KALSİUM-D3 NİKOMED çeynəmə tabletlər
KALSİUM-D3 NİKOMED Orqanizmdə kalsium və fosfor mübadiləsini tənzimləyən kombinə olunmuş preparatdır. Orqanizmdə kalsium və D vitamini çatışmazlığını bərpa edərək sümük toxumasının və dişlərin sıxlığını artırır və rezorbsiyanı (sorulmanı) azaldır.

KALSİUM-D3 NİKOMED Eyniləşdirmə və təsnifat
Dərman forması
çeynəmə tabletlər (nanəli, portağallı)
- KALSİUM-D3 NİKOMED Eyniləşdirmə və təsnifat
- Dərman forması
- Buraxılış forması
- KALSİUM-D3 NİKOMED Tərkibi
- Təsviri
- Farmakoterapevtik qrupu
- Farmakoloji xüsusiyyətləri. Farmakodinamikası
- KALSİUM-D3 NİKOMED nə üçündür?
- Xolekalsiferol
- İstifadəsinə göstərişlər
- KALSİUM-D3 NİKOMED Əks göstərişlər
- Xüsusi göstərişlər və ehtiyat tədbirləri
- Hamiləlik və laktasiya dövründə istifadəsi
- Hamiləlik
- Laktasiya
- Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
- KALSİUM-D3 NİKOMED İstifadə qaydası və dozası
- Əlavə təsirləri
- Saxlanma şəraiti
- Yararlılıq müddəti
- Aptekdən buraxılma şərti
- KALSİUM-D3 NİKOMED Qiyməti
- Qeydiyyat vəsiqəsinin sahibi
- İstehsalçı
Buraxılış forması
30 və ya 120 tablet, yüksək sıxlıqlı polietilendən hazırlanmış və burulan qapaqla bağlanmış flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya yerləşdirilir.
KALSİUM-D3 NİKOMED Tərkibi
Тərkibi (portağallı):
Təsiredici maddələr: 1 tabletin tərkibində 1250 mq kalsium karbonat (500 mq elementar kalsium), 2,20 mq xolekalsiferol konsentratı* şəklində 5,5 mkq xolekalsiferol (200 BV D3 vitamini) vardır.
Köməkçi maddələr: ksilitol, portağal aromatizatorlu qranulyat (tərkibi: izomalt, portağal dadverici, yağ turşularının mono- və diqliseridləri), povidon, maqnezium stearat, sukraloza.
*xolekalsiferol konsentratın tərkibi 10% qalıq daxil olmaqla: xolekalsiferol, DL-α-tokoferol, orta zəncirli triqliseridlər, modifikasiya olunmuş qarğıdalı nişastası, saxaroza, natrium askorbat, silisium dioksid.
Тərkibi (nanəli):
Təsiredici maddələr: 1 tabletin tərkibində 1250 mq kalsium karbonat (500 mq elementar kalsium), 2,20 mq xolekalsiferol konsentratı* şəklində 5,5 mkq xolekalsiferol (200 BV D3 vitamini) vardır.
Köməkçi maddələr: ksilitol, nanə aromatizatorlu qranulyat (tərkibi: izomalt, nanə dadvericisi, yağ turşularının mono- və diqliseridləri), povidon, maqnezium stearat, sukraloza.
*xolekalsiferol konsentratının tərkibi 10% qalıq daxil olmaqla: xolekalsiferol, DL-α-tokoferol, orta zəncirli triqliseridlər, modifikasiya olunmuş qarğıdalı nişastası, saxaroza, natrium askorbat, silisium dioksid.
Təsviri
Yumru, iki tərəfi qabarıq, ağ rəngli örtüksüz, nanə ətirli tabletlərdir. Cüzi əlavələrin və kənarlarının kələ-kötür olması mümkündür.
Farmakoterapevtik qrupu
Mineral əlavələr. Kalsium preparatları. Kalsium preparatları digər preparatlar ilə kombinasiyada.
Farmakoloji xüsusiyyətləri. Farmakodinamikası
KALSİUM-D3 NİKOMED nə üçündür?
Orqanizmdə kalsium və fosfor mübadiləsini tənzimləyən kombinə olunmuş preparatdır. Orqanizmdə kalsium və D vitamini çatışmazlığını bərpa edərək sümük toxumasının və dişlərin sıxlığını artırır və rezorbsiyanı (sorulmanı) azaldır.
Kalsium sinir keçiriciliyinin, əzələ yığılmalarının tənzimlənməsində iştirak edir və qanın laxtalanma sisteminin komponentidir.
Vitamin D3 bağırsaqlarda kalsiumun sorulmasını artırır.
Kalsium və D3 vitamininin yanaşı qəbulu kalsium çatışmazlığı nəticəsində inkişaf edən və sümüklərdən kalsiumun yuyulmasına səbəb olan paratireoid hormonu (PTH) səviyyəsinin yüksəlməsinin qarşısını alır.
