq); 18 yaşa qədər uşaqlar.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Podaqra, hiperurikemiya, anamnezdə mədə-bağırsaq traktının xora zədələnmələri və ya mədə-bağırsaq qanaxmaları, böyrək və/ya qaraciyər çatışmazlığı, bronxial astma, ot qızdırması, burun polipozları, allergik halları, hamiləliyin II trimestri.

Preparatı həkimin göstərişi üzrə qəbul etmək lazımdır.

AST bronxospazmın yaranmasına səbəb ola bilər, həmçinin bronxial astma tutmaların və digər yüksək həssaslıq reaksiyaları törədə bilər. Risk amillərinə aiddir: anamnezdə bronxial astma, ot qızdırması, burun polipozu, tənəffüs sisteminin xroniki xəstəlikləri, həmçinin digər preparatlara qarşı allergiya (məsələn, övrə, qaşınma, dəri reaksiyaları).

AST cərrahi əməliyyatlar zamanı və sonra müxtəlif dərəcəli qanaxmalar əmələ gətirə bilər. AST-nun aşağı dozalarını qəbul edən pasiyentlərdə planlaşdırılmış cərrahi müdaxilədən bir neçə gün əvvəl işemik fəsadların inkişafı riski ilə müqayisədə qanaxma inkişafı riski qiymətləndirilməlidir. Qanaxma inkişafı riskinin yüksək olduğu təqdirdə, AST qəbulu müvəqqəti dayandırılmalıdır.

AST ilə birlikdə antikoaqulyantların, trombolitiklərin və antitrombositar preparatların istifadəsi qanaxmaların yüksək inkişaf riski ilə müşayiət olunur.

Podaqraya meyilli olan xəstələrdə (sidik turşusunun zəif ekskresiyası ilə) AST-nun kiçik dozaları podaqranın əmələ gəlməsinə səbəb ola bilər.

AST ilə birlikdə metotreksatın istifadəsi qanyaradıcı orqanlar tərəfindən əlavə effektlərin əmələ gəlməsinin yüksək tezliyi ilə müşayiət olunur. AST-nun yüksək dozaları hipoqlikemik effekt göstərir ki, bu da həmin preparatı daxilə qəbul edilən hipoqlikemik vasitələr və insulin qəbul edən şəkərli diabet ilə pasiyentlərə təyin edərkən nəzərə alınmalıdır.

Salisilatların və QKS-in birgə təyin etdiyi hallarda nəzərə almaq lazımdır ki, müalicə zamanı qanda salisilatların səviyyəsi azdır, QKS-in ləğv olunmasından sonra isə salisilatlarla doza həddinin aşılması mümkündür.

Yüksək ürək-damar xəstəlikləri riski ilə pasiyentlərdə AST-nun ibuprofenlə yanaşı istifadəsi tövsiyə edilmir, ibuprofenlə yanaşı istifadəsi zamanı 300 mq-lıq dozada AST-nun antiaqreqant təsiri zəifləyir ki, bu da AST-nun kardioprotektiv effektlərinin azalmasına səbəb olur. AST dozasının tövsiyə edilən terapevtik dozalardan artıq təyin edilməsi mədə-bağırsaq qanaxması riski ilə bağlıdır. Ahıl yaşlı pasiyentlərdə aqreqat terapiya məqsədilə AST-nun aşağı dozalarının uzunmüddətli qəbulu zamanı mədə-bağırsaq qanaxması inkişafı riski ilə əlaqədar ehtiyat tədbirlərinə riayət etmək lazımdır.

Alkoqol ilə birlikdə istifadə zamanı mədə-bağırsaq traktının selik qişasının zədələnmə riski yüksəlir və qanaxmaların müddəti uzanır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik

Hamiləliyin ilk 3 ayında böyük dozalarda salisilatların istifadəsi dölün inkişaf etməsində defektlərin tezliyinin yüksəlməsi ilə assosiasiya olunur. Hamiləliyin II trimestrində salisilatların istifadəsi yalnız fayda/risk nisbəti ciddi qiymətləndirildikdən sonra mümkündür.

Hamiləliyin son trimestrində salisilatların yüksək dozaları (˃ 300mq/sut) doğuş fəaliyyətinin tormozlanmasına, döldə arterial kanalın vaxtından tez bağlanmasına, ana və döldə yüksək qanaxmalara gətirir, doğuşdan bilavasitə əvvəl təyini isə kəllədaxili qanaxmalara gətirib çıxara bilər, xüsusilə vaxtından əvvəl doğulmuşlarda.

Hamiləliyin son trimestrində salisilatların istifadəsi əks göstərişdir.

