Günəş yanığına nə etməli
Günəş yanığına nə etməli? sualı yay mövsümü gəldiyi zaman bizləri çox düşündürür. Günəş şüalarından xeyir əldə etmək istəyirsinizsə, bəzi qaydalara əməl etmək lazımdır.

Günəş yanığına nə etməli - Yay mövsümündə çimərliklərdə dincəlməyi sevənlər üçün bəzi vacib qaydalar mövcuddur. Günəş şüalarından xeyir əldə etmək istəyirsinizsə, bəzi qaydalara əməl etmək lazımdır. Əks halda, günəş şüaları sağlamlığınıza ziyan verə bilər. Günəşdə həddindən artıq qalmaq günəş yanığına səbəb olur ki, buda dəri xərçəngi riskini artırır.
Sağlam günəşlənmək üçün çimərlikdə yalnız səhər saat 10:00-a kimi və axşam 17:00-dan sonra günəş altında olmaq məsləhətdir. Qalan vaxtı kölgədə dincəlmək lazımdır. Hətta kölgədə olarkən günəş eynəyi və baş örtüyündən istifadə etməyi, dərinizə qoruyucu krem çəkməyi unutmayın.
Doktorm.az xəbər verir ki, açıq havada olmaq gözlərimiz üçün də zərərlidir və katarakta riskini artırır. Bu səbəbdən çimərlikdə mütləq günəş eynəklərindən istifadə edin. Başınıza papaq və ya panama taxın, bu sizi günvurmadan qoruyacaq. Günvurma ciddi pozulmalara, hətta iflicə, komaya və ölümlə nəticələnə bilər.
Günəş yanığına nə etməli - müəyyən edilməsi
Günəş yanıqlarının əsas təhlükəsi onların gec müəyyən edilməsidir. Yanığın simptomları dərhal deyil, 30 dəqiqə - 1 saat sonra üzə çıxır. Bu simptomlara ağrı, dərinin qızarması, qaşınması və şişməsi, üşümə, baş ağrısı, halsızlıq, hərarətin qalxması və ağır hallarda suluqların əmələ gəlməsi, ürəkbulanma, qusma və bayılma daxildir.
İlk tibbi yardım məqsədilə soyuq duş və ya vanna qəbul edin. Vanna qəbul edərkən suya kartof nişastası və ya çay sodası əlavə etmək olar. Soyuq su ağrı və dərinin qızarmasını azaldır. Əgər duş və ya vanna mümkün deyilsə, soyuq kompreslərdən istifadə edin. Buzu birbaşa dərinizə qoymayın, çünki bu yanığın artmasına səbəb ola bilər. (günəş yanığına nə etməli?)
Bol su içmək vacibdir, bu susuzlaşmanın qarşısını alır. Xəstəyə 2-3 stəkan mineral su verin. Günəş yanıqları zamanı Bepanten və Pantenol spreyləri dərini nəmləndirir və sağalmanı sürətləndirir. İlk günlərdə dəriyə yağ, vazelin və ya xama kimi vasitələri çəkmək olmaz, bu sağalmanı ləngidər və mikrobların çoxalması üçün şərait yaradar.
Suluqlu günəş yanığına nə etməli? - Əgər yanıq nəticəsində dəridə suluqlar əmələ gəlibsə, mütləq həkimə müraciət edin. Bu suluqları deşmək olmaz, əks halda infeksiya yarana bilər. Xəstənin vəziyyəti ağırdırsa, baş ağrısı, baş gicəllənməsi, bayılma, ürəkbulanma, qusma kimi simptomlar varsa, dərhal təcili yardım çağırın. Hərarət qalxıbsa, xəstəyə ibuprofen və ya parasetamol vermək olar, bu preparatlar həm də ağrını azaldır.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