Farmakoloji xüsusiyyətləri. Farmakokinetikası
Kalsium
Mədə-bağırsaq traktından (MBT) sorulan kalsiumun miqdarı adətən qəbul olunmuş dozanın 30%-i təşkil edir.
Orqanizmdə kalsiumun 99%-i dişlərin və sümüklərin bərk strukturunda yerləşir. Qalan 1%-i isə – hüceyrədaxili və hüceyrədənkənar mayelərdə yerləşir. Qanda kalsiumun ümumi miqdarının təxminən 50%-i fizioloji aktiv ionlaşmış şəkildədir, onlardan təxminən 10%-i sitrat, fosfat və ya digər anionlarla birgə kompleksdə olur, qalan 40%-i zülallarla, ilk növbədə albuminlə birləşir.
Kalsium bağırsaq, böyrəklər və tərlə xaric olunur. Böyrəklər vasitəsilə xaric olunması yumaqcıq filtrasiyasından və kalsiumun kanalcıq reabsorbsiyasından asılıdır.
Xolekalsiferol
Vitamin D3 nazik bağırsaqlarda asan sorulur.
Xolekalsiferol və onun metabolitləri spesifik qlobulinlə birləşmiş şəkildə qanda dövr edir. Xolekalsiferol qaraciyərdə hidroksilləşmə yolu ilə 25-hidroksixolekalsiferola qədər transformasiya olunur. Sonra böyrəklərdə aktiv 1,25-dihidroksixolekalsiferol aktiv formasına transformasiya olunur. 1,25-dihidroksixolekalsiferol kalsiumun sorulmasının artmasına cavabdeh olan metabolitdir. Metabolizə olunmamış vitamin D3 piy və əzələ toxumalarında yığılır. Vitamin D3 bağırsaq və böyrəklər vasitəsilə xaric olunur.
İstifadəsinə göstərişlər
- Kalsium və D vitamini çatışmazlığının müalicə və profilaktikası
- Kalsium və D vitamininin qəbulu əlavə olaraq kalsium və D vitamini çatışmazlığı riski olan xəstələrdə osteoporozun müalicəsi zamanı
KALSİUM-D3 NİKOMED Əks göstərişlər
- Preparatın təsiredici və ya köməkçi maddələrinə qarşı yüksək həssaslıq;
- Ağır böyrək çatışmazlığı (yumaqcıq filtrasiyasının sürəti <30 ml/dəq/1,73m2);
- Hiperkalsiemiyanın və/və ya hiperkalsiuriyanın inkişafına səbəb olan xəstəliklər və/və ya vəziyyətlər;
- Böyrəkdaşı xəstəliyi (nefrolitiaz);
- D vitamini hipervitaminozu;
- Kalsium-D3 Nikomed preparatının tərkibində izomalt (Е953) və saxaroza vardır. Bu səbəbdən qlükozaya qarşı dözümsüzlülüklə bağlı nadir irsi problemlər, qlükoza-qalaktoza sorulmasının pozulması və saxarozo-izomaltaza çatışmazlığı olan xəstələrə bu preparatın istifadəsi tövsiyə edilmir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Uzunmüddətli müalicə zamanı qan zərdabında kalsiumun səviyyəsi və böyrək funksiyası qan zərdabında kreatininin səviyyəsi təyin olunmaqla nəzarət altında olmalıdır. Xüsusilə də yaşlı xəstələrdə ürək qlikozidləri və diuretiklərlə yanaşı müalicə zamanı, və daşların əmələ gəlməsinə meyillilik olan xəstələrdə. Hiperkalsiemiya inkişaf etdiyi və ya böyrək funksiyası pozulmasının əlamətlərinin meydana çıxdığı halda doza azaldılmalı və ya müalicə dayandırılmalıdır.
Hiperkalsiemiya və ya böyrək funksiyasının pozulması əlamətləri olan xəstələrə kalsium karbonat xolekalsiferol ilə yanaşı ehtiyatla təyin edilməli və kalsium və fosfatların təsiri tənzimlənməlidir. Yumşaq toxumaların kalsifikasiya riski nəzərə alınmalıdır.
Digər D vitamini mənbəyi və/və ya kalsium tərkibli dərman preparatları və ya qida maddələri ilə yanaşı müalicə zamanı böyrək funksiyasının pozulması ilə nəticələnən hiperkalsiemiya və süd-qələvi sindromu riski mövcuddur. Qeyd olunan xəstələrdə kalsiumun zərdab konsentrasiyası və böyrək funksiyası nəzarət altında saxlanılmalıdır.
Kalsium-D3 Nikomed sarkoidozdan əziyyət çəkən xəstələrə D vitamininin onun aktiv formasına çevrilməsinin yüksək riski ilə əlaqədar ehtiyatla təyin edilməlidir. Həmin xəstələrdə qan zərdabında və sidikdə kalsiumun səviyyəsi nəzarət altında saxlanılmalıdır.
Kalsium-D3 Nikomed hiperkalsiemiyanın inkişafı riski ilə əlaqədar osteoporoz ilə immobilizə olunmuş xəstələrə ehtiyatla təyin edilməlidir.
Qaraciyər çatışmazlığı zamanı dozanın tənzimlənməsi tələb olunmur.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik
Kalsium-D3 Nikomed hamilə qadınlarda kalsium və D vitamini çatışmazlığı zamanı istifadə oluna bilər. Hamiləlik zamanı kalsiumun gündəlik dozası 2500 mq-dan, D vitamininin isə 4000 BV-dən yuxarı olmamalıdır. Daimi hiperkalsiemiya inkişaf edən dölə mənfi təsir göstərdiyi üçün hamiləlik zamanı kalsiumun və D vitamininin doza həddinin aşılmasından qaçmaq lazımdır.
D vitamini terapevtik dozalarda teratogen təsirə malik deyil.
Laktasiya
Kalsium-D3 Nikomed laktasiya dövründə istifadə oluna bilər. Kalsium və D3 vitamini ana südünə keçir. Uşağa D vitamininin əlavə təyini zamanı bunu nəzərə almaq lazımdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Kalsium-D3 Nikomed preparatı nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.
KALSİUM-D3 NİKOMED İstifadə qaydası və dozası
Kalsium və D vitamini çatışmazlığı
- böyüklər: gündə 1-3 dəfə 1 tablet.
- uşaqlar: gündə 1-2 dəfə 1 tablet.
Osteopoz zamanı əlavə müalicə kimi
- böyüklər və yaşlı xəstələr: gündə 2-3 dəfə 1 tablet
Böyrək çatışmazlığı olan xəstələr
Ağır böyrək çatışmazlığı zamanı Kalsium-D3 Nikomed preparatını istifadə etmək məsləhət görülmür.
Tabletləri çeynəmək və sormaq olar.
Əlavə təsirləri
Arzuolunmaz əlavə təsirlər orqan sistemləri sinfi və yaranma tezliyi nəzərə alınaraq sadalanmışdır. Əlavə təsirlərin başvermə tezliyi aşağıdakı kimi təsnif edilir: bəzən rast gələn (≥ 1/1000, <1/100); nadir hallarda rast gələn (≥1/10000, <1/1000); çox nadir hallarda rast gələn (<1/10000), tezliyi məlum olmayan (əldə olan məlumatlar əsasında tezliyin müəyyən edilməsi mümkün deyil).
- Metabolizm və qidalanma pozulmaları
- Bəzən rast gələn: hiperkalsiemiya və hiperkalsiuriya.
- Çox nadir hallarda rast gələn: süd-qələvi sindromu (sidik ifrazının tezləşməsi; uzunmüddətli baş ağrısı; iştahanın uzunmüddətli itməsi; ürəkbulanma və ya qusma; yorğunluq və ya zəiflik; hiperkalsiemiya, alkaloz və böyrək çatışmazlığı). Adətən, doza həddinin aşılması zamanı qeyd olunur.
- Mədə-bağırsaq pozulmaları
- Nadir hallarda rast gələn: qəbizlik, dispepsiya, meteorizm, ürəkbulanma, qarında ağrı və ishal.
- Dəri və dərialtı toxumalar
- Çox nadir hallarda rast gələn: qaşınma, səpgi və övrə.
- Böyrək çatışmazlığı olan xəstələr: potensial hiperfosfatemiya, nefrolitiaz və nefrokalsinoz inkişafının riski.
- İmmun sistemi tərəfindən
- Tezliyi məlum olmayan: Kvinke ödemi və qırtlağın ödemi kimi hiperhəssaslıq reaksiyaları.
- Dərman vasitəsi ilə müalicənin başlanmasından sonra meydana çıxan istənilən şübhəli əlavə təsir haqqında məlumatın verilməsi mütləqdir ki, bu da qeyd olunan dərman vasitəsinin fayda/risk nisbətinin profilinin daimi nəzarətini təmin edir.
Saxlanma şəraiti
30℃-dan yüksək olmayan temperaturda, kip flakon bağlı vəziyyətdə, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il 6 ay. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
KALSİUM-D3 NİKOMED Qiyməti
Dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklərdən sərfəli qiymətə ala bilərsiniz.
Qeydiyyat vəsiqəsinin sahibi
“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: [email protected]
İstehsalçı
Takeda AS, Asker, Norveç.
Drammensveyen 852, NO – 1383, Asker, Norveç.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