Laktasiya

Preparatın laktasiya dövründə istifadəsinin mümkünlüyünün və ya qeyri-mümkünlüyünün müəyyən edilməsi üçün əldə olan klinik məlumatlar kifayət deyil. Laktasiya dövründə asetilsalisil turşusunu təyin etməzdən əvvəl preparat ilə müalicənin potensial fayda və südəmər uşaqlar üçün potensial risk nisbəti qiymətləndirilməlidir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

AST preparatı ilə müalicə dövründə nəqliyyat vasitələrini idarə edərkən və diqqətin cəmlənməsini və sürətli psixomotor reaksiya tələb edən potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olarkən ehtiyat tədbirlərinə riayət etmək lazımdır.

KARDİOMAQNİL  İstifadə qaydası və dozası

  • Tabletlər bütöv şəkldə su ilə qəbul edilir. Lazım gələrsə, tableti iki hissəyə bölmək, çeynəmək və ya öncədən xırdalamaq mümkündür.
  • Risk amilləri olduğu hallarda (məsələn, şəkərli diabet, hiperlipidemiya, arterial hipertenziya, piylənmə, siqaret çəkmə, yaşlı xəstələr) tromboz və kəskin ürək çatışmazlığı kimi ürək-damar xəstəliklərinin ilkin profilaktikası
  • Birinci gün 1 dəfə tərkibində 150mq dozada AST olan 1 tablet Kardiomaqnil, sonra isə sutkada 1 dəfə tərkibində 75mq dozada AST olan 1 tablet Kardiomaqnil.
  • Təkrar miokard infarktının və qan damarlarının trombozunun profilaktikası
  • Gündə 1 dəfə tərkibində 75-150mq dozada AST olan 1 tablet Kardiomaqnil.
  • Damarlar üzərində cərrahi əməliyyatdan sonra (aortakoronar şuntlama, dəri vasitəsi ilə translüminal koronar angioplastika) tromboemboliyaların profilaktikası
  • Gündə 1 dəfə tərkibində 75-150mq dozada AST olan 1 tablet Kardiomaqnil.
  • Qeyri-stabil stenokardiya
  • Gündə 1 dəfə tərkibində 75-150mq dozada AST olan 1 tablet Kardiomaqnil.

Əlavə təsirləri

Əlavə təsirlərinin baş vermə tezliyi aşağıdakı kimi ifadə olunmuşdur:

  • çox tez-tez: ≥1/10;
  • tez-tez: ˃ 1/100; ˂ 1/10;
  • bəzən: ˃ 1/1000; ˂ 1/100;
  • nadir hallarda: ˃ 1/10000; ˂ 1/1000;
  • çox nadir hallarda: ˂ 1/10000; tək-tək məlumatlar daxil olmaqla.

Allergik reaksiyalar: övrə (tez-tez), Kvinke ödemi (tez-tez).

İmmun reaksiyalar: anafilaktik reaksiyalar (bəzən).

Mədə-bağırsaq traktına: ürəkbulanma (tez-tez), qıcqırma (çox tez-tez), qusma (tez-tez), qarın nahiyyəsində ağrı hissi, mədə və 12 barmaq bağırsağın selikli qişasının xora zədələnmələri (bəzən), o cümlədən perforasiyalı (nadir hallarda), mədə-bağırsaq qanaxmaları (bəzən), “qaraciyər” fermentlərinin aktivliyinin yüksəlməsi (nadir hallarda), stomatit (çox nadir hallarda), ezofaqit (çox nadir hallarda), mədə-bağırsaq traktın yuxarı hissələrinin eroziv zədələnmələri (çox nadir hallarda), strikturalarla (çox nadir hallarda), kolit (çox nadir hallarda), qıcıqlanmış bağırsaq sindromu (çox nadir hallarda).

Tənəffüs sisteminə: bronxospazm (tez-tez).

Qanyaradıcı sistemə: yüksək qanaxma (tez-tez), anemiya (nadir hallarda), hipoprotrombinemiya (çox nadir hallarda), trombositopeniya (çox nadir hallarda), neytropeniya, aplastik anemiya (çox nadir hallarda), eozinofiliya (çox nadir hallarda), aqranulositoz (çox nadir hallarda).

Mərkəzi sinir sisteminə: baş ağrısı (tez-tez), başgicəllənmə (bəzən), yuxusuzluq (tez-tez), yuxuya meyillik (bəzən), qulaqlarda küy, beyindaxili qanaxmalar (nadir hallarda).

Saxlanma şəraiti

25ºC-dən yüksək olmayan temperaturda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

KARDİOMAQNİL Qiyməti

Dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. 

Ən gözli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklərdən sərfəli qiymətə ala bilərsiniz.

Qeydiyyat vəsiqəsinin sahibi

“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: med@stada.ru

İstehsalçı

“Takeda GmbH”, Almaniya.
Lenitsştrasse 70-98, D-16515, Oranienburq, Almaniya.
“Takeda GmbH”, Germany.
Lehnitzstrabe 70-98, D-16515, Oranienburg, Germany.

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow